Məhkəmə qərarları › İş №2(103)-5003/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5003/2022

20.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5003/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Tələt oğluna, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5 Tılatoviçə, Cavabdeh6 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: miras əmlakının bölünməsi, torpaq sahəsinə istifadə hüququnun tanınması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, onların etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “miras əmlakının bölünməsi, torpaq sahəsinə istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, iddiaçı və cavabdehlər (arvadı və uşaqları) qanun üzrə birinci növbədən vərəsələri qismində çıxış edir, qanun üzrə 7 nəfər vərəsəsi vardır, miras əmlakın tərkibinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 6-cı S.Orucov döngəsi 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evi, AUDİ S6 markalı **-RA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və birgə nikah dövründə əldə edilmiş əmlak qismində çıxış edən Bakı şəhəri Qaradağ rayonu S.Orucov döngəsi ev 10,5 saylı mənzildə olan ölmüş şəxs X7 ½ hissədə pay hüququ daxildir.

2. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı vəfat etmiş atasına məxsus olan bütün əmlaklarda bütün vərəsələrin payının bərabər müəyyən eidlməsini tələb edir, cavabdehlər isə iddiaçı miras əmlakda olan payının əvəzi olaraq ona 30.000 manat dəyərində olan qızıl-zinət əşyalarının verildiyini, artıq iddiaçıya mirasda olan paya görə kompensasiya ödənildiyini əsas gətirərək, iddiaçının miras əmlakda hansısa payının olmadığını bildirərək, iddia tələbinə etiraz edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras əmlakının bölünməsi, torpaq sahəsinə istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, atası X5 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə kimi onun +0 döngəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə kimi onun payının müəyyən edilməsi, çıxarışa əsasən atası X7 istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 0.011196 hektar torpaq sahəsinin onun istifadəsinə verilməsi, həmin torpaq sahəsindən onun istifadə hüququnun tanınması, eləcə də vərəsəlik şəhadətnaməsinin verilməsinin 8 saylı notariat ofisinə həvalə edilməsi, mərhum X7 mülkiyyətində olan **-RA-*** dövlət qeydiyyat nişanı, qara rəngli, AUDİ S6 minik avtomobilinin miras əmlakına daxil olaraq bölünməsi, həmin avtomobilə dair ona çatası payın müəyyən edilməsi, mərhum X7 arvadı Cavabdeh6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs, 6-cı S.Orucov döngəsi, ev 10,5 saylı mənzildə mərhum X8 çatası payın müəyyən edilməsi, həmin payın miras əmlakına daxil olaraq vərəsələr arasında bölünməsi, həmin əmlakda onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X11 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. X13 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs. 6-cı S.Orucov döngəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Özü o evdə qeydiyyatdadır. Atası onun bəzi əşyalarını istifadə üçün götürmüşdür. Hazırda da atasından qalan əşyalardan istifadə edir. X18 öləndən sonra notariat orqanında vərəsəlik işi açılması üçün müraciət etməməyinin səbəbi mirası faktiki qəbul etməyi, eyni zamanda cavabdehlərin onu bu addımdan çəkindirməkləri olmuş. Onlar ona atasının ili çıxana kimi bu məsələnin danışılmasının uyğun olmadığını söyləmişlər. Vərəsəlik işinin açılması üçün xx.xx.2021-ci il tarixdə 8 saylı Notariat Ofisinə mürcaiət etdiş, notariat ofisi 149/2021-ci nömrəli vərəsəlik işi açmışdır. Notariat ofisinin xx.xx.2021-ci il tarixdə,1823 saylı məktubunda digər vərəsənin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən mərhum Tılat Səfərova məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras qalmış əmlakın notariat qaydasında deyil məhkəmə qaydasında bölünməsi istəyini nəzərə alınaraq, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək niyyətinə gəlmişəm. X18 anası Çimnaz Fərzəliyevanın xx.xx.1993-cü ildə ölümündən sonra xx.xx.1993-cü ildə Qaradağ rayon Qeydiyyat şöbəsinin 264 saylı nikah aktına əsasən Cavabdeh6 ilə nikaha daxil olmuşdur. Atasının ondan əlavə 5 övladı var, onlar Cavabdeh1, Cavabdeh2, Babayeva (qızlıq soyadı Səfərova) Zeynəb Tılat qızı, Cavabdeh4, Cavabdeh5dir. Qeyd etmək istəyir ki, sənədlərin əsillərinin bir hissəsi cavabdehlərin sərəncamındadır, onların məhkəməyə cavabdehlər vasitəsilə təqdim olunması daha rahatdır. AR DİN Baş Dövlət Yol Polis idarəsinin xx.xx.2021-ci il tarixli, N-li 90187-1221 saylı məktubuna və məktuba əlavə edilmiş kompüter çıxarışına əsasən ona məlum olmuşdur ki, mərhum X18un mülkiyyətində **-RA- *** dövlət qeydiyyat nişanı, qara rəngli, AUDİ S6 minik avtomobili mövcuddur. Həmin avtomobilin miras əmlakına daxil olunmasını və həmin əmlaka dair onun vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********90 saylı məktubuna əsasən müəyyən etmişlər ki, mərhum X18un arvadı Cavabdeh6 adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs, 6-cı S.Orucov döngəsi, ev 10,5 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Dövlət Notariat Arxivi tərəfindən əldə edilmiş 8 saylı notariat kontorunda (hazırda 8 saylı notariat ofisi) bağlanmış AN-1 N-li ******* nömrəli,xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh6 sözügedən mənzili X1 almışdır. Cavabdeh6 mərhum X18la xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşdur. Hesab edir ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilib, X15 Səfərovanın ümumi əmlakıdır. Bu səbəbdən həmin ümumi əmlakda onun atası mərhum Tılat Səfərovun ümumi əmlakda atası mərhum Tılat Səfərovun ümumi əmlakda payının məhkəmə qaydasında müəyyən edilməsi, həmin payın miras əmlakına daxil olmaqla, vərəsələr arasında bölünərək vərəsə kimi onun payının müəyyən edilməsi zəruridir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddianın qismən təmin edilməsi, miras qoyan X5 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, miras qoyan X7 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10,5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə Cavabdeh6 ½ hissədə pay hüququ və X7 ½ hissədə pay hüququnun müəyyən edilməsi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10,5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə X7 ½ hissədə olan pay hüququnun miras əmlaka daxil edilməsi və həmin əmlaka dair miras qoyan X7 ½ hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair mülkiyyət hüququ üzrə Cavabdeh6 ½ hissədə və X6 ½ hissədə pay hüququnun müəyyən edilməsi, AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobilinə dair X7 ½ hissədə olan pay hüququnun miras əmlaka daxil edilməsi və həmin əmlaka dair miras qoyan X7 ½ hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, vərəsə qismində çıxış edən iddiaçının miras əmlakdan imtina etməsi halı və bu hala dair notarial qaydada təsdiq eidlmiş ərizənin olması halı müəyyən edilməmişdir.

8. Həmçinin, məhkəmə cavabdeh tərəfin iddiaçıya miras əmlakdakı payına görə ona kompensasiya ödənildiyini bildirsə də, məhkəmə araşdırması zamnaı vərəsələr arasında belə bir razılaşmanın olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Belə ki, iddiaçı Cavabdeh6 tərəfindən ona qızıl-zinət əşyalarının verildiyini, onun ona atasından qalma pay kimi verildiyini, mirasdakı payın əvəzi kimi ona verilmədiyini, həmin əşyaların isə sonradan heç qızıl-zinət əşyası belə olmadığını müəyyən etdiyini, həmin qızıl zinət əşyalarının ona mirasdan imtina kimi əvəz olaraq verilmədiyini, lakin həmin vaxtı ona desəydilər o həmin qızıllara görə payından imtina da edərdi, ancaq yaxşıki etməmişdir, çünki o qızılların sonra saxta olduğu müəyyən edilmişdir.

9. Bundan əlavə məhkəmə onu qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən miras paydan imtina notarial təsdiq edilmiş ərizə əsasında mümkündür. İndiki halda isə nə vərəsə qismində çıxış eədn iddiaçı tərəfindən verilmiş belə bir ərizənin olması halı, nə də miras şərikləri arasında mirasın bir miras şərikinə keçməsi və bunun müqabilində kompensasiya öədilməsi ilə bağlı razılaşmanın olması halı müəyyən edilməmişdir.

10. Bundan əlavə, miras qoyan X11 tərəfindən hər hansı vəsiyyatnamə tərtib edilməsi halı da müəyyən edilməmişdir. Bu halda, miras qoyan qismində çıxış edən X7 miras əmlakı qanun üzrə birinci növbə vərəsələri qimsində çıxış edən tərəflərə-7 nəfər vərəsəyə bərabər pay əsasında keçməlidir.

11. Həmçinin, məhkəmə miras əmlakın tərkib hissəsinə daxil olan əmlaklarla bağlı qeyd etmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evi miras əmlaka daxil olmaqla, həmin evə dair mülkiyyət hüququ üzrə vərəslərin bərabər pay hüququ müəyyən edilməlidir.

12. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı S.Orucov döngəsi 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ əmlak hüququ qismində çıxış etməklə, Tılat Səfərovun adına dövlət qeydiyyatına alındığından, qeyd eidlən hüquq da miras əmlakın tərkib hissəsinə daxil olmaqla, həmin hüquq üzrə də vərəslərin bərabər pay hüququ müəyyən edilməlidir.

13. Həmçinin, məhkəmə miras əmlakın tərkibinə daxil olan avtomobillə bağlı qeyd etmişdir ki, miras əmlakın tərkibinə daxil olan avtomobilin mülkiyyətçisi qismində miras qoyan Tılat Səfərov çıxış etsə də, həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobil üzrə Tılat Səfərovun ½ hissədə və Cavabdeh6 ½ hissədə pay hüququ müəyyən edilməli və Tılat Səfərovun həmin avtomobilə dair ½ hissədə pay hüququ miras əmlakın tərkib hissəsinə daxil olmalı və vərəsələrin payı miras əmlaka daxil olan həmin hissədə müəyyən edilməlidır.

14. Bundan başqa, məhkəmə, Cavabdeh6 xüsusi mülkiyyətində olan mənzillə bağlı qeyd etmişdir ki, həmin mənzil vəfat etmiş şəxs Tılat Səfərovla birgə nikah dövründə əldə edildiyindən, onların birgə mülkiyyəti hesab ediliyindən, onların payları bərabər hesab edilməli və həmin birgə mülkiyyətdə olan əmlakdan Tılat Səfərova çatası ½ hissədə pay hüququ miras əmlakın tərkib hissəsi çıxış etməklə, həmin hissədə vərəsələrin payı müəyyən eidlməlidir.

15. Məhkəmə qeyd edilən halları əsas götürərək, hesab etmişdir ki, vərəsələr qismində çıxış edən tərəflərin miras qoyan qismində çıxış edən Tılat Səfərovun miras əmlakına daxil olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ üzrə və həmin fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə hər birinin 1/7 hissədə pay hüququ, Elmira Səfərəvovanın xüsusi mülkiyyətində olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair Cavabdeh6 ½ hissədə pay hüququ və Tılat Səfərovun ½ hissədə pay hüququ müəyyən eidlməli və X12 rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair ½ hissədə olan pay hüququ üzrə vərəsələrin 1/7 hissədə pay hüququ müəyyən edilməli, Tılat Səfərovun xüsusi mülkiyyətində olan AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair Cavabdeh6 ½ hissədə və Tılat Səfərovun ½ hissədə pay hüququ müəyyən edilməli və Tılat Səfərovun AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair ½ hissədə pay hüquq üzrə vərəslərin 1/7 hissədə pay hüququ müəyyən eidlməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1, 225.2, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1160, 1162, 1243, 1256, 1279, 1291-ci maddələri, Ailə Məcəlləsinin 35, 37.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Apelyasiya şikayətlərində göstərilmişdir ki, iddiaçı miras qoyan X7 vəfatından sonra keçən bir il ərzində mirası nə hüquqi, nə də faktiki olaraq qəbul etməmişdir. Tilat Səfərovun vəfatından sonra onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun birinci növbədə olan vərəsələri - qızı Cavabdeh4 və arvadı Cavabdeh6 faktiki olaraq qəbul etmişdir. Hər iki şəxs mirası faktiki olaraq qəbul etmiş, həmin miras əmlaka faktiki sahiblik etmişlər və bunu iş üzrə cavabdeh olan digər vərəsələr də təsdiq edirlər. Birinci növbədə olan hər iki vərəsə bərabər əsaslarla mirası faktiki olaraq qəbul etmiş və idarə edirlər. Həmin miras əmlakları faktiki olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh6 qəbul etsələr də, Səfərov Tilat vəfat edərkən İddiaçı Tilat qızı mərhumun dəfnindən sonra Cavabdeh6 və digər vərəsələrə müraciət edərək atasının miras əmlakından pay istədiyini, buna ehtiyacı olduğunu, əgər ona 15-20 min manat verilərsə, həmin pula Qaradağ rayonunun Lökbatan qəsəbəsində özünə mənzil ala biləcəyini bildirdi. Cavabdeh6 belə qərara gəlmişdir ki, İddiaçı miras əmlakdakı payına uyğun olaraq onu qane edən məbləğ həcmində müvafiq kompensasiya versin. Bundan sonra Cavabdeh6 şəxsi əmlakı sayılan və istifadəsində olan ümumi dəyəri 28-30 min manat təşkil edən qızıl-zinət əşyalarını İddiaçı vermiş, qızıl-zinət əşyalarının dəyərinin təxminən 30.000 (otuz min) manat təşkil etdiyini, keyfiyyətli və nadir bəzək əşyaları olduğunu bildirmiş, tövsiyə etmişdir ki, həmin qızılları satıb özünə mənzil alsın. Sonrakı danışıqlarda iddiaçı Cavabdeh6 və digər vərəsələrə vəd etmişdir ki, evin Çimnaz və Cavabdeh6ların adına rəsmiləşdirilməsi üçün nə vaxt ərizələrə imza etmək lazım olsa, o, gəlib imza edəcək. Lakin sonradan o bu vədindən imtina etmiş, Cavabdeh6 aldatdığını bildirmiş, özünə ev almadığını, yenə də pay istədiyini, evi olmadığını demiş, qızılların aqibəti ilə bağlı ona sual veriləndə isə keçən bir il ərzində həmin qızılları satıb pulu ilə dolandığını qeyd etmişdir. Onun bu sözləri telefon danışıqlarında da öz əksini tapmışdır. İddiaçının bu hərəkəti və cavabdehləri açıq-aşkar aldatmaq cəhdi sonradan digər vərəsələrə də məlum olmuş və ailə daxilində müzakirə edilmişdir. İddiaçı ifşa olunduğunu bilərək növbəti dəfə başqa bir yalan uydurub guya həmin qızılların saxta olduğunu, heç bir dəyəri olmadığını bildirdi. Bu vaxt ondan verilən həmin qızıl-zinət əşyaları tələb edildikdə isə onları harasa atdığını, özündə saxlamadığını demişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, atasının vəfatından sonra onun miras əmlakından iddiaçıya çatası pay digər vərəsə tərəfindən ona ödənilmişdir. Ödəniş qarşılıqlı razılıqla həyata keçirilmişdir. Ödəniş miras payın əvəzi olaraq verilmiş, kompensasiyanı alan iddiaçı tərəf aldığı kompensasiya qarşılığında miras paydan imtina edəcəyini vəd etmişdir. Bu hal məhkəmə iclasında iddiaçının verilən suallara cavabları ilə də, telefon danışıqları ilə də öz təsdiqini tapmışdır. İddiaçı bildirmişdir ki, ona verilən qızıl-zinət əşyaları ev almaq məqsədi ilə verilmişdir və o da atasından qalan mirasdan imtina etməli idi. Lakin nə üçün yenidən miras pay tələb etməsini belə əsaslandırmağa çalışmışdır ki, guya ona verilən qızıl-zinət əşyaları saxta çıxmışdır. İddiaçı bu arqumentini sübut edə bilməmişdir. Miras şərikləri notariusdan kənar və məhkəmədən kənar qaydada öz aralarında mirasın bölgüsünü apara bilərlər. İddiaçı hüquqdan sui istifadə edərək digər miras şərikləri qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, onları və məhkəməni aldada biləcəyini güman edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddiaçının miras əmlakdakı payını müəyyən edərkən onun cavabdehdən miras payının əvəzi olaraq kompensasiya kimi qəbul etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə miras əmlakın dəyərini müəyyən etməmiş, iddiaçının qəbul etdiyi qızıl-zinət əşyalarını qəbul etdiyi miras əmlakın əvəzi kimi qiymətləndirməmiş, tərəflərin ailə münasibətlərini, mirasın könüllü şəkildə və qarşılıqlı razılıqla bölüşdürülməsi barədə tərəflərin faktiki olaraq razılıq əldə etdiklərini nəzərə almamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

20. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, onların etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh5 apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

21. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

30. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

31. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

34. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

35. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

36. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

37. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

38. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

39. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

40. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

41. Maddə 1279. Miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur.

42. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

43. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

44. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

53. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

56. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, kassasiya məhkəməsinin hüquqi mövqeini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, iddiaçı və cavabdehlər (arvadı və uşaqları) qanun üzrə birinci növbədən vərəsələri qismində çıxış edir, qanun üzrə 7 nəfər vərəsəsi vardır, miras əmlakın tərkibinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 6-cı S.Orucov döngəsi 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evi, AUDİ S6 markalı **- RA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və birgə nikah dövründə əldə edilmiş əmlak qismində çıxış edən Bakı şəhəri Qaradağ rayonu S.Orucov döngəsi ev 10,5 saylı mənzildə olan ölmüş şəxs X7 ½ hissədə pay hüququ daxildir.

60. İşdəki sübutlarla müəyyən olunur ki, 17 iyun 2020-ci il tarixdə vəfat etmiş X4 ölmündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə mürcaiət daxil olmuş, 149/2021 saylı vərəslik işi açılmış, vərəsələr arasında mübahisə olduğundan əmlakın notarial qaydada deyil məhkəmə qyadasında bölünməsini nəzərə alaraq, 8 saylı Notariat Ofisi tərəfindən vərəsələr arasında əmlakın bölünməsi ilə bağlı məhkəməyə mürcaiət edilməsi tövsiyə edilmişdir.

61. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan cavabdehlərin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə iddiaçının miras əmlakdakı payını müəyyən edərkən onun Cavabdeh6 miras payının əvəzi olaraq kompensasiya kimi qəbul etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə miras əmlakın dəyərini müəyyən etmədiyini, iddiaçının qəbul etdiyi qızıl-zinət əşyalarını qəbul etdiyi miras əmlakın əvəzi kimi qiymətləndirmədiyini, tərəflərin ailə münasibətlərini, mirasın könüllü şəkildə və qarşılıqlı razılıqla bölüşdürülməsi barədə tərəflərin faktiki olaraq razılıq əldə etdiklərini nəzərə almadığını bildirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

62. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1256-cı maddəsi təşkil edir. Qeyd edilən maddi hüquq norması vərəsənin mirasın qəbulundan imtinanın qaydasın müəyyən etmişdir. Belə ki, həmin maddəyə görə Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

63. Lakin, məhkəmə araşdırması zamanı vərəsə qismində çıxış edən iddiaçının miras əmlakdan imtina etməsi halı və bu hala dair notarial qaydada təsdiq eidlmiş ərizənin olması halı müəyyən edilməmişdir.

64. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətinin iddiaçının qəbul etdiyi qızıl-zinət əşyalarını qəbul etməli olduğu miras əmlakın əvəzinə konpensasiya qismində qəbul etməsi barədə dəlillərini qiymətləndirərək, qeyd edir ki, mülkiki qanunvericiliyin tələbinə əsasən, yuxarıda göstərildiyi kimi, miras paydan imtina notarial təsdiq edilmiş ərizə əsasında mümkündür. İndiki halda isə nə vərəsə qismində çıxış eədn iddiaçı tərəfindən verilmiş belə bir ərizənin olması halı, nə də miras şərikləri arasında mirasın bir miras şərikinə keçməsi və bunun müqabilində kompensasiya öədilməsi ilə bağlı razılaşmanın olması halı müəyyən edilməmişdir.

65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

66. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

67. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar