Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1177/2023 22.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən dövlətə məxsus torpaq sahəsində inşa edilmiş daş hasarın və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanına qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi gözlənilmədən inşa edilmiş tikililərin (evin və daş hasarın) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun evi həyət evi olmaqla 2 (iki) mərtəbəli, 3 (üç) otaqlıdır. Evinin ikinci mərtəbəsində olan yan hissədəki pəncərə dövlətə məxsus boş torpaq sahəsinə baxır. 2018-ci ilin may ayında onunla qonşu olan Cavabdeh qanunsuz olaraq dövlətə məxsus 215 kv.m torpaq sahəsini zəbt edərək onun pəncərəsinin qarşısında təxminən 30-40 sm məsafədə hasar qaldıraraq pəncərəsinin qarşısını bağlamış və evinin damına çıxan yolu kəsmişdir. Cavabdehin qanunsuz olaraq daş hasarla onun pəncərəsini bağlaması səbəbindən onun evinin həmin hissəyə düşən otaqları günəş işığından məhrum olmuşdur. Eyni zamanda, onun evinə bitişik 35,4 kv.m birmərtəbəli yaşayış evi, 10,5 kv.m sanitar qovşağı və 6,0 kv.m köməkçi tikili inşa etmişdir. Bununla da, şəhərsalma qaydalarını və onun öz evindən istifadə qaydalarını pozmuşdur. Bu barədə dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətlərinə məhəl qoymamış və müraciətləri nəticəsiz qalmışdır. Bununla bağlı Qaradağ RPİ-nə müraciət etmiş, lakin ona mülki qaydada məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ona məxsus 8 saylı evin sağındakı ev cavabdeh tərəfindən 2015-ci ildə tikilmişdir. Bundan sonra 2018-ci ildə iddiaçı müvafiq razılıqlar almaqla layihə əsasında öz evində müəyyən dəyişikliklər edərək evin damını iki metr sağa tərəf uzatmış, bundan sonra cavabdeh arada hasar hörmüşdür. Hazırda özünə məxsus 8 saylı evə münasibətdə ara məsafəsi gözlənilmədən inşa edilmiş evin və daş hasarın sökülməsini tələb edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, ünvan 6, 5 saylı ev onun xüsusi mülkiyyətindədir, həmin evin çıxarışı və texniki pasportu vardır. Uzun müddətdir həmin ərazidə yaşayır, heç bir qonşu ilə problemi yoxdur. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş nəvələri Tural və Ramil Qamboyevlər üzərində qəyyum təyin edilmiş, həmin uşaqların yaşayışı üçün 2012-ci ildə dövlət orqanlarının razılığı ilə mübahisəli evi tikmişdir. Qeyd etmək istəyir ki, nəvələri Tural və Ramil Qamboyevlər İİ Qarabağ Müharibəsi iştirakçısı olmaqla dövlət tərəfindən dəfələrlə medallarla təltif olunmuşlar. Həmin evdə hal-hazırda qızı və həmin nəvələri yaşayır, kommunal xidmətlər qızı X4 adınadır. İddiaçı 2018-ci ildə qanunsuz olaraq üçüncü mərtəbə inşa etməklə dam örtüyünü və 8 saylı evi həmin evə yaxınlaşdırmış, ara məsafəsini özü pozmuşdur. Həmçinin, iddiaçının öz evinə dair hüquqi sənədləri yoxdur. Qeyd olunanlara əsasən, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, 8 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir, bu barədə 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində xx.xx.2012-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sahəsi 226.,3 kv.m olan torpaq sahəsi mişar daş hasar ilə hasarlanmışdır. Həmin torpaq sahəsi üzərində Sta=35,4 kv.m birmərtəbəli yaşayış evi, Sta=10,5 kv.m sanitar qovşağı və Sta=6,0 kv.m olan köməkçi tikili inşa edilmişdir. Bundan başqa qeyd olunan torpaq sahəsinin ayrılması və tikililərə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məlumat üçün qeyd edilmişdir ki, qonşuya məxsus torpaq sahəsindəki “İ” literli tikili də daxil olmaqla 943 kv.m torpaq sahəsinə **********38- 10301 reyestr nömrəsi ilə Cavabdeh adına texniki pasport verilmişdir. İş materiallarında olan Lökbatan Bələdiyyəsinə ödənilmiş əmlak və torpaq vergisi ilə bağlı qəbzlərin surətlərindən, habelə kommunal xidmətlərə (işıq, qaz, su) dair qəbzlərin surətlərindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, İV massiv, 20 Yanvar küçəsi, ev 5a ilə bağlı ödənişlər abonent qismində qeyd olunan X7 tərəfindən aparılmışdır. İş materiallarında olan "xxxx" MMC Layihə Smeta Bürosu tərəfindən verilmiş “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələdirməsi”nə dair Memarlıq və Şəhərsalma Bölməsinin surətindən görünür ki, ünvan 2 ünvanı üzrə hüquq subyekti X6r. İş materiallarında olan İN/L-2232/2016 saylı, xx.xx.2016-cı il tarixli Lisenziyanın və ona əlavənin surətindən görünür ki, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə dair "xxxx" MMC-nə lisenziya verilmişdir. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.1986-cı il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanının sahibi İddiaçıdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 126 saylı Sərəncamın surətindən görünür ki, vətəndaş Cavabdeh 16 iyul 1996cı il təvəllüdlü X11 üzərində himayəçi və 29 yanvar 2000-ci il təvəllüdlü X12 üzərində qəyyum təyin edilməsi, azyaşlılar X8 himayədarlıq müddətinin həddi-buluğa çatanadək və X9 qəyyumluq müddətinin 29 yanvar 2014-cü il tarixədək müəyyənləşdirilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 156 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5 ünvanında qeydiyyatdadır, yaşayır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 157 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5 ünvanında qeydiyyatdadır, yaşayır. İş materiallarında olan İ-21371 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə X16 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-8573 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə X16 “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İV-JQ seriyalı, 264769 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X5 07 yanvar 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Abdullayeva Pərvanənin anası Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6, 5 saylı evin Cavabdeh xüsusi mülkiyyətində olmasına dair xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 6, 5 saylı ev üzrə hüquq subyekti Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli məktublarının surətlərindən görünür ki, İddiaçı yaşadığı evin hasarına bitişik yerləşən torpaq sahəsinin qonşu tərəfindən zəbt edilərək orada aparılan tikinti nəticəsində pəncərəsinin qarşısının bağlanması barədə müraciəti müvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2014-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ətrafda tökülüb qalmış tikinti tullantılarının və digər antisanitariya yaradan əşyaların (əgər varsa) 10 (on) gün müddətində ərazidən uzaqlaşdırılması tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubun surətindən görünür ki, Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinə ünvanlanan xx.xx.2014-cü il tarixli şikayət ərizəsinə baxılmış və müvafiq tədbir görülməsi üçün Qaradağ RİH-nin Lökbatan qəsəbəsi üzrə icra nümayəndəsinə, Qaradağ rayon polis bölməsinə xx.xx.2014-cü il tarixli 03-15/946 saylı məktublar göndərilmiş və icrası nəzarətə götürülmüşdür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-8965/2017 saylı qətnaməsinin surətndən görünür ki, iddiaçı Qaradağ rayonu Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, dəyişdirilmədən qüvvədə saxlanılan qətnamə ilə Qaradağ rayonu Lökbatan Bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması və qeyri-qanuni tikilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması və mülkiyyətində olan evdən istifadəyə maneçilik yaranması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, müraciətdə qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən ünvanda vətəndaş Cavabdeh tərəfindən ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin əvvəlki illərdə tikilməsi faktı müəyyən edilmişdir. Qeyd olunan faktın tikinti norma və şərtlərinə uyğun olub-olmamasının araşdırılması, uyğunsuzluq aşkar edildikdə səlahiyyətlərinə aid müvafiq tədbirlərin görülməsi məqsədilə dövlət orqanlarına məktub ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka texniki baxış keçirilmiş və qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən iddiaçıya verilmiş 18 noyabr 1986-ci il tarixli texniki pasportda göstərilən 785,4 kv.m torpaq sahəsində yerləşmədiyi müəyyən edilmişdir. Həmin hissədə yerləşən torpaq sahəsi ilə bağlı sənəd təqdim edilməmişdir və bununla bağlı müraciətin daxil olması barədə elektron bazada məlumat mövcud deyildir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, yaşadığı evin dam örtüyündə konstruksiya dəyişikliyi etmədən təmir və bərpa işlərinin aparılmasına rayon İcra Hakimiyyəti etiraz etmir. İş materiallarında olan "xxxx" MMC Layihə Smeta Bürosu tərəfindən verilmiş “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”nə dair Memarlıq və Planlaşdırma Bölməsinin surətindən görünür ki, ünvan 8 ünvanı üzrə hüquq subyekti İddiaçıdur. İş materiallarında olan İN/L-1479/2016 saylı, xx.xx.2016-cı il tarixli Lisenziyanın və ona əlavənin surətindən görünür ki, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə dair "xxxx" MMC-nə lisenziya verilmişdir. İş materiallarında olan X18 87/01 saylı xx.xx.2017-ci il tarixli Protokolun surətindən görünür ki, İddiaçı məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasında "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2, 8 saylı ev xx.xx.2018-ci il tarixdən "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir və bu barədə 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə tərtib olunmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC cavabdehlər İddiaçı və digərlərinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanında yerləşən 8 saylı evə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaqla mənzilin boşaldılmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan 2(002)-1177/2023 saylı, xx.xx.2023-cü il tarixli yerli baxış haqqında protokoldan görünür ki, baxış zamanı 8 saylı evin ayrıca giriş darvazasının və həyətinin olduğu aşkar edildi. İddiaçı 8 saylı evin öz mülkiyyətində olduğunu, 8 saylı evin sağındakı evin cavabdeh tərəfindən 2015-ci ildə tikildiyini, həmin ev tikildikdən sonra 2018-ci ildə iddiaçı öz evində müəyyən dəyişikliklər etdiyini, evin damını iki metr sağa tərəf uzatdığını və cavabdehin bundan sonra arada hasar hördüyünü bildirdi. Hazırda 8 saylı evə münasibətdə ara məsafəsi gözlənilmədən inşa edilmiş evin və daş hasarın cavabdehin hesabına sökülməsini istəyir. Baxış zamanı cavabdehin tikdiyi fərdi yaşayış evinin ayrıca giriş qapısının olduğu, həyətyanı sahədə qaya parçasının və onun yanında hasarın olduğu aşkar edildi. Cavabdeh həmin evin 2012-ci ildə tikildiyini, evdə hal-hazırda qızının və Vətən Müharibəsi iştirakçısı olan nəvələrinin yaşadığını, iddiaçının qanunsuz olaraq 2018-ci ildə 3-cü mərtəbəni inşa edərək dam örtüyünü və 8 saylı evi həmin evə yaxınlaşdırdığını, ara məsafəsini iddiaçının özünün pozduğunu bildirdi. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2, 8 saylı evin mülkiyyətçisi deyildir və onun mülkiyyət hüququna əsaslanmaqla hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2, 8 saylı ev xx.xx.2018-ci il tarixdən "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir. Ona görə də iddia tələbinin hüquqi əsası olmadığından iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bundan əlavə, tərəflərin izahatlarından, yerli baxış haqqında protokoldan, iş materiallarında olan digər yazılı sübutlardan aydın olur ki, 2018-ci ildə iddiaçı özü yaşadığı evin damını mübahisəli tikiliyə tərəf uzatdığı halda, onun ara məsafəsinin pozulması ilə bağlı dəlili hüquqdan sui-istifadə kimi qiymətləndirilərək əsassız hesab olunmalıdır (həmçinin nəzərə alınmalıdır ki, mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə itirildiyi halda, iddiaçının yaşadığı evdə təmir və bərpa işlərinə etirazın olmaması barədə Qaradağ rayon İcra Hakimiyyətinin məktubu xx.xx.2018-ci il tarixdə verilmiş, həmin işlər barədə memarlıq və planlaşdırma bölməsi isə xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir, göründüyü kimi həmin işlərin həyata keçirilməsi üçün iddiaçı qanunvericiliyə əsasən hüquq sahibi olmamışdır). Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1177/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1177/2023
22.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver