Məhkəmə qərarları › İş №2(002)-1233/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1233/2024

12.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1233/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1953-cü ildə doğulmuş X1 və xx.xx.1982-ci ildə doğulmuş qardaşı X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 qardaşı və X5 onun anasıdır. X1 xx.xx.1953-cü ildə və qardaşı X9 xx.xx.1982-ci ildə doğulmuş və hazırda birlikdə yaşayırlar. Anası şizofreniya paranoid forma, psixi xəstə olmaqla iki dərəcəli əlildir. Qardaşı da orta dərəcəli əqli gerilik, oliqofreniya kəskin ifadə olunan imbesillik dərəcəsində birinci dərəcəli əlildir. X2 2022-ci ildə vəfat etmiş, anasına və qardaşına o baxır. Onların kənar şəxslərin qulluğuna ehtiyacları vardır. Onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalra müraciət etmək üçün lazımdır. Qeyd olunanları nzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, anası və qardaşı öz hərəkətlərinin mənasını dərk edə bilmir, uzun müddətdir xəstədir. Hazırda onların faəliyyət qabiliyyətsiz hesab edilməsi barədə sənədləşmə onlar təqaüd almaq üçün lazımdır. Ərizəçi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin məhkəmə baxış iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE 18374396 seriyalı şəxsiyyət vəsiqəsinin və Xİİİ-ЖГ 421092 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1982-ci ildə doğulmuşdur. X3, anası Ərizəçidır. İş materiallarında olan AA4602635 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1953-cü ildə doğulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(002)-1233/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 969 saylı ekspert rəyində müəyyən edilmişdir ki, X5 “şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə (F20.0)” və xx.xx.2024-cü il tarixli 970 saylı ekspert rəyində müəyyən edilmişdir ki, X6 “orta dərəcəli əqli gerilik (F71)” ilə müəyyən edilir. Bunun anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. X9 və X5 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1982-ci il təvəllüdlü X9 və xx.xx.1953-cü il təvəllüdlü X4 anasıdır. Ərizəçinin izahatı, ərizəyə əlavə edilmiş xəstəlik tarixçəsindən çıxarış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi xx.xx.2024cü il tarixli 969 saylı və xx.xx.2024-cü il tarixli 970 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X9 və X4 psixi qüsuru ciddidir və onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə qeyd edir ki, X9 və X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə hazırkı işdə ərizəçi sübutetmə predmetini icra etmiş və müəyyənləşdirilməli olan faktiki halların dairəsi, yəni şəxsin psixi qüsurunun mövcudluğu, şəxsin öz hərəkətlərini anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi, psixi qüsurla şəxsin öz hərəkətlərini anlaya bilməməsi arasında səbəbli əlaqənin olması faktı tam müəyyən edilmişdir. Məhkəmə iş üzrə qəbul edilmiş ekspert rəyini ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq, iş üzrə sübutların mötəbərliyinə ayrılıqda və birlikdə qiymət verərək, sübutların birbirini təkzib etməməsini nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1982-ci ildə doğulmuş X9 və xx.xx.1953-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə anadan olmuş X10 (şəxsiyyət vəsiqəsinin nömrəsi AZE 18374396; FİN 5GQP5X7) və xx.xx.1953-cü il tarixdə anadan olmuş X5 (şəxsiyyət vəsiqəsinin nömrəsi AA 4602635; FİN 3TFTS84) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar