Məhkəmə qərarları › İş №2(002)-1157/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1157/2022

11.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1157/2022 11.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxslərin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası-X1 Bakı şəhəri,Binəqədi rayonu,6-cı mkr,7-ci Binəqədi küçəsi,1 saylı evin 30,14 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 95 saylı mənzillə bağlı “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək,bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası X3 05.09.2021- ci il tarixdə yaşadığı ünvan 1 ünvanda vəfat etmiş, ölüm 12.04.2019-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabmda 1630 № ilə qeydə alınaraq, müvafiq şəhadətnamə verilmişdir. Anası X1 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, 7-ci Binəqədi küçəsi, 1 saylı evin 30,14 kv.metr yaşayış sahəsindən ibarət iki otaqlı 95 saylı mənzil miras qalmışdır. Miras əmlakın qəbul edilməsi və bölgüsü ilə bağlı digər qanun üzrə vərəsələr olan iki qardaşı və bir bacısı ilə arasında olan razılığa əsasən payları razılaşma əsasında müəyyən etdikdən sonra Notariat orqanına müraciət edib vərəsəlik hüququ haqqında şəhadətnamə almalı idi.O tibb sahəsində çalışır. Gərgin iş rejimində çalışmağı,digər qanun üzrə vərəsələrlə razılaşmaya uyğun müzakirəni gözləməyi, eləcə də COVİD-19 virusunun müxtəlif ştamlarma yoluxmağı və bu səbəbdən uzun müddət ev şəraitində təcrid olunmuş şəraitdə müalicə olunmağı ilə bağlı notariusa müraciət etməmişdir. Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu özünün 27.02.2022-ci il tarixli, 71 saylı məktubu ilə yuxarıda qeyd olunan miras əmlakla bağlı vərəsəlik işinin açıldığını və onun də həmin ofisə müraciət etməli olduğunu bildirmişdir. Qeyd edilən məktubu o poçt vasitəsilə 04.03.2022-ci il tarixdə almışdır. O “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi üçün 11.03.2022-ci il tarixdə notariusa müraciət etdi. Notarius vərəsəlik işi açsa da, müddətin ötürülməsi səbəbilə vərəsəlik şəhadətnaməsinin verilməsindən 14.03.2022-ci il tarixli, 86 saylı məktubla rəsmi imtina etmişdir.Notariat işində qardaşlarının və bacısının miras əmlakı qəbul etmələri barədə ərizələri vardır. Qeyd olunan hallareın nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək,izahat verərək, öz izahatında vəfat edən şəxsin anası olduğunu, anasının vəfat edən vaxtı özünün də Covid-19 virusuna yoluxduğunu, karantində olduğunu, özünün tibb işçisi olduğunu, bacı-qardaşları hamısı belə məsləhətləşiblər ki, yığışıb bir yerə miras əmlakın bölgüsü ilə bağlı bir qərara gələcəkdilər, ona da belə dediklərini, lakin onlar ona heç bir xəbər vermədən gedib vərəslik işi açıblar, ancaq mənə isə bu barədə notariusun 27 fevral tarixli məktubu 4 mart tarixində gəlib çatıbdır, sonuncu altı aylıq müddəti isə 5 martda bitib, bütün bunları isə o sonradan bilmiş, çünki o həmin müddətlər barədə tamamilə məlumatsız olmuşdur, həmin müddətin ötürülməsinə səbəb məhz həmin hallar olmuşdur, bu halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə etdiyini,öz izahatına bildirərək,iddiaçının tibb işçisi olduğunu,Covid xəstəsi olduğuna görə dəfndə iştirak edə bilməmişdir,digər vərəsələrin xəbərsiz notariusa gedərək sənəd hazırladıqlarını, bu barədə vərəsə kimi iddiaçıya heç bir məlumat vermədiklərini, iddiaçı isə evdə oturub bacı-qradaşının nəvaxt yığışıb məsləhətləşəcəklərini gözlədiyini, ancaq 27 fevral tarixli notariusun məktubu 4 mart tarixində ona çatanda o bu barədə məlumatlı olmuş, sonuncu müddət isə 5 mart tarixində bitmişdir, halbuki vərəsə kimi o miras əmlaka dair vərəslik işinin açılmasından 4 mart tarixində məlumatlı olmuşdur, vərəsə kimi iddiaçının hüquqularının qorunmasının təmin eidlməsini bildirərək,iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslərin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək,iddia tələbinə yazılı etiraz ərizəsi verərək, etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək,izahatında ərizəçi İddiaçı miras buraxan şəxsin doğma qızıdır, Bakı şəhərində yaşayır və səhiyyə sistemində çalışır. Mübahisə predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, 7-ci Binəqədi küçəsi, 1 saylı evin 30,14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 95 saylı mənzil analarından miras qalmışdır. Miras buraxan şəxs X4 barəsində verilmiş 08.09.2021-ci il tarixli " Ölüm haqqında şəhadətnamə"dən göründüyü kimi mərhumə 05 sentyabr 2021-ci il tarixdə "kəskin respirator çatmamazlıq" səbəbilə vəfat etmişdir. Qoyulmuş diaqnozdan görünür ki, ölümün səbəbi covid 19 virusudur. Ərizəçi anasının covid 19 virusuna yoluxduğunu bu əsasla xəstəxanaya yerləşdirildiyini, ölümün xəstəxanada baş verdiyini yaxşı bilirdi. Ərizəçi anasının öldüyü vaxtı dəqiq bildiyi halda anasının dəfn mərasimində iştirak etməmiş, yas məclisinə belə gəlməmişdir. Yuxarıda qeyd etdiyim kimi ərizəçi anasının vəfat etməsindən elə anasının vəfat etdiyi gün xəbərdar olmuş, dəfnində və sonrakı yas mərasimlərində iştirak etməmiş, anasından miras qaldığını və bu miras qalmış mənzildə əvvəldən anası ilə birlikdə qardaşının yaşadığından xəbərdar olmuşdur. Ərizəçi mirasın qəbulu ilə əlaqədar müddətin buraxılmasını özünün xəstəliyi ilə izah edir. Biz bacı qardaşlarda olan məlumata görə ərizəçi heç vaxt xəstə olmamış, xəstəxanada yatmamışdır. Ərizəçinin covid 19 virusuna yoluxması isə anamızın ölümündən çox əvvəl baş vermişdir. TƏBİB-in məlumat bazasında ərizəçinin 04.03.2021-ci il tarixdə covid 19 virusuna qarşı analiz verdiyi və onda covid virusu aşkar edilmədiyi barədə məlumat yer almışdır. Göründüyü kimi ərizəçi vərəsəliyə çağırıldığını elə anasının öldüyü gün, yəni 05.09.2021-ci il tarixdə bilmişdir. Ərizəçi bu halda mirası ən geci 05.12.2021-ci il tarixədək qəbul etməli idi. Lakin ərizəçi vərəsəliyə çağırıldığını konkret olaraq bildiyi halda mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün 11.03.2022-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. Bununla da ərizəçi mirası qəbul etmək üçün qanunla nəzərdə tutulan 3 aylıq müddəti ötürmüşdür. Göründüyü kimi vərəsə həm 3 aylıq həm də 6 aylıq müddətləri ötürmüşdür.,iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 45 saylı Notariat Ofisinin 27.02.2022-ci il tarixli 71 saylı məktubundan görünür ki, 05.09.2021-ci il tarixdə ölmüş X3 ölümündən sonra miras qalmış əmlakla bağlı Bakı şəhəri 45 saylı Notariat Ofiisnə müraciət daxil olmuş və vərəsəlik işi açılmışdır. Təqdim olunan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan MED Olimp tibb mərkəzi tərəfindən 09.09.2021-ci il tarixdə verilmiş arayışın əslindən görünür ki, İddiaçı 09.09.2021-ci il tarixdə Covid-19 xəstəliyinə yoluxmuşdur. İş materiallarında olan AZ-İİ 208614 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, 08.09.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05.09.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 45 saylı Notarit Kontorunun 71№ li 27 fevral 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Notariat Kontoru İddiaçı 05.09.2021-ci ildə vəfat etmiş anası X2 adına mərhumun oğlunun ərizəsi əsasında vərəsləik işinin açıldığını, vərəsəlik işi ilə bağlı notariat ofisinə mürcaiət olunması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. [738] Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki,miras qoyan X3 05.09.2021-ci il tarixdə vəfat etmişdir. Onun adına Notariat Ofisində 27.09.2021-ci il tarixdə oğlunun ərizəsi əsasında vərəsəlik işi açılmış, Notariat Ofisi bu barədə məktubu vərəsə qismində çıxış edən iddiaçıya 27 fevral 2022-ci il tarixdə poçt vasitəsilə 02.03.2022-ci il tarixdə göndərilmişdir. İddiaçı həmin məktubu 04 mart 2022-ci il tarixdə təhvil aldığını bildirmişdir. Mirasın qəbulu üçün müəyyən edilmiş son müddət (altı aylıq) 05.03.2022-ci il tarixdə başa çatır. İddiaçı miras əmlakla bağlı notariat ofisinə 10.03.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, notariat ofisinin 14 mart 2022-ci il tarixli məktubu əsasında mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən ona məhkəməyə müraciət olunması tövsiyə edilmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 28 mart 2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, vərəsə qismində çıxış edən iddiaçı ölmüş şəxs-anasının miras əmlakı barəsində müvafiq notariat ofisində vərəəslik işininin açılması, bununla da vərəəsliyə çağrılması barədə məhz müvafiq notariat ofisi tərəfindən 02.03.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmiş 27.02.2022-ci il tarixli məktubun 04.03.2022-ci il tarixdə əldə edilməsi ilə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçının vərəsə kimi mirasın qəbulu üçün müəyyən edilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi onun vərəsəlik işinin açılması barədə məlumatı mirasın qəbulu üçün müəyyən eidlmiş son müddətə 05.03.2022-ci il tarixə bir gün qalmış əldə etməsi halı səbəb olmuşdur. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, vərəsə qismində çıxış edən iddiaçı mirasın qəbulu üçün müəyyən edidlmiş müddət üzrlü səbəbdən ötürüldüyüdən, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı mirasın qəbul edilməsi müddətini üzrlü səbəbdən buraxdığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü sayılmalı və müddət 3 ay müddətinə uzadılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 05.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X1 miras qalmış əmlakın qəbu edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət 3 ay müddətinə uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar