Məhkəmə qərarları › İş №2(002)-110/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-110/2022

17.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-110/2022 17.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı və onun vəkilinin, Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh4,X26,Cavabdeh6 və onların vəkili və nümayəndəsi iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Cavabdeh6 qarşı «miras əmlakının bölünməsi,torpaq sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Cavabdeh6 qarşı «miras əmlakının bölünməsi,torpaq sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəs,6-cı S.Orucov döngəsi,ev 4 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə kimi onun payının müəyyən edilməsinə,yuxarıda göstərilmiş çıxarışa əsasən X5nun istifadəsinı verilmiş dövlətin mülkiyyətində olan 0.011196 hektar torpaq sahəsinin onun istifadəsinə verilməsinə,onun həmin torpaq sahəsindən istifadə hüququnun tanınmasına,eləcə də vərəsəlik şəhadətnaməsinin verilməsinin Səkkiz saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə verərək,iddiaçının mərhum X2 miras qalmış Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəs,6-cı S.Orucov döngəsi,ev 4 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə kimi İddiaçı payının müəyyən edilməsinə,yuxarıda göstərilmiş çıxarışa əsasən iddiaçının X5nun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 0.011196 hektar torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə,həmin torpaq sahəsindən İddiaçı istifadə hüququnun tanınmasına,eləcə də vərəsəlik şəhadətnaməsinin verilməsinin Səkkiz saylı notariat ofisinə həvalə edilməsinə,X3 mülkiyyətində olan dövlət qeydiyyat nişanı ** RA ***,qara rəngli,AUDİ S6 minik avtomobili miras əmlakına daxil olaraq,bölünsün,həmin avtomobilə dair İddiaçı çatası payı müəyyən edilməsinə,mərhum X16 arvadı Cavabdeh6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəs,6-cı S.Orucov döngəsi,ev 10,5 saylı mənzildə mərhum X17 çatası pay müəyyən edilsin,həmin pay miras əmlakına daxil olaraq vərəsələr arasında bölünsün,həmin əmlakda İddiaçı payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 17.06.2020-ci il tarixdə Bakışəhərində vəfat etmişdir. X2 Bakı şəhəri,Qaradağrayonu,Lökbatansəs. 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən fərdi yaşayış evi yaşamış, ona məxssu olmuşdur. Özü o evdə qeydiyyatdadaır. Atası onun bəzi əşyalarını istifadə üçün götürmüşdür.hazırda da atasından qalan əşyalardan istifadə edir.X5 öləndən sonra notariat orqanında vərəsəlik işi açılması üçün müraciət etməməyimin səbəbi mirası faktiki qəbul etməyi, eyni amanda cavabdehlərin onu bu addımdan çəkindirməkləri olmuş.Onlar ona atasının ili çıxana kimi bu məsəslənin danışılmasının uyğun olmadığını söyləmişlər.Vərəsəlik işinin açılması üçün 09.06.2021-ci il tarixdə Səkkiz saylı Notariat Ofisinə mürcaiət etdi. notariat ofisi 149/2021-ci nömrəli vərəsəlik işi açmışdır. Notariat ofisinin 22.07.2021-ciiltarixdə,1823saylıməktubundas gər vərəsənin 14.07.2021-ci il tarixli ərizəsinə əsasən mərhum SəfərovTılatMəmmədoğluna məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras çalmış əmlakın notariat qaydasında deyil məhkəmə qaydasında bölünməsi istəyini "əzərə alınaraq.mənə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.Bu səbəbdən də mən məhkəməyə müraciət etmək niyyətinə gəlmişəm. Bildirir ki, atam X23 anam X21 ~ zının 18.07.1993-cü il tarixli ölümündən sonra 03.08.1993-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsinin 264 saylı nikah aktına əsasən Cavabdeh6 ilə nikaha daxil olmuşdur. Atasının ondan əlavə 5 övladı var, onlar Cavabdeh1, Cavabdeh2 atoviç , Babayeva(qızlıq soyadı Səfərova) Zeynəb Tılat qızı, Cavabdeh4 c z . Cavabdeh5dir. Qeyd etmək istəyir ki, sənədlərin əsillərinin bir hissəsi cavabdehlərin sərəncamındadır, onların məhkəməyə cavabdehlər vasitəsilə təqdim olunması daha rahatdır. AR DİN Baş Dövlət Yol Polis idarəsinin 05.08.2021-ci il tarixli,N-li 90187-1221 saylı məktubuna və məktuba əlavə edilmiş kompüter çıxarışına əsasən ona məlum olmuşdur ki,mərhum X5nun mülkiyyətində dövlət qeydiyyat nişanı ** RA ***,qara rəngli,AUDİ S6 minik avtomobili mövcuddur.Həmin avtomobilin miras əmlakına daxil olunmasını və həmin əmlaka dair İddiaçı vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.08.2021-ci il tarixli,**********90 saylı məktubuna əsasən müəyyən etmişlər ki,iddiaçının mərhum X5nun arvadı Cavabdeh6 adına Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəs,6-cı S.Orucov döngəsi,ev 10,5 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.Dövlət Notariat Arxivi tərəfindən əldə edilmiş Səkkiz saylı notariat kontorunda (hazırda Səkkiz saylı notariat ofisi) bağlanmış AN-1 N-li ******* nömrəli,22.09.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki,Cavabdeh6 sözügedən mənzili X1 almışdır.Cavabdeh6 iddiaçının mərhum X5 ilə 04.08.1993-cü il tarixdə nikaha daxil olmuş,həmin nikah Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 04.08.1993-cü il tarixli, 264 N-li akt qeydi ilə rəsmiləşdirmişdir.Tam əsaslı olaraq hesab edirlər ki,sözügedən mənzil birgə nikah dövründə əldə edilib,X23 ilə Cavabdeh6 ümumi əmlakıdır.Bu səbəbdən həmin ümumi əmlakda iddiaçının atası X3 ümumi əmlakda iddiaçının atası X3 ümumi əmlakda payının məhkəmə qaydasında müəyyən edilməsi,həmin payın miras əmlakına daxil olmaqla,vərəsələr arasında bölünərək vərəsə İddiaçı payının müəyyən edilməsi zəruridir. Cavabdehin vəkili və nümayəndəsi məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Tilat qızı birgə cavabdehlər Cavabdeh6, Cavabdeh4 Tilat qızı və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə miras payının müəyyən olunması, mərhum X14 arvadı Cavabdeh6nm adma qeydiyyatdan keçmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzildən mərhum X18 çatası payın müəyyən edilməsi, ** RA *** dövlət nömrə nişanlı Audi S6 markalı avtomobilə payın müəyyən edilməsi, həmin payın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı miras qoyan X14 vəfatmdan sonra keçən bir il ərzində mirası nə hüquqi, nə də faktiki olaraq qəbul etməmişdir. Bildiririk ki, X14 vəfatından sonra onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun birinci növbədə olan vərəsələri- qızı Cavabdeh4 Tilat qızı və arvadı Cavabdeh6 faktiki olaraq qəbul etmişdir. Hər iki ərizəçi mirası faktiki olaraq qəbul etmiş, həmin miras əmlaka faktiki sahiblik etmişlər və bunu iş üzrə cavabdeh olan digər vərəsələr də təsdiq edə bilərlər. hazırda hər iki ərizəçi miras əmlakı, yəni, Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul edib idarə edirlər. Evin giriş qapısının açarları həmin vərəsələrdədir və Cavabdeh4 Tilat qızı həmin evdə rəsmi qeydiyyatdadır. Qanuna istinadən yuxarıda qeyd olunduğu kimi, əmlaka sahiblik etməyə və onu idarə etməyə başlayan vərəsə mirası qəbul etmiş sayılır. həmin mirsa əmlakları faktiki olaraq cavabdehlər Cavabdeh4 Tilat qızı və Cavabdeh6 qəbul etsələr də, Səfərov Tilat vəfat edərkən İddiaçı Tilat qızı mərhumun dəfnindən sonra Cavabdeh6 və digər vərəsələrə müraciət edərək atasının miras əmlakından pay istədiyini, buna ehtiyacı olduğunu, əgər ona 15-20 min manat verilərsə, həmin pula Qaradağ rayonunun Lökbatan qəsəbəsində özünə mənzil ala biləcəyini bildirdi. Məlumat üçün bildiririk ki, sağlığında mərhum X10 Norəstənin münasibətləri yaxşı olmamış, ələqələri kəsilmişdir. Buna baxmayaraq, Cavabdeh6 belə qərara gəlmişdir ki, İddiaçı miras əmlakdakı payına uyğun olaraq onu qane edən məbləğ həcmində müvafiq kompensasiya versin. Bu barədə digər vərəsələrə də məlumat vermiş, onlar da bu fikri bəyənmişlər. Bundan sonra Cavabdeh6 İddiaçı ilə görüşərək bu fikrini ona da bildirmiş və İddiaçı bu təklifi məmnuniyyətlə qəbul etdiyini, əgər ona 20000 (iyirmi min) manat dəyərində pul və ya başqa əşya verilərsə, daha mirasdan heç bir pay istəməyəcəyini, nə vaxt lazım olsa, gəlib müvafiq ərizələrə imza edəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh6 şəxsi əmlakı sayılan və istifadəsində olan ümumi dəyəri 28-30 min manat təşkil edən qızıl-zinət əşyalarını iddiaçı Cavabdeh6 vermiş, qızıl-zinət əşyalarının dəyərinin təxminən 30000 (otuz min) manat təşkil etdiyini, keyfiyyətli və nadir bəzək əşyaları olduğunu bildirmiş, tövsiyə etmişdir ki, həmin qızılları satıb özünə mənzil alsın. Cavabdeh6 iddiaçıya onu da tövsiyə etmişdir ki, qızılları ucuz satmasın və təklif etmişdir ki, lazım olsa, onu satarkən yanında olub məsləhət verə, köməklik də edə bilər. Qızıl-zinət əşyaları iddiaçıya verilərkən mobil telefon vasitəsilə həmin anın görüntüləri də qeydə alınmışdır (həmin görüntülərin əks olunduğu daşıyıcını təqdim edirik). Bundan sonra İddiaçı bu barədə digər vərəsələrə-bacı qardaşlarına da məlumat vermiş və öz təşəkkürünü bildirmişdir. Sonrakı danışıqlarda iddiaçı Cavabdeh6 və digər vərəsələrə vəd etmişdir ki, evin Çimnaz və Cavabdeh6ların adına rəsmiləşdirilməsi üçün nə vaxt ərizələrə imza etmək lazım olsa, o, gəlib imza edəcək. Lakin sonradan o bu vədindən imtina etmiş, Cavabdeh6 aldatdığını bildirmiş, özünə ev almadığını, yenə də pay istədiyini, evi olmadığını demiş, qızılların aqibəti ilə bağlı ona sual veriləndə isə keçən bir il ərzində həmin qızılları satıb pulu ilə dolandığını qeyd etmişdir. Onun bu sözləri telefon danışıqlarında da öz əksini tapmışdır. İddiaçının bu hərəkəti və cavabdehləri açıq-aşkar aldatmaq cəhdi sonradan digər vərəsələrə də məlum olmuş və ailə daxilində müzakirə edilmişdir. İddiaçı ifşa olunduğunu və bacı- qardaşları tərəfindən haqlı olaraq qınandığım bilərək növbəti dəfə başqa bir yalan uydurub guya həmin qızılların saxta olduğunu, heç bir dəyəri olmadığını bildirdi. Bu vaxt ondan verilən həmin qızıl-zinət əşyaları tələb edildikdə isə onları harasa atdığını, özündə saxlamadığını demişdir. İddiaçı bunu məhkəmənin 11 may 2022-ci il tarixdə keçirilən iclasında da bildirmişdir. iddiaçının bu hərəkətləri hüquqdan sui-istifadədir. Belə ki, bütün miras şərikləri iddiaçı ilə onun mənafeyi nəzər alınaraq hüquqi uyğun davranmış, onun miras şəriki kimi maraqlarını pozmamış, əmlak mənafeyini nəzərə almışlar. Beləliklə də onunla qarşılıqlı razılaşma əsasında mirsaın bölgüsünü həyata keçirmişlər. Bu isə mirasla bağlı qanunvericiliyin tələblərinə tam uyğundur. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Cavabdehlər iddiaçı ilə mirasa dair münasibətlərində məhz bu normanın tələblərinə uyğun davranmış, onunla qarşılıqlı razılığa gəlmiş, miras əmlakın ona çatan 7/1 hissəsinin təxminən 18-20 min manat təşkil etdiyini müəyyənləşdirərək ona bunun ekvivalenti kimi qızıl-zinət əşyaları vermişlər. İddiaçı da bunu qəbul etmiş, digər miras şərikləri ilə razılaşmış, onlara evin sənədləşdirilməsi zamanı itimtina ərizəsi yazacağını vəd etmişdir. Lakin sonradan hüquqdan sui-istifadə etmişdir. Bu mənada. Cavabdeh miras şəriklərinin hərəkətləri tam qanunidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir.» Göründüyü kimi, mirasın hər hansı rəsmiləşdirmə və mübahisə olmadan miras şərikləri arasında bölünməsi mümkündür və bu, qanunidir. Cavabdehlər məhz bu şəraitdə iddiaçı ilə razılıq əldə etmişlər. Bu, mübahisə üzrə işin idddiaçmm da etiraf etdiyi faktiki halıdır. Lakin sonradan iddiaçı hüquqdan sui-istifadə edərək digər miras şərikləri qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, onları və məhkəməni aldada biləcəyini güman edərək hazırkı iddianı qaldırmışdır. Lakin iddiaçı ona kompensasiya kimi verilən qızılzinət əşyalarının saxta olmasını sübut edə bilməmişdir. İddiaçının hərəkəti hüquqdan sui-istifadədir. Bu isə qanunla qadağan olunan hərəkətdir. İddiaçı Tilat qızının iddia tələbinin rədd qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında miras əmlakdan imtina etmədiyini,atasının həyat yoldaşı olan Elmira xanımın atasının 3 günündən sonra onu evlərinə çağırdığını, atasından qalan qızıllardan ona pay vermək istədiyini, həmin qızılları stolu üstünüə tökdüyünü, həmin vaxtı yanlarında ögüy qradaşı, bacısı və Elmira xanım olduğunu, Elmira xanımın bu qızılları verməkdə məqəsdinin ona kömək etmək olduğunu, çünki özü ona demişdir ki, vəziyyətin yaxşı deyil ona görə də həmin qızılları ona verir, özünə ev alsın deyə, hətt o həmin paydan o biri qradaş bacılarına da veridyini bildiyini, həmin vaxtı o çox sevindiyini, sevindiyindən həmin qızılları evə gətirib şəklin çəkib qradaşlarına göndərdiyini, hətta həmin vaxtı bu paya görə evdə olan payından imtina etməyi desəydilər bu qızılı verdiklərinə görə imtina da edə builəcəyini, çünki həddindən artıq çox sevindiyini,bir il həmin qıızllara əl dəymədiyini, çünki atasının ili çıxdıqdan sonra həmin qıızlları satmaq niyyətində olduğunu, çünki maddi durumu o qədərdə yaxşı deyil, özü xırda ticarətlə məşğul olduğunu, bir qız övladı olduğunu, özüün də onkoloji xəstə olduğunu, həmin qızılları satmaq üçün 3 ayrı-ayrı mağazaya getdiyini, hər birində onların böyük bir qisminin demək olar hamısınn saxta qızıl olduğunu dediklərini, hazırdad yanında olan saatı da göstərə biləcəyini onun üstündə 3 rubl yazıldığını, həmin vaxtı çox pis hirsləndiyindən o qızılların hamısını zibil qutusuna atdığını, özündə bir ikisini saxladı hansıki dedilər ki, onların tərkibində bir iki qram da olsa qızıl var, mənim tək istədiyimi atamın mirasında hamının bərabər payı müəyyən edilsin, mənim də payım müəyyən edilsin, ona görə də iddiaanın təmin eidlməsini məhkəmədən xahiş edir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında iddiaçının mərhum atasının adaına miras əmlak qalmış, həmin əmlaklar üzrə vərəsəlik işi açılmış, hazırda 7 nəfər vərəsə olduğu müəyyən edilmiş, bunlar aşkardır, cavabdehlər miras payın əvəzində kompensasiya kimi qızıl veridklərini deyirlər, ancaq həmin qızıl mkrasın əvəzinə deyil, atasından qalan qızıl pay kimi verilmişdir, heç həmin qızıllar da qızıl olmamış, saxta olduğunu iddiaçı müəyyən etmişdir, hətta qıızl olsa belə, onlar mirasdakı pay əvəzinə veirlməyibdir, cavabdeh tərəfin deidkləri heç bir halı qəbul etmədiklərini, onların tək istədiklərinin hər bir miras əmlak üzrə vərəslərin payının üəyyən eidlməsi olduğunu bidlirərək, məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər və onların vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, yazılı etirazın dəlillərinə uyğun izahat verərək, öz izahatlarında atasından qeyd eidlən miras əmlakların qaldığını, avtomobillə bağlı hissədə onlar heç bir naarzıçılıq olmadığını, çünki avtomobil başqasına satılıb, başqasının mülkiyyətindədir, iddiaçı öz payını götürərə, cavabdehlər isə paylarından imtina edər, ancaq evlərlə bağlı isə iddiaçıya cavabdeh tərəfindən kompensasiya öədnilmiş, bu tərəlfərin qarşılıqlı razılaşması əsasında baş vermişdir, iddiaçı özü də bu halı deyir ki, onlar arasında heç bir gərgin münaisbət, düşmənçilik olmuyub həmin vaxtı, həmin qızılları da məhz evdəki payına görə ona verdiklərini, əgər qızılların saxta olduğunu deyirsə, gətirib qıızlları verisn, paylar da müəyyən edilsin,iddiaçıya kompensasiya ödənildiyindən, artıq onun hansı payından danışmaq olar, iddiaçı hüquqdan sui istifadə edir, bu hallar aşkar görünür, bütün bu hlaların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Cavabdeh3 və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddia tələbi üzrə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki,iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materialalrında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin 22 iyul 2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, 17 iyun 2020-ci il tarixdə vəfat etmiş X7 ölmündən sonra miras qalmış əmlakla bağlı 09.06.2021-ci il tarixdə mürcaiət daxil olmuş, 149/2021 saylı vərəslik işi açılmış, vrəsələr aarsında mübahisə olduğundan əmlakın notarial qaydada deyil məhkəmə qyadasında bölünməsini nəzərə alaraq, vərəsələr arasında əmlakın bölünməsi ilə bağlı məhkəməyə mürcaiət edilməsi tpvsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 01.07.2021-ci il tarixli **********18 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanı X20 adınadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S. Orucov döngəsi, ev 4 mənzil xüsusi mülkiyyət formasında X13 adına 17.07.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 196474 seriyalı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki,X23 19.06.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 196410 seriyalı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki,X8 20.07.1993-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 16.08.2021-ci il tarixli **********90 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzil Cavabdeh6 adına 23.10.2007-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırd mülkiyyətindədir, digər daşınmaz əmlak aşkar eidlməmişdır. İş materiallarından görünür ki, X24 ilə X15 arasında rəsmi nikah 04 avqust 1993-cü ildə bağlanmış, 264 № ilə qeydə alınmışdır. İş materiallarından görünür ki, AUDİ S6 minik markalı 10RA703 dövlət qeydiyyat nömrə nişanlı avtomobil 02.03.2006-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında X13 adına qeydiyyatdan kemişdir, hazırda mülkiyyətindədir. İş materiallarından görünür ki, 22.09.2007-ci il tarixdə X19 ilə Cavabdeh6 aarsında daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanılmış, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, mənzil 5 daşınmaz əmlakı Cavabdeh6 satın almışdır. İş materiallarında olan **********404 ərizənin sürətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 6 mənzili miras kimi qəbul etmişdir. İş materiallarında olan **********243 ərizənin sürətindən görünür ki,Cavabdeh4 Bakı şəhəri, ünvan 6 məzili miras kimi qəbul etmişdir. İş materiallarında olan **********244 ərizənin sürətindən görünür ki,Cavabdeh6 Bakı şəhəri, ünvan 6 məzili miras kimi qəbul etmişdir. İş materiallarında olan **********245 ərizənin sürətindən görünür ki,Cavabdeh1 Bakı şəhəri, ünvan 6 məzili miras kimi qəbul etmişdir. İş materiallarında olan **********246 ərizənin sürətindən görünür ki,Cavabdeh5 Bakı şəhəri, ünvan 6 məzili miras kimi qəbul etmişdir. İş materiallarında olan **********255 ərizənin sürətindən görünür ki,X29 Bakı şəhəri, ünvan 6 məzili miras kimi qəbul etmişdir. İş materiallarında olan **********273 ərizənin sürətindən görünür ki,Cavabdeh3 Bakı şəhəri, ünvan 6 məzili miras kimi qəbul etmişdir. İş materiallarında olan **********405 ərizənin sürətindən görünür ki,Cavabdeh4 atası X14 17.06.2020-ci il tarixdə vəfat etdiyini, miras əmlakın bölüşdüürlməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğunu nəzərə alaraq, notarial qaydada deyil, məhkəmə qaydasında baxılmaısna köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına 2 ədəd flash kart (tərəflərin səs yazılarına dair) əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1279-cu maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X23 17.06.2020-ci il tarixdə vəfat etmişdir, onun ölümündən sonra 09.06.2021-ci il tarixdə vərəsəlik işi açılmış, iddiaçı və cavabdehlər (arvadı və uşaqları) qanun üzrə birinci növbədən vərəsələri qismində çıxış edir, qanun üzrə 7 nəfər vərəsəsi vardır, miras əmlakın tərkibinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 6-cı S.Orucov döngəsi ev 4 saylı mənzil, AUDİS6 markalı 10RA713 dövlət qeydiyyat nömrə nişanlı avtomobil və birgə nikah dövründə əldə edilmiş əmlak qismində çıxış edən Bakı şəhəri Qaradağ rayonu S.Orucov döngəsi ev 10 5 saylı mənzildə olan ölmüş şəxs X13 ½ hissədə pay hüququ daxildir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı vəfat etmiş atasına məxsus olan bütün əmlaklarda bütün vərəsələrin payının bərabər müəyyən eidlməsini tələb edir, cavabdehlər isə iddiaçı miras əmlakda olan payının əvəzi olaraq ona 30000 manat dəyərində olan qızıl-zinət əşyalarının verildiyini, artıq iddiaçıya mirasda olan paya görə kompensasiya ödənildiyini əsas gətirərək, iddiaçının miras əmlakda hansısa payının olmadığını bildirərək, iddia tələbinə etiraz edirlər. Məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, vərəsə qismində çıxış edən iddiaçının miras əmlakdan imtina etməsi halı və bu hala dair notarial qaydada təsdiq eidlmiş ərizənin olması halı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə cavabdeh tərəfin iddiaçıya miras əmlakdakı payına görə ona kompensasiya ödənildiyini bildirsə də, məhkəmə araşdırması zamnaı vərəsələr arasında belə bir razılaşmanın olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Belə ki, iddiaçı Cavabdeh6 tərəfindən ona qızıl-zinət əşyalarının verildiyini, onun ona atasından qalma pay kimi verildiyini, mirasdakı payın əvəzi kimi ona verilmədiyini,həmin əşyaların isə sonradan heç qızıl-zinət əşyası belə olmadığını müəyyən etdiyini, həmin qızıl zinət əşyalarının ona mirasdan imtina kimi əvəz olaraq verilmədiyini, lakin həmin vaxtı ona desəydilər o həmin qızıllara görə payından imtina da edərdi, ancaq yaxşıki etməmişdir, çünki o qızıllar sonra saxta olduğu müəyyən edilmişdir. Bundan əlavə məhkəmə onu qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən miras paydan imtina notarial təsdiq edilmiş ərizə əsasında mümkündür. İndiki halda isə nə vərəsə qismində çıxış eədn iddiaçı tərəfindən veirlmiş belə bir ərizənin olması halı, nə də miras şərikləri arasında mirasın bir miras şərikinə keçməsi və bunun müqabilində kompensasiya öədilməsi ilə bağlı razılaşmanın olması halı müəyyən edilməmişdir. Bundan əlavə, miras qoyan X23 tərəfindən hər hansı vəsiyyatnamə tərtib edilməsi halı da müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, miras qoyan qismində çıxış edən X13 miras əmlakı qanun üzrə birinci növbə vərəsələri qimsində çıxış edən tərəflərə-7 nəfər vərəsəyə bərabər pay əsasında keçməlidir. Həmçinin, məhkəmə miras əmlakın tərkib hissəsinə daxil olan əmlaklarla bağlı onu qeyd edir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evi miras əmlaka daxil olmaqla, həmin evə dair mülkiyyət hüququ üzrə vərəslərin bərabər pay hüququ müəyyən edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ əmlak hüququ qismində çıxş etməklə, X9 adına dövlət qeydiyyatına alındığından, qeyd eidlən hüquq da miras əmlakın tərki hissəsinə daxil olmaqla, həmin hüquq üzrə də vərəslərin bərabər pay hüququ müəyyən edilməlidir. Həmçinin, məhkəmə miras əmlakın tərkibinə daxil olan avtomobillə bağlı onu qeyd edir ki, miras əmlakın tərkibinə daxil olan avtomobilin mülkiyyətçisi qismində miras qoyan X23 çıxış etsə də, həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobil üzrə X13 ½ hissədə və Cavabdeh6 ½ hissədə pay hüququ müəyyən edilməli və X14 həmin avtomobilə dair ½ hissədə pay hüququ miras əmlakın tərkib hissəsinə daxil olmalı və vərəsələrin payı miras əmlaka daxil olan həmin hissədə müəyyən edilməlidır. Həmçinin, məhkəmə, Cavabdeh6 xüsusi mülkiyyətində olan mənzillə bağlı onu qeyd edir ki, həmin mənzil vəfat etmiş şəxs X23 ilə birgə nikah dövründə əldə edildiyindən, onların birgə mülkiyyəti hesab ediliyindən, onların payları bərabər hesab edilməli və həmin birgə mülkiyyətdə olan əmlakdan X17 çatası ½ hissədə pay hüququ miras əmlakın tərkib hissəsi çıxış etməklə, həmin hissədə vərəsələrin payı müəyyən eidlməlidir. Beləliklə, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, vərəsələr qismində çıxış edən tərəflərin miras qoyan qismində çıxış edən X13 miras əmlakına daxil olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ üzrə və həmin fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə hər birinin 1/7 hissədə pay hüququ, X6 xüsusi mülkiyyətində olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair Cavabdeh6 ½ hissədə pay hüququ və X13 ½ hissədə pay hüququ müəyyən eidlməli və X13 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair ½ hissədə olan pay hüququ üzrə vərəsələrin 1/7 hissədə pay hüququ müəyyən edilməli, X13 xüsusi mülkiyyətində olan AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair Cavabdeh6 ½ hissədə və X12 ½ hissədə pay hüququ müəyyən edilməli və X13 AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair ½ hissədə pay hüquq üzrə vərəslərin 1/7 hissədə pay hüququ müəyyən eidlməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi əsasları mövcud olmadığından, ərizə tətbiq edilməməlidir. Belə ki, cavabdeh tərəfindən müvafiq ərizədə istinad edilən müddət iddia müddəti qismində deyil, məhz kəsici müddət qismində çıxış edir. İndiki halda isə, miras qoyan X13 ölümündən sonra müvafiq notariat orqanında vərəəslik işi açılmış və notariat orqanında həmin vərəsəlik iş üzrə onun 7 nəfər vərəsəsi (hazırki mülki iş üzrə tərəflər) qanun üzrə birinci növbədə vərəsələri qismində cəlb edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə kəsici müddət kimi Mülki Məcəllənin 1246-cü maddələrinin tətbiqi əsasları aradan qalxmışdır (çünki artıq vərəəslik işi açılmış və tərəflər vərəsə qimsində notariat orqanında işə cəlb eidlmişlər). İndiki halda isə vərəsələr arasında mübahisə predmeti vərəsələyin qəbul edilməsi ilə bağlı müddətin ötürülməsi ilə bağlı məsələ olmamış (çünki artıq vərəsəlik işi açılmış və tərəflər vərəsə kimi cəlb edilmişlər) mübahisə predmeti miras əmlakdakı payın müəyyən edilməsi ilə bağlı münasibətlər təşkil etmişdir. Bundan əlavə, hazırki mülki iş üzrə iddia müddəti Mülki Məcəllənin 373-cü maddəsinin tələbi baxımından da (ümumi iddia müddəti 10 il müəyyən ediliyindən) ötürülməmişdir. Qeyd edilən halları əsas götürərək, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsassız olmaqla, təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilıə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddia tələbi qismən təmin edilməli, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilməli, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilməli, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair Cavabdeh6 ½ hissədə pay hüququ və X13 ½ hissədə pay hüququ müəyyən edilməli və X13 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair ½ hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilməli, X13 xüsusi mülkiyyətində olan AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair Cavabdeh6 ½ hissədə və X12 ½ hissədə pay hüququ müəyyən edilməli və X13 AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair ½ hissədə pay hüquq üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilməli, qalan hissədə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Miras qoyan X11 miras qalmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilsin. Miras qoyan X13 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilsin. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə Cavabdeh6 ½ hissədə pay hüququ və X13 ½ hissədə pay hüququ müəyyən edilsin. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə X13 ½ hissədə olan pay hüququ miras əmlaka daxil edilsin və həmin əmlaka dair miras qoyan X13 1/2 hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilsin. AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair mülkiyyət hüququ üzrə Cavabdeh6 ½ hissədə və X12 ½ hissədə pay hüququ müəyyən edilsin. AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilinə dair X13 ½ hissədə olan pay hüquq miras əmlaka daxil edilsin və həmin əmlaka dair miras qoyan X13 1/2 hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququ müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar