Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1140/2024 05.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X5, X1, X3, X6 və X11 qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X5, X1, X3, X6 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan Nənəbacı Həmzəli qızı tərəfindən vəsiyyət etmiş vərəsə olan İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 10, mənzil 1 daşınmaz əmlakına dair vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilməsi təklif olunmuşdur. Ona həmçinin izah edilmişdir ki, hazırkı iddia tələbi üzrə İddiaçı iddia ərizıəsində qeyd edilən mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər cavabdeh kimi, Bakı şəhəri 45 saylı notariat ofisi isə mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməli idi. İddiaçı nümayəndəsi və vəkili Vəkil qeyd edilən nöqsanların aradan qaldırılması ilə bağlı məhkəməyə ərizə təqdim ediləcəyini bildirsə də, o həmin ərizəni məhkəməyə təqdim etməmiş, bununla da işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Yuxarıda sadalanan hallara məhkəmə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməmişdir. Belə olan halda isə işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılması mülki prosessual qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Beləliklə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmadığına görə işə mahiyyəti üzrə baxılması mümkün olmadığından məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.12-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdehna müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X9, X4, X8, X10 və X11 qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1140/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1140/2024
05.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver