Məhkəmə qərarları › İş №2(002)-1161/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1161/2025

18.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1161/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş X8 və xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kərimov Emin və X9rı onun övladlarıdır. X12 xx.xx.1998-ci ildə, X11 xx.xx.2000-ci ildə doğulmuşdular. Hazırda hər ikisi onunla birlikdə Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayırlar. Oğlu X2 serebral iflic ikili hemiplegiya, nitqin uşaq serebral iflici fondunda ləngiməsi, X12 debillik dərəcəsində ağıl zəifliyi olmaqla qulluq və müalicə tələb edən ciddi davranış ilə nitqin təsir qabiliyyəti pozuntusu, nitq anlamaq qabiliyyətinin pozulması diaqnozu ilə əlildir. Göründüyü kimi oğlanları psixi xəstədir, özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Oğlanlarına xüsusi qulluq olmaqla onlara kiminsə baxması zəruridir və onlara qəyyum təyin edilməlidir. Odur ki, oğlu X8 və X5 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlanlarına fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona onlara qəyyum olunması üçün lazımdır.. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İki uşaqdır. Anaları vəfat edəndən onlara onun özü baxır. Müəyyən qədər hərəkət etsələr də, onların davranışı və hərəkətlərinin idarə olunması üçün başqasının qayğısına ehtiyacları vardır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin 2708 saylı epikrizindən görünür ki, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş X1 serebral iflic ikili hemiplegiya, nitqin uşaq serebral iflici fondunda ləngiməsi diaqnozu qoyulmuşdur. İş materiallarında vəsiqələrdən görünür ki, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş X12 və xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş X11 uşaqlıqdan əlilldirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrindən görünür ki, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş X8 və xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş X5 atası Ərizəçidur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Qasımov küçəsində, ev 8 ,2 saylı mənzilində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(002)-1161/2025 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1277 saylı ekspert rəyindən görünür ki,yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, X12 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində aşkar edilmiş xoşxassəli şişlə əlaqədar beyin əməliyyatı keçirmişdir müəyyən edilir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə psixiatik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandıır.1-ci sual: xx.xx.1998-ci il təvəllüdlü X8 hər hansıpsixi qüsuru vardırmı?2-ci sual: xx.xx.1998-ci il təvəllüdlü X8 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi?3-cü sual: xx.xx.1998-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyətli olmayan hesab edilə bilərmi?1-ci, 2-ci və 3-cü suallara cavab: X12 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində aşkar edilmiş xoşxassəli şişlə əlaqədar beyin əməliyyatı keçirməsi müəyyən edilir. X12 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də hazırki psixi vəziyyətinə görə X12 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(002)-1161/2025 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 1278 saylı ekspert rəyindən görünür ki, Yuxarıda göstərilənlərə əsasən X7 Uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə görə yoxlanılan şəxsdə körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar məktəbdə formal oxuması, nitqi nisbətən zəif inkişaf etməsi, bununla əlaqədar nevropatoloqun müalicəsini qəbul etməsi, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi "Spastik serebral iflic, ikili hemiplegiya (tetraplegiya)" Yanaşı: "Nitqin uşaq serebral iflici fonunda ləngiməsi" diaqnozu ilə AR SN X14 stasionar müalicədə olması, AR ƏƏSMN TSEK xx.xx.2018-ci il tarixdə müayinə edilərək "Emiplegik spastik serebral iflic, Spastik serebral iflic ikili hemiplegiya (tetraplegiya)" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, xəstəliyi ilə əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır.1-ci sual: xx.xx.2000-ci il təvəllüdlü X5 hər hansı psixi qüsuru vardırmı?. 2-ci sual: xx.xx.2000-ci il təvəllüdlü X5 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onlar idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: xx.xx.2000-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilə bilərmi? 1-ci, 2-ci və 3-cü suallara cavab: X7 Usaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X11 onda müəyyən edilən uşaq serebral iflici əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyləri ilə xx.xx.1998-ci il təvəllüdlü X8 və xx.xx.2000-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin övladları olan xx.xx.1998-ci il təvəllüdlü X12 və xx.xx.2000-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X12 və xx.xx.2000-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar