Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1232/2024 21.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.1961-ci ildə Şamaxı rayonunda anadan olmuş atası X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası X8 01 yanvar 1961-ci ildə Şamaxı rayonunda doğulmuşdur. Atası onunla birlikdə ünvan 1 ünvanında yaşayır. Atası parkinson xəstəsi olmaqla hərəkət funksiyasının nəzərə çarpan pozğunluğu ilə 1-ci qrup əlildir. Hazırda atası sinir pozğunluğu ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Xəstəliyi beyinlə əlaqədar olmaqla beyin pozğunluğu vardır. Atasına xüsusi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olmaqla kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Odur ki, atası X4 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir və ona qəyyum olunması üçün lazımdır. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X3 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli, 3019/262 saylı epikrizdən görünür ki, X6 parkinson xəstəsi, hərəkət funksiyasının nəzərə çarpan pozğunluğu diaqnozu qoyulmuşdur. İş materiallarında olan DSMF-nin Abşeron rayon şöbəsinin 007084 saylı vəsiqəsinin surətindən görünür ki, X8 müddətsiz birinci qrup əlildir. İş materiallarında olan XVİ-JQ seriyalı 398951 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X7r. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1112 saylı rəyindən görünür ki, xx.xx.1961-ci ildə Şamaxı rayonunda doğulmuş X5 parkinson xəstəliyi nəticəsində yaranan demensiya (ağıl zəifliyi) müəyyən edilir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.1961-ci ildə Şamaxı rayonunda anadan olmuş atası X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Şamaxı rayonunda anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1232/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1232/2024
21.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver