Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1059/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçınun Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ******* saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında Cavabdeh tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 3525,12 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, iddiaçının qızıdır. İddiaçı onunla birlikdə ünvan 1 ünvanında yaşayır. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı ilə bağlanmış müqaviləyə əsasən həmin ünvana qaz sayğacı quraşdırımışdır və evin bütün cihazları həmin quraşdırılmış qaz sayğacına əsasən işlədilir. Cavabdeh tərəfindən 21 noyabr 2023-cü il tarixdə akt tərtib edilmiş və həmin aktda yaşadıqları ünvanda qazdan sayğacdankənar xəttlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Aktın tərtib olunmasından iddiaçının xəbəri olmamışdır, buna dair heç bir məlumat verməmişlər. Hesabdan çıxarışlardan da görünür ki, onlar qaz istehlakçısı kimi istifadə etdikləri qaz sərfiyyatının məbləğini ödəmişlər, onlara məxsus evdə heç bir əlavə xətt olmamışdır. İddiaçıya yazılmış cərimənin hansı əsasla hesablandığını öyrənmək üçün Qaradağ rayon Qaz İstismar idarəsinə müraciət etmişdir. Qanunsuz qaz xəttinin quraşdırılmasını təsdiq edən fotoşəkil təqdim edilməsini xahiş etsə də, ona evin görüntüsü, darvazanın görüntüsü, qazanxananın şəkilini və sayğacın şəkilini təqdim etmişlər. Ona görə də aktı əsassız hesab edir. Əgər hər hansı bir nasazlıq və ya əlavə xətt olsaydı, mütəmadi olaraq ərazini yoxlayan nəzarətçi bunu görməli idi. Heç bir əsas olmadan iddiaçıya 3525,12 manat cərimə yazılması tam əsasızdır. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, əvvəlki illərdə evdə yaşayış az olmuşdur, yalnız anası və özü yaşamışdır, son dövrlərdə qardaşı da orada yaşayır, həm bu səbəbdən, həm də qışın sərt keçməsi səbəbindən sərfiyyat noyabrdan sonra bir qədər artmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixində Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə baxış keçirilmiş və təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Bu barədə ******* saylı “Təbii X2nın pozulması haqqında” akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş, müvafiq qaydalara əsasən abonentə 3525,12 manat borc hesablanmışdır. Akta əsasən həmin borc məbləği abonentin təbii qazdan kənar xətt vasitəsilə qanunsuz istifadə etdiyi üçün hesablanmışdır. Eyni zamanda qeyd edir ki, qaz xəttləri əməkdaşlar tərəfindən mütəmadi olaraq yoxlanılır, lakin kənar xətt qaz borusu dayağında olduğu üçün onu asanlıqla görmək mümkün deyildir. Abonent hesabından çıxarışlara əsasən həmin tarixdən əvvəl oradakı sonuncu yoxlama iki ay əvvəl olmuşdur. Həmçinin, akt tərtib olunandan sonra abonentin sərfiyyatı artmışdır. Göstərilən hallar aktın qanuni və əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş İbrahimova Samirə Vəkil qızı ifadə verərək bildirdi ki, o, iddiaçının uzun müddətdir ki, həm qonşusu, həm də iş yoldaşıdır, iddiaçı hazırda xəstədir. İddiaçının təbii qazdan kənar xətt vasitəsilə qanunsuz istifadə etməsinə qətiyyən inanmır. Belə ki, cavabdeh təşkilat hər ay yoxlanışa gəlirdi, əgər kənar xətt olsaydı, əvvəldən müəyyən olunardı. Onun ünvanına dair hər hansı akt tərtib edilməmişdir. İddiaçının ünvanına dair akt tərtib edilərkən o, iştirak etməmişdir. İddiaçıya aid mənzildə hansı cihazlardan istifadə edilməsi və istifadə edilmiş cihazların harada yerləşməsi ona məlum deyildir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı bölməsində mühəndis vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə abonentin qaz xəttinə baxışda və müvafiq aktın tərtibində digər əməkdaşlarla birgə iştirak etmişdir. Həyətə giriş qapısının yanında yerləşən qaz borusu dayağının içində sayğacdankənar xətt aşkar edilmişdir. Həmin vaxt abonentin oğlu də gəlmiş, məlumatının olmadığını demiş, lakin aktı imzalamamışdır. Həmin vaxt kənar xətt ləğv edilmiş, tərtib edilmiş akta əsasən Komissiya tərəfindən borc hesablanmışdır. Sonradan abonentin sərfiyyatı ilə bağlı təhlil aparılmış və məlum olmuşdur ki, əvvəlki illərdə ödəniş 200-300 manat olduğu halda, hadisədən sonra bu ilin ilk üç ayı ərzində 700 manatdan çox olmuşdur. Eyni zamanda qeyd edir ki, qaz xəttləri əməkdaşlar tərəfindən mütəmadi olaraq yoxlanılır, lakin kənar xətt qaz borusu dayağında olduğu üçün onu asanlıqla görmək mümkün olmadığından, əvvəlki yoxlamalar zamanı aşkar etmək mümkün olmamışdır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.13-cü və 2.3.7-ci bəndlərinə əsasən, tərəflər "X2"nda nəzərdə tutulan vəzifələrini yerinə yetirməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X2nın pozulması haqqında” aktın surətindən və fotoşəkillərdən görünür ki, abonent kodu **********00000 olan İddiaçı məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci məhəllə, ev 39 ünvanında qaz xəttinə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan sayğacdankənar xəttlə qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X2nın pozulması haqqında” akta əsasən abonentə qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 29376 m³ həcminə uyğun məbləğ (3525,12 manat) hesablanmışdır. İş materiallarında olan **********00000 kod nömrəli abonentin saldosundan və abonent hesabından çıxarışlardan görünür ki, abonentin 2023-cü ilin noyabr ayında akta əsasən 3525,12 manat (29376X0,12=3525,12) borcunun yarandığı qeyd olunmuşdur. Həmçinin, 2023-cü ilin noyabr ayından əvvəl sonuncu dəfə sentyabr ayında qeydiyyat aparılmış, 2023-cü ildən sonra isə sərfiyyat artmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, yazılı sübutlara, fotoşəkillərə əsasən müəyyən edildi ki, iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə 2023-cü ilin noyabr ayında baxış keçirilərkən təbii qaz xəttinə sayğacdan kənar, özbaşına qoşulma faktı aşkar edilmiş, bununla əlaqədar xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən 3525,12 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, məişət abonenti olan iddiaçıya münasibətdə hesabat dövrü 360 gün qəbul edilməklə, qeyd olunan məbləğ müvafiq qanunvericiliyə zidd olaraq hesablanmışdır. Ona görə də, "X2"na əsasən belə hallarda məişət abonentinə münasibətdə hesabatın şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarixədək (mülki işin hallarına, o cümlədən cavabdehin nümayəndəsinin izahatına, abonent hesabından çıxarışlara əsasən iki aylıq dövr üçün) aparılmalı olduğu nəzərə alınaraq, iddia tələbi qismən, hesablanmış borcun 2937,6 manat (3525,12-587,52=2937,6 manat) hissəsinin silinməsi hissəsində əsaslı hesab edilməli, qalan hissədə isə (29376/6X0,12=587,52 manat) əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X2"nın 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00000 olan İddiaçı hesablanmış borcun 2937,6 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1059/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1059/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver