Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-635/2025 07.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Avçiyeva (Əzizova)Arzu Məhəmməd qızının nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızının, maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı vərəsəlik üzrə payların müəyyən edilməsi, paylı mülkiyyətdə olan torpaq sahəsinin koordinatlarının təyin edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, JN-047F Kod 30301018 saylı Torpağın Mülkiyyətə X4 əsasən ümumilikdə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən hər birinə yəni İddiaçı1, İddiaçı2, Avçiyeva (Əzizova)Arzu Məhəmməd qızı, X8 və Cavabdeh 0.05 ha olmaqla torpaq payları müəyyən edilərək koordinatlar əsasında ayrılması, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 məxsus olmaqla ondan miras qalmış 0.05 ha həyətyanı torpaq sahəsinin isə vərəsəlik üzrə İddiaçı1 və Cavabdeh hər birinə 1/2 hissədə olmaqla ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2, Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızna, eləcə də, digər mülkiyyətçilər olan X8 və Cavabdeh Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə Quba rayonu, Əski İqriq kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün hər birinə 0.05 ha torpaq sahəsi olmaqla, ümumilikdə 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş və mülkiyyət hüququnu təsdiq edən JN-047F Kod 30301018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Mülkiyyətçilərdən X8 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, vərəsələrindən övladları İddiaçı1 və cavabdeh- qardaşı Cavabdeh qalmışdılar. Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 4657 saylı məktubundan görünür ki. xx.xx.2014-cü il tarixli 2V-50 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və cavabdeh- qardaşı Cavabdeh xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələridir. Anasının sağlığında və vəfatından sonra, həmin torpaqda yerləşən yaşayış evində yaşayıblar və vərəsəlik üzrə anasından qalan torpaq sahəsini faktiki idarə etməklə qəbul etdiyindən ümumi torpaq sahəsində şabalıd ağacları əkib becərmişdir. Lakin 2024-cü ilin əvvəllərində mübahisə yaratdığından artıq həmin evdə yaşamır. Həmin vaxtdan Cavabdeh bütövlükdə 0.25 ha həyətyanı torpaq sahəsini zəbt etmiş, əkdiyi şabalıd ağaclarını qəsdən kəsmiş, dəfələrlə cavabdehə şifahi xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh onların mülkiyyət və vərəsəlik hüquqlarını pozmuş və hal-hazırda da pozmaqda davam etməkdədir.Torpaq sahəsinin razılıq əsasında öz aralarında bölünməsi üçün Azərbaycan Respublikası ƏMDX DƏDK və RPHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdilər. Lakin Torpağın Mülkiyyətə X4 əsasən torpaq sahəsinin koordinatları ölçülərək naturada təyin olunan zaman cavabdeh bilərəkdən mübahisə yaratmış və torpaq sahəsinin müayinəsi baş tutmamış, nəticədə bölgü sxemini hazırlamaq mümkün olmamışdır. Cavabdeh tərəflə mübahisənin könüllü şəkildə məhkəmədən kənar qaydada həll etmək mümkün olmadığından məhkəməy ə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, qeyd olunan torpaq sahəsində yerləşən yaşayış evinə dair Çıxarış olmadığından, həmin evin vərəsəlik üzrə bölünməsini hazırda mübahisələndirmir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, Məhəmmədin və digər iddiaçıların bu torpağa heç bir haqları yoxdur. Ona 200 000 minlik ev tikib, onun Bakıda bacıları yaşayır, bacıları da ona pay verilməsinə etiraz edirlər. Heç bir halda ona pay düşmür və israrla iddia tələbinə etirazını bildirmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi qismində vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Məhəmməd bir il bundan əvvələ kimi də sözü gedən mübahisəli evdə yaşayıb. Sonradan Qubada ev tikib Qubaya köçüb. Cavabdehlərin həmin əmlaka haqı var, onların hər birinin payının müəyyən edilməsinin və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi qismində vəkilinin, cavabdehin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-047F KOD 30301018 saylı Torpağın Mülkiyyətə X4 əsasən, Quba rayon AİK-ının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə Quba rayonu, Əski-İqriq kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi X6, Cavabdeh, İddiaçı1, İddiaçı2 və Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 2752 nömrəli arayışdan göründüyü kimi, İddiaçı1 Quba rayonu, Əski-İqriq kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 518411 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”dən göründüyü kimi, X8 xx.xx.2012-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 69 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan A3 350698 seriyalı “Doğum haqqında şəhadətnamə”-nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı il tarixində doğulmuş, atası- X2, anası- X1 qeyd olunmuşdur. Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 4657 saylı məktubundan görünür ki, xx.xx.2014-cü il tarixli 2V-50 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Cavabdeh xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələridir. xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı1 və Cavabdeh xx.xx.2006-cı il tarixdə verilmiş JN-047F KOD 30301018 saylı şəhadətnaməyə əsasən Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh ½ hissədən, İddiaçı1 ½ hissədən ibarətdir. Vərəsəlik işi 2V-/01-50 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı1 ünvanlanmış məlumatına əsasən, ünvan 2 sahəsinə bölgü sxeminin hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, sənədlərin ekspertizası və daşınmaz əmiakın müayinəsi zamanı aşkar olunmuşdur ki, bölgü sxeminin hazırlanması ilə bağlı müraciət etdiyiniz 0.25 ha torpaq sahəsi üzərində mülkiyyətçilər arasında mübahisə mövcud olduğundan torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanmsı mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonu, Əski İqriq kəndində yerləşən JN-047F Kod 30301018 saylı Torpağın Mülkiyyətə X4 əsasən ümumilikdə 0.25 ha həyətyanı torpaq sahəsi X6, Cavabdeh, İddiaçı1, İddiaçı2 və Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızının mülkiyyətinə verilmiş, X8 vəfat etdiyindən ondan qalmış əmlaka vərəsəlik hüququ müəyyən olunması üçün birgə mülkiyyətə payların müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə də, JN-047F Kod 30301018 saylı Torpağın Mülkiyyətə X4 əsasən ümumilikdə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən hər birinə yəni İddiaçı1, İddiaçı2, Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızı, X8 və Cavabdeh 1/5 hissə (0.05 ha) olmaqla payları müəyyən olunmalıdır. Habelə müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 məxsus olmaqla ondan miras qalmış 0.10 ha həyətyanı torpaq sahəsinin isə vərəsəlik üzrə İddiaçı1 və Cavabdeh hər birinə 1/2 hissədə olmaqla pay ayrılması müəyyən edilmişdir. Vərəsələr İddiaçı1 və Cavabdeh arasında digər miras əmlak 0.25 ha torpaq sahəsinin X6 çatan hissəsinin bölgüsü ilə bağlı mübahisə mövcuddur. Məhkəmə hesab edir ki, əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə də, vərəsələr İddiaçı1 və Cavabdeh digər miras əmlak - JN-047F Kod 30301018 saylı “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən verilmiş 0.25 ha torpa sahəsinin X6 düşən 1/5 hissəsi (0.05 ha) miras aktivi kimi qəbul edilməklə vərəsələr İddiaçı1 və Cavabdeh arasında hər birinə 1/2 hissə olmaqla bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçılar torpaq sahəsindən onlara düşən payın koordinatlar üzrə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mərhələdə iddia qeyd edilən hissə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi, birgə mülkiyyətçilərolan tərəflərin payları qabaqcadan müəyyənləşdirilməmiş və hazırki iddia ilə müəyyənləşdirilir. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq iddia ilə müraciət edilməklə qeyd edilən hüquqi maraq təmin oluna bilər. Beləliklə, X3 miras qalmış torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı1 1/2 hissə və Cavabdeh 1/2 hissə vərəsəlik üzrə payları müəyyən olunmalı və ümumilikdə JN-047F Kod 30301018 saylı “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən ümumilikdə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinən İddiaçı1 3/10 hissə , İddiaçı2 2/10 hissə, Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızına 2/10 hissə və Cavabdeh 3/10 hissə olmaqla torpaq payları müəyyən edilsin, İddia qalan hissədə təmin edilməsin. müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. X5 mirası əmlakı torpaq sahəsinə vərəsələri İddiaçı1 və Cavabdeh hər birinə 1/2 hissə olmaqla vərəsəlik hüquqları müəyyən edilsin. JN-047F Kod 30301018 saylı “Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə”yə əsasən verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinə qəti olaraq İddiaçı1 (vərəsəlik üzrə payı nəzərə alınmaqla) 3/10 hissə, İddiaçı2 2/10 hissə, Avçiyeva (Əzizova) Arzu Məhəmməd qızının 2/10 hissə və Cavabdeh (vərəsəlik üzrə payı nəzərə alınmaqla) 3/10 hissə olmaqla payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(027)-635/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-635/2025
07.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver