Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-266/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-266/2023 (Açar sözlər: miras əmlakının bölünməsi) Bakı şəhəri 01 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı miras əmlakının bölünməsi, torpaq sahəsinə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5003/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 tərəfindən verilmiş birgə kassasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, iddiaçı(birinci nikahdan qızı) və cavabdehlər (arvadı və uşaqları) qanun üzrə birinci növbədən vərəsələri qismində çıxış edir, qanun üzrə 7 nəfər vərəsəsi vardır, miras əmlakın tərkibinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 6-cı S.Orucov döngəsi 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evi, “AUDİ S6” markalı **-RA-*** dövlət qeydiyyat nöm rə nişanlı avtomobil və birgə nikah dövründə əldə edilmiş əmlak qismində çıxış edən Bakı şəhəri Qaradağ rayonu S.Orucov döngəsi ev 10,5 saylı mənzildə olan ölmüş şəxs X5 ½ hissədə pay hüququ daxildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras əmlakının bölünməsi, torpaq sahəsinə istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, atası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində vərəsə kimi onun payının müəyyən edilməsi, çıxarışa əsasən atası X5 istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 0.011196 hektar torpaq sahəsinin onun istifadəsinə verilməsi, həmin torpaq s ahəsindən onun istifadə hüququnun tanınması, eləcə də vərəsəlik şəhadətnaməsinin verilməsinin 8 saylı notariat ofisinə həvalə edilməsi, mərhum X5 mülkiyyətində olan **-RA-*** dövlət qeydiyyat nişanı, qara rəngli, AUDİ S6 minik avtomobilinin miras əmlakına daxil olaraq bölünməsi, həmin avtomobilə dair ona çatası payın müəyyən edilməsi, mərhum X5 arvadı Cavabdeh6 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs, 6- cı S.Orucov döngəsi, ev 10,5 saylı mənzildə mərhum X6 çatası payın müəyyən edilməsi, həmin payın miras əmlakına daxil olaraq vərəsələr arasında bölünməsi, həmin əmlakda onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X7 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. X9 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs. 6-cı S.Orucov döngəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Özü o evdə qeydiyyatdadır. Atasının bəzi əşyalarını istifadə üçün götürmüşdür. Hazırda da atasından qalan əşyalardan istifadə edir. X13 öləndən sonra notariat orqanında vərəsəlik işi açılması üçün müraciət etməməyinin səbəbi mirası faktiki qəbul etməyi, eyni zamanda cavabdehlərin onu bu addımdan çəkindirməkləri olmuşdur. Onlar ona atasının ili çıxana kimi bu məsələnin danışılmasının uyğun olmadığını söyləmişlər. Vərəsəlik işinin açılması üçün xx.xx.2021-ci il tarixdə 8 saylı Notariat Ofisinə müraciət etmiş, vərəsəlik işi açmışdır. Notariat ofisinin xx.xx.2021-ci il tarixdə,1823 saylı məktubunda digər vərəsənin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən mərhum Tılat Səfərova məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün və miras qalmış əmlakın notariat qaydasında deyil, məhkəmə qaydasında bölünməsi istəyini nəzərə alınaraq, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. X13 anası Çimnaz Fərzəliyevanın xx.xx.1993- cü ildə ölümündən sonra xx.xx.1993-cü ildə Qaradağ rayon Qeydiyyat şöbəsinin 264 saylı nikah aktına əsasən Cavabdeh6 ilə nikaha daxil olmuşdur. Atasının ondan əlavə 5 övladı var, onlar Cavabdeh1, Cavabdeh2, Babayeva (qızlıq soyadı Səfərova) Zeynəb Tılat qızı, Cavabdeh4, Cavabdeh5dir. Qeyd edir ki, sənədlərin əsillərinin bir hissəsi cavabdehlərin sərəncamındadır, onların məhkəməyə cavabdehlər vasitəsilə təqdim olunması daha rahatdır. AR DİN Baş Dövlət Yol Polis idarəsinin xx.xx.2021-ci i l tarixli, N-li 90187-1221 saylı məktubuna və məktuba əlavə edilmiş kompüter çıxarışına əsasən ona məlum olmuşdur ki, mərhum X13un mülkiyyətində **-RA-*** dövlət qeydiyyat nişanı, qara rəngli, AUDİ S6 minik avtomobili mövcuddur. Həmin avtomobilin miras əmlakına daxil olunmasını və həmin əmlaka dair onun vərəsəlik payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********90 saylı məktubuna əsasən müəyyən etmişlər ki, mərhum X13un arvadı Cavabdeh6 adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs, 6-cı S.Orucov döngəsi, ev 10,5 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Dövlət Notariat Arxivi tərəfindən əldə edilmiş 8 saylı notariat kontorunda (hazırda 8 saylı notariat ofisi) bağlanmış AN-1 N-li *** **** nömrəli,xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh6 sözügedən mənzili X1 almışdır. Cavabdeh6 mərhum X13la xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşdur. Hesab edir ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilib, X11 Səfərovanın ümumi əmlakıdır. Bu səbəbdən həmin ümumi əmlakda onun atası mərhum Tılat Səfərovun ümumi əmlakda atası mərhum Tılat Səfərovun ümumi əmlakda payının məhkəmə qaydasında müəyyən edilməsi, həmin payın miras əmlakına daxil olmaqla, vərəsələr arasında bölünərək vərəsə kimi onun payının müəyyən edilməsi zəruridir.
4. Cavabdehlər və onların vəkili və nümayəndəsi iddia tələbinə yazılı etiraz verərək, öz izahatlarında atadan qeyd edilən miras əmlakların qaldığını, avtomobilin satıldığını və başqasının mülkiyyət ində olduğunu, evlərlə bağlı isə iddiaçıya cavabdeh tərəfindən kompensasiya ödənildiyini, bunun tərəflərin qarşılıqlı razılaşması əsasında baş verdiyini tərəflər arasında heç bir gərgin münasibət və düşmənçilik olmadığını, məhz evdəki payına görə ona qızıl verdiklərini, iddiaçının hüquqdan sui istifadə etdiyini göstərərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər.
5. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında cavabdehlərin miras payın əvəzində kompensasiya kimi qızıl verməsinə münaisbət bildirərək göstərmişdir ki, həmin qızıl mirasın əvəzinə deyil, atasından qalan qızıldan pay kimi verilmişdir, heç həmin qızıllar da qızıl olmamış, saxta olmuşdur.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əh mədova) iddianın qismən təmin edilməsi, miras qoyan X3 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, miras qoyan X5 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Oruc ov döngəsi ev 10,5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə Cavabdeh6 ½ hissədə pay hüququ və X5 ½ hissədə pay hüququnun müəyyən edilməsi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10,5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə X5 ½ hissədə olan pay hüququnun miras əmlaka daxil edilməsi və həmin əmlaka dair miras qoyan X5 ½ hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair mülkiyyət hüququ üzrə Cavabdeh6 ½ hissədə və X4 ½ hissədə pay hüququnun müəyyən edilməsi, AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyatı nömrə ni şanlı avtomobilinə dair X5 ½ hissədə olan pay hüququnun miras əmlaka daxil edilməsi və həmin əmlaka dair miras qoyan X5 ½ hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, Cavabdeh1 1/7 hissədə, Cavabdeh2 1/7 hissədə, Cavabdeh3 qııznın 1/7 hissədə, Cavabdeh4 1/7 hissədə, Cavabdeh5 1/7 hissədə, Cavabdeh6 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, vərəsə qismində çıxış edən iddiaçının miras əmlakdan imtina etməsi halı və bu hala dair notarial qaydada təsdiq edilmiş ərizəsinin olması halı müəyyən edilməmişdir.
8. Həmçinin, məhkəmə cavabdeh tərəfin iddiaçıya miras əmlakdakı payına görə ona kompensasiya ödənildiyini bildirsə də, mə hkəmə araşdırması zamanı vərəsələr arasında belə bir razılaşmanın olması halının müəyyən edilməsi mümkün olmamışdır.
9. Bundan əlavə məhkəmə onu qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən miras paydan imtina notarial təsdiq edilmiş ərizə əsasında mümkündür. İndiki halda isə nə vərəsə qismində çıxış edən iddiaçı tərəfindən verilmiş belə bir ərizənin olması halı, nə də miras şərikləri arasında mirasın bir miras şərikinə keçməsi və bunun müqabilində kompensasiya ödənilməsi ilə bağlı razılaşmanın olması halı müəyyən edilməmişdir.
10. Bundan əlavə, miras qoyan X7 tərəfindən hər hansı vəsiyyətnamə tərtib edilməsi halı da müəyyən edilməmişdir. Bu halda, miras qoyan qismində çıxış edən X5 miras əmlakı qanun üzrə birinci növbə vərəsələri qismində çıxış edən tərəflərə-7 nəfər vərəsəyə bərabər pay əsasında keçməlidir.
11. Həmçinin, məhkəmə miras əmlakın tərkib hissəsinə daxil olan əmlaklarla bağlı qeyd etmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evi miras əmlaka daxil olmaqla, həmin evə dair mülkiyyət hüququ üzrə vərəsələrin bərabər pay hüququ müəyyən edilməlidir.
12. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı S.Orucov döngəsi 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ əmlak hüququ qismində çıxış etməklə, Tılat Səfərovun adına dövlət qeydiyyatına alındığından, qeyd edilən hüquq da miras əmlakın tərkib hissəsinə daxil olmaqla, həmin hüquq üzrə də vərəsələrin bərabər pay hüqu qu müəyyən edilməlidir.
13. Həmçinin, məhkəmə miras əmlakın tərkibinə daxil olan avtomobillə bağlı qeyd etmişdir ki, miras əmlakın tərkibinə daxil olan avtomobilin mülkiyyətçisi qismində miras qoyan Tılat Səfərov çıxış etsə də, həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobil üzrə Tılat Səfərovun ½ hissədə və Cavabdeh6 ½ hissədə pay hüququ müəyyən edilməli və Tılat Səfərovun həmin avtomobilə dair ½ hissədə pay hüququ miras əmlakın tərkib hissəsinə daxil olmalı və vərəsələrin payı miras əmlaka daxil olan həmin hissədə müəyyən edilməlidir.
14. Bundan başqa, məhkəmə, Cavabdeh6 xüsusi mülkiyyətində olan mənzillə bağlı qeyd etmişdir ki, həmin mənzil vəfat etmiş şəxs Tılat Səfərovla birgə nikah dövründə əldə edildiyindən, onların birgə mülkiyyəti hesab ediliyindən, onların payları bərabər hesab edilməli və həmin birgə mülkiyyətdə olan əmlakdan Tılat Səfərova çatası ½ hissədə pay hüququ miras əmlakın tərkib hissəsi çıxış etməklə, həmin hissədə vərəsələrin payı müəyyən edilməlidir.
15. Məhkəmə cavabdeh tərəfindən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi əsasları mövcud olmadığından, ərizə tətbiq edilməməlidir. Belə ki, cavabdeh tərəfindən müvafiq ərizədə istinad edilən müddət iddia müddəti qismində deyil, məhz kəsici müddət qismində çıxış edir. İndiki halda isə, miras qoyan X5 ölümündən sonra müvafiq notariat orqanında vərəəslik işi açılmış və notariat orqanında həmin vərəsəlik iş üzrə onun 7 nəfər vərəsəsi (hazırki mülki iş üzrə tərəflər) qanun üzr ə birinci növbədə vərəsələri qismində cəlb edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə kəsici müddət kimi Mülki Məcəllənin 1246-cü maddələrinin tətbiqi əsasları aradan qalxmışdır (çünki artıq vərəəslik işi açılmış və tərəflər vərəsə qimsində notariat orqanında işə cəlb eidlmişlər). İndiki halda isə vərəsələr arasında mübahisə predmeti vərəsələyin qəbul edilməsi ilə bağlı müddətin ötürülməsi ilə bağlı məsələ olmamış (çünki artıq vərəsəlik işi açılmış və tərəflər vərəsə kimi cəlb edilmişlər) mübahisə predmeti miras əmlakdakı payın müəyyən edilməsi ilə bağlı münasibətlər təşkil etmişdir. Bundan əlavə, hazırki mülki iş üzrə iddia müddəti Mülki Məcəllənin 373-cü maddəsinin tələbi baxımından da (ümumi iddia müddəti 10 il müəyyən ediliyindən) ötürülməmişdir. Qeyd edilən h alları əsas götürərək, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsassız olmaqla, təmin edilməməlidir
16. Məhkəmə qeyd edilən halları əsas götürərək, hesab etmişdir ki, vərəsələr qismində çıxış edən tərəflərin miras qoyan qismində çıxış edən Tılat Səfərovun miras əmlakına daxil olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ üzrə və həmin fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə hər birinin 1/7 hissədə pay hüququ, Cavabdeh6 xüsusi mülkiyyətində olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair Cavabdeh6 ½ hissədə pay hüququ və Tılat Səfərovun ½ hissədə pay hüqu qu müəyyən edilməli və X8 rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair ½ hissədə olan pay hüququ üzrə vərəsələrin 1/7 hissədə pay hüququ müəyyən edilməli, Tılat Səfərovun xüsusi mülkiyyətində olan AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair Cavabdeh6 ½ hissədə və Tılat Səfərovun ½ hissədə pay hüququ müəyyən edilməli və Tılat Səfərovun AUDİ S6 minik markalı, **-RA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair ½ hissədə pay hüquq üzrə vərəslərin 1/7 hissədə pay hüququ müəyyən edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1, 225.2, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1160, 1162, 1243, 1256, 1279, 1291-ci maddələri, Ailə Məcəlləsinin 35, 37.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Apelyasiya şikayətlərində göstərilmişdir ki, iddiaçı miras qoyan X5 vəfatından sonra keçən bir il ərzində mirası nə hüquqi, nə də faktiki olaraq qəbul etməmişdir. Tilat Səfərovun vəfatından sonra onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun birinci növbədə olan vərəsələri - qızı Cavabdeh4 və arvadı Cavabdeh6 faktiki olaraq qəbul etmişdir. Hər iki şəxs mirası f aktiki olaraq qəbul etmiş, həmin miras əmlaka faktiki sahiblik etmişlər və bunu iş üzrə cavabdeh olan digər vərəsələr də təsdiq edirlər. Birinci növbədə olan hər iki vərəsə bərabər əsaslarla mirası faktiki olaraq qəbul etmiş və idarə edirlər. Həmin miras əmlakları faktiki olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh6 qəbul etsələr də, Səfərov Tılat vəfat edərkən İddiaçı mərhumun dəfnindən sonra Cavabdeh6 və digər vərəsələrə müraciət edərək atasının miras əmlakından pay istədiyini, buna ehtiyacı olduğunu, əgər ona 15-20 min manat verilərsə, həmin pula Qaradağ rayonunun Lökbatan qəsəbəsində özünə mənzil ala biləcəyini bildirdi. Cavabdeh6 belə qərara gəlmişdir ki, İddiaçı miras əmlakdakı payına uyğun olaraq onu qane edən məbləğ həcmində müvafiq kompensasiya versin. Bundan sonra Cavabdeh6 şəxsi əm lakı sayılan və istifadəsində olan ümumi dəyəri 28-30 min manat təşkil edən qızıl-zinət əşyalarını İddiaçı vermiş, qızıl-zinət əşyalarının dəyərinin təxminən 30.000 (otuz min) manat təşkil etdiyini, keyfiyyətli və nadir bəzək əşyaları olduğunu bildirmiş, tövsiyə etmişdir ki, həmin qızılları satıb özünə mənzil alsın. Sonrakı danışıqlarda iddiaçı Cavabdeh6 və digər vərəsələrə vəd etmişdir ki, evin Çimnaz və Cavabdeh6ların adına rəsmiləşdirilməsi üçün nə vaxt ərizələrə imza etmək lazım olsa, o, gəlib imza edəcək. Lakin sonradan o bu vədindən imtina etmiş, Cavabdeh6 aldatdığını bildirmiş, özünə ev almadığını, yenə də pay istədiyini, evi olmadığını demiş, qızılların aqibəti ilə bağlı ona sual veriləndə isə keçən bir il ərzində həmin qızılları satıb pulu ilə dolandığını qeyd etmişdir. Onun bu sö zləri telefon danışıqlarında da öz əksini tapmışdır. İddiaçının bu hərəkəti və cavabdehləri açıq-aşkar aldatmaq cəhdi sonradan digər vərəsələrə də məlum olmuş və ailə daxilində müzakirə edilmişdir. İddiaçı ifşa olunduğunu bilərək növbəti dəfə başqa bir yalan uydurub guya həmin qızılların saxta olduğunu, heç bir dəyəri olmadığını bildirdi. Bu vaxt ondan verilən həmin qızıl-zinət əşyaları tələb edildikdə isə onları harasa atdığını, özündə saxlamadığını demişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, atasının vəfatından sonra onun miras əmlakından iddiaçıya çatası pay digər vərəsə tərəfindən ona ödənilmişdir. Ödəniş qarşılıqlı razılıqla həyata keçirilmişdir. Ödəniş miras payın əvəzi olaraq verilmiş, kompensasiyanı alan iddiaçı tərəf aldığı kompensasiya qarşılığında mi ras paydan imtina edəcəyini vəd etmişdir. Bu hal məhkəmə iclasında iddiaçının verilən suallara cavabları ilə də, telefon danışıqları ilə də öz təsdiqini tapmışdır. İddiaçı bildirmişdir ki, ona verilən qızıl-zinət əşyaları ev almaq məqsədi ilə verilmişdir və o da atasından qalan mirasdan imtina etməli idi. Lakin nə üçün yenidən miras pay tələb etməsini belə əsaslandırmağa çalışmışdır ki, guya ona verilən qızıl-zinət əşyaları saxta çıxmışdır. İddiaçı bu arqumentini sübut edə bilməmişdir. Miras şərikləri notariusdan kənar və məhkəmədən kənar qaydada öz aralarında mirasın bölgüsünü apara bilərlər. İddiaçı hüquqdan sui-istifadə edərək digər miras şərikləri qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, onları və məhkəməni aldada biləcəyini güman edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə id diaçının miras əmlakdakı payını müəyyən edərkən onun cavabdehdən miras payının əvəzi olaraq kompensasiya kimi qəbul etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə miras əmlakın dəyərini müəyyən etməmiş, iddiaçının qəbul etdiyi qızıl-zinət əşyalarını qəbul etdiyi miras əmlakın əvəzi kimi qiymətləndirməmiş, tərəflərin ailə münasibətlərini, mirasın könüllü şəkildə və qarşılıqlı razılıqla bölüşdürülməsi barədə tərəflərin faktiki olaraq razılıq əldə etdiklərini nəzərə almamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5003/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Q aradağ Rayon Məhkəməsinin 2(002)-110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1256-cı maddəsi təşkil edir. Qeyd edilən maddi hüquq norması vərəsənin mirasın qəbulundan imtinanın qaydasını müəyyən etmişdir. Belə ki, həmin maddəyə görə mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Lakin, məhkəmə araşdırması zamanı vərəsə qismində çıxış edən iddiaçının miras əmlakdan imtina etməsi halı və bu hala dair notarial qaydada təsdiq edillmiş ərizənin olması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətinin iddiaçının qəbul etdiyi qızıl-zinə t əşyalarını qəbul etməli olduğu miras əmlakın əvəzinə kompensasiya qismində qəbul etməsi barədə dəlillərini qiymətləndirərək, qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, yuxarıda göstərildiyi kimi, miras paydan imtina notarial təsdiq edilmiş ərizə əsasında mümkündür. İndiki halda isə nə vərəsə qismində çıxış edən iddiaçı tərəfindən verilmiş belə bir ərizənin olması halı, nə də miras şərikləri arasında mirasın bir miras şərikinə keçməsi və bunun müqabilində kompensasiya ödənilməsi ilə bağlı razılaşmanın olması halı müəyyən edilməmişdir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Məcəllənin 225.1, 225.2, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1160, 1162, 1243, 1256, 1274, 1279, 1291, Ailə M əcəlləsinin 35, 37.1, MPM-in 14.2, 15.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 (Vəkil2) birgə kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Birgə kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməkdədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil edir. Qeyd edilən işin bütün faktiki hallarına isə apellyasiya instansiyası və birinci instansiya m əhkəmələrində qiymət verilmişdir. Kassasiya şikayəti MPM-də nəzərdə tutulan forma və məzmuna uyğun tərtib edilməmişdir. Kassasiya şikayətinin tərtibatı MPM-in 408.1.1-ci maddələrinə ziddir, geri qaytarılmalıdır. Kassasiya şikayətində maddi və prosessual hüquq pozuntularının nədən ibarət olması göstərilməmişdir. Kassatorların “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddə ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək iddiaçıya mirasdakı payının əvəzində ona kompensasiya ödənilməsinə dair dəlili ilə bağlı qeyd edilir ki, sözügedən qərarda göstərilmişdir ki, miras əmlak vərəsələrin vərəsəlik hüqu qunu təsdiq edən sənədin alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Hər iki instansiya məhkəməsindəki araşdırma zamanı iddiaçının mirasdan imtina edilməsinə dair ərizəsinin mövcudluğu aşkarlanmamışdır Kassasiya şikayətinin iddiaçıya miras əmlakının əvəzinə qızıl-zinyət əşyalarının verilməsinə dair dəlili əsassızdır. Bu dəlil ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehlər tərəfindən mülki icraat zamanı həmin qızıl-zinyət əşyalarının gah 15-20 min, gah 30-40 min manat dəyərində olduğu bildirilmişdir. Həmin qızıl-zinyət əşyalarının çəkisi, əyarı və sair xüsusatları barədə cavabdehlər tərəfindən dəqiq məlumatlar verilə bilməmişdir. Cavabdehlərin mülki icraat zamanı verdikləri izahatlar bir-birinə zidd olmuşdur. Kasassiya şikayətində göstərilən Cavabdeh4 və Cavabdeh6 miras əmlakı olan fərdi yaşayış evini faktiki olaraq miras əmlakı kimi qəbul edib istifadə etməsinə dair dəlili ilə bağlı qeyd edilir ki, Bakı şəhəri, Səbail rayon İHB badamdar qəsəbə nümayəndliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 169 saylı arayışa əsasən Cavabdeh4 və Cavabdeh6 Badam qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev.29 B ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş digər sənədlərlə də sübut olunur ki, cavabdehlər miras əmlakı olan fərdi yaşayış evində yaşamamışlar. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
28. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə ça tası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
32. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
33. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilmə sindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
34. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
35. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin g əldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5003/2022 nömrəli mülki iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi