Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-118/2022 09.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi qızının iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11.01.1994cü il təvəllüdlü və Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olaraq orada yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 11.01.1994-ci ildə Bakı şəhərində anadan olub.Qızına serebral iflic diaqnozu qoyulmuşdur. Qızı serebral iflic olduğuna görə özünü idarə edə bilmir. Göründüyü kimi qızının xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda qızı fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona qəyyum olunması üçün lazımdır. Ərizəçi qızı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin 11 saylı Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatlarından surətindən görünür ki, X3 Diskogen bel-oma radikulti,L5-S1 fəqərə arası diskyırtığı. c/ə sonrakı vəziyyət. Sol aşağı ətrafın funksiya pozğunluğu.ÜİX.Aterosklerotik kardioskleroz.Ürək qapaq çatmamazlığı diaqnozu qoyulmuş və 2.2 –ikinci dərəli əlillikuşaq serebial iflici müəyyən edilmiş və əmık qabiliyətsizdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert komisiyyasının əllilər üçün təkrar müayinəyə dair arayışlardan görünür ki, 11.01.1994-cü il təvəllüdlü X2 ikinci qrup əlillik müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 2(002)-2842/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 25.01.2022-ci il tarixli 186 saylı ekspert rəyindən görünür ki, X2 X6 nəticəsində psixi inkişafdan geri qalma(F7) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və - anadangəlmə patologiyanın qeyd olunması, psixi inkişafda geri qalması, TSEK-in arayışına əsasən “X6. Psixi və fiziki inkişafdan geri qalma” diaqnozunun təyin edilməsi, İİ qrup əlilliyi və sair sübut edir. X2 qeyd olunan psixi inkişaf geriliyinin daimi və geridğnməz olduğu nəzərə alınaraq belə nəticəyə gəlmək olar ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlinir.1-ci sual: X5 qızının hər hansı psixi qüsuru vardırmı? Cavab: Tibbi sənədlərə əsasən X2 X6 nəticəsində psixi inkişafdan geri qalma diaqnozu müəyyən edilir. 2-ci sual: X5 qızının öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 2-ci suala cavab: X4 onda qeyd olunan psixi inkişafdan geri qalma nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3cü sual: X5 qızı fəaliyyət qabiliyyətlidirmi? 3-cü suala cavab. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin övladı olan 11.01.1994-cü il təvəllüdlü X5 qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.01.1994-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-118/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-118/2022
09.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver