Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-111/2024 16.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 fevral 1983-cü ildə doğulmuş həyat yoldaşı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun həyat yoldaşı olmaqla 11 fevral 1983-cü ildə anadan olmuşdur. Həyat yoldaşım müddətsiz olaraq ikinci qrup əlildir.Həyat yoldaşı diaqnozu “ Kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya ”Lal-karlıq olmaqla kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Həyat yoldaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli çıxarışdan görünür ki, 11 fevral 1983-cü il təvəllüdlü X3 müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir və kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 897112 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə X5 arasında nikah xx.xx.2013cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində № 947 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 016560 saylı vəsiqədən görünür ki , 11 fevral 1983-cü il təvəllüdlü X5 uşaqlıqdan ikinci qrup əlildir və qanunvericiliklə əlillər üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan isitifadə edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-3217/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3277 saylı ekspert rəyindən görünür ki, Yuxarıda göstərilənlərə əsasən belə qərara gəlirəm ki, Musayev Məhəmməd Adil oğlunda Lal-kar şəxsdə kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklə ağırlaşması, belə yoxlanılan şəxsin bacısı əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxs erkən dövründən yaşıdlarına nəzərən psixofiziki inkişafda geridə qalması, gec gəzməyə başlaması, nitqi və eşitmə qabiliyyəti inkişaf etməməsi, davranış pozuntuları biruzə verməsi, əqli inkişafdan gerilik və lal-karlıq müəyyən edildiyi üçün müvafiq həkimlərə müraciətləri olması, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, “Kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya. Lal-karlıq” diaqnozu ilə ona İİ qrup əlillik təyin edilməsi, evdə psixiatr tərəfindən təyin edilmiş müalicələri qəbul etməsi, hər hansı bir sərbəst iş görə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, narahatlığı, qeyri-müəyyən səslər çıxarması, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı lalkarlıqla yanaşı onda müəyyən edilən əqli geriliklə əlaqədar ünsiyyət yaratmağın qeyri-mümkünlüyü, maraq dairəsinin adi tələbatları ödəməklə məhdud olması və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır.1-ci sual: 11 fevral 1983-cü il təvəllüdlü X2 hansı psixi qüsuru vardırmı? Cavab: 11 fevral 1983-cü il təvəllüdlü X3 Lal-kar şəxsdə kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya müəyyən edilir.2ci sual: 11 fevral 1983-cü il təvəllüdlü X5 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir? 3-cü sual: 11 fevral 1983cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən Lal-kar şəxsdə kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin yoldaşı olan 11 fevral 1983-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 fevral 1983-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-111/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-111/2024
16.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver