Məhkəmə qərarları › İş №2(002)-126/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-126/2021

16.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-126/2021 16.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 56.3-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvanında yaşayan Cavabdeh Şahbuz oğlu tərəfindən elə həmin ünvanda olan bütün qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş- 500 rnm-lik magistral neft kəmərinin 56.3-cü krn-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvanında yaşayan Cavabdeh Şahbuz oğlu tərəfindən həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması tərəfimizdən aşkar edilmişdir.AR Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11,2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir.. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 15 iyul 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı X2 NBKXS-nin rəisi R. Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev hazırki aktı tərtib ediblər ondan ötəri ki, 14.07.2020-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi Bildiriş №18 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, X2 istismarında olan Şirvan-Bakı Dş500 yerüstü neft kəmərinin 56,3-cü km-də kəmərdən 40 metr aralı məsafədə Qaradağ rayon, Qobustan qəsəbəsi, massiv-1,ev 2 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus yeni tikinti işinin aparılması aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18 saylı bildirişdən görünür ki, X2 3 saylı komandanın rəisi B.İsmayılbəyli Cavabdeh tikinti işlərinin dayandırılması barədə şifahi və yazılı xəbərdarlıq edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10 iyul 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, SOCAR-ın «Neft Kəmərləri İdarəsi tərəfindən Cavabdeh tikinti işlərinin aparılmasının dayandırılması bildirilmiş, əks halda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıması nəzərinə çatdırılmışdır. İş materiallarına Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 56,3-cü km-də olan qanunsuz tikilinin sxemi və fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş SOCAR-ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın nümayəndələri tərəfindən tərtib edilmiş 10.07.2020-ci il tarixli aktdan görünür ki, 10.07.2020-ci il tarixldə saat 16:45-də Şirvan-Böyükşor Dş-500 rnm-lik magistral neft kəmərinin 56.3-cü krn-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, 1-ci sırada, kəmətə perpenduklyar, hasarlı, hazırda yaşayış olan, kəmərfdən, köhnədən tikilmiş hasara qədər 40 metr, Qaradağ rayon, Qobustan qəsəbəsi, massiv-1,ev 2 ünvanında vətəndaş Cavabdeh məxsus olduği bildirilən həyətyanı sahədə, uzunluğu 10 metr, hündürlüyü 1 metr, yeni hörgü işlərinin aparılması aşkar edilmiş və vətəndaşa görülən işlərin qanunazidd olduğu izah edilmiş və yeni tikilmiş hissələrin sökülməsi tələb edilməklə ona yazılı xəbərdarlıq olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 10/3437 nömrəli ekspert rəyindən görünür ki, Socar”-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft-kəmərinin 56.3-cü km-də, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında inşa edilmiş fərdi yaşayış evi ilə Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft-kəməri arasında olan məsafə 48 m, evin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafə 43 metrdir.”Magistral neft kəmərlərinin istmarında texniki təhlükəsizlik Qaydalarının 6,3 bəndinə əsaəsən Şirvan- Böyükşor Dş-500 mm-lik magistral neft-kəmərinin 56.3-cü km-də, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında fərdi yaşayış evi və onun işar daşından inşa edilmiş hasarı həmin neft kəmərini mühafizə zonasında yerləşir.(qərardadın 1-ci sualı üzrə) Baxış zamanı Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft-kəmərinin 56.3-cü km-də neft kəmərini mühafizə zonasının olmasına dair hər hansı nişanlanma işarələri aşkar edilməmişdir.(qərardadın 2-ci sualı üzrə) Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat təşkil etmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən inşa edilən qanunsuz tikili-hasar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 10/3437 nömrəli ekspert rəyindən də göründüyü kimi Şirvan-Bakı Dş-500 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Bu səbəbdən iddia tələbi təmin edilməli, iddiaçının istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 56,3-cü km-də kəmərdən 40 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu, ünvan 4 ünvanında yaşayan Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1-ci bənd). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2-ci bənd). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyat a keçirilir (3-cü bənd). “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına”əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri aparılması qadağandır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 56,3-cü km-də kəmərdən 40 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu ünvan 6 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalıdır. 102 (yüz iki) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 56,3-cü km-də kəmərdən 40 metr aralı məsafədə kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililər Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. 102 (yüz iki) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar