Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1241/2025 30.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X12 onun qardaşı olmaqla 07 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Qardaşı ikinci qrup əlildir, ona “daun xəstəliyi, əqli geriləmə” diaqnozu qoyulmuşdur. Odur ki, qardaşı öz davranışlarını idarə edə bilmir, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zəruridir. Qardaşına qəyyum təyin edilməlidir. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X2 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XİX-JQ seriyalı 326895 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur, onun atası Əskərov Vaqif, anası Əskərova Gülarədir. İş materiallarında olan İ-AZ seriyalı 082495 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur, onun atası Əskərov Vaqif, anası İskəndərova Gülarədir. İş materiallarında olan AZ-İİ seriyalı, 622985 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 30 mart 2024-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları 7 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Abasova” soyadı verilmişdir. İş materiallarında olan Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, X8 “ikinci dərəcəli əlillik, daun xəstəliyi, əqli geriləmə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 356571 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X11” X15 tərəfindən verilmiş 4894 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X8 yüngül əqli gerilik F70, daun sindromu Q90 diaqnozu qoyulmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 13497909 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 1405 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X7 “daun sindromu nəticəsində yaranan orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə“ müəyyən edilir. Yoxlanılan şəxs X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Yoxlanılan şəxs X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.1995-ci ildə anadan olmuş qardaşı X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1241/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1241/2025
30.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver