Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1265/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X15 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X11, Cavabdehlər X8 və Cavabdeh2, cavabdehin vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nıəbiyev küçəsi 3 a saylı evin 47 saylı mənzilə X2 istifadə hüququna xitam verilməsi, onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nıəbiyev küçəsi 3 a saylı evin 47 saylı mənzilə Cavabdeh2 istifadə hüququna 6000 (altımin) manat məbləğində kompensasiya verməklə xitam verilməsi və Cavabdeh2 ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsidə İbrahimova Sürəyya adının Cavabdeh1 kimi qeyd edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair yazılı ərizə təqdim edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nıəbiyev küçəsi 3 a saylı evin 47 saylı mənzilə X2 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nıəbiyev küçəsi 3 a saylı evin 47 saylı mənzilə Cavabdeh2 istifadə hüququna 6000 (altımin) manat məbləğində kompensasiya verməklə xitam verilməsi və Cavabdeh2 ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 3 A saylı evin 47 saylı mənzil üç otaqdan ibarətdir və xüsusi mülkiyyət züququ əsasında ona məxsusdur. Cavabdehlər onun məhrum qaynının övladlarıdır. X1 adna evi olmuş, hazırki mübahisəli evə alınarkən cavabdehlərin atalarının adı hazırkı mənzilin orderinə ailə üzvü kimi daxil edilməmişdir. Lakin sonradan qaynı özünə məxsus evi satmış və bu səbəbdən də uşaqları hazırda onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşlər. Cavabdehlərdən X6 2017-ci i tarixdə rəsmi qaydada ailə quraraq ona məxsus mənzildən daimi olaraq köçüb getmiş və hazırda da əri ilə birlikdə başqa ünvanda yaşayır və onun mülkiyyətində olan mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdehlərdən Cavabdeh2 onun mülkiyyətində olan evdə yaşayır. Mübahisəli mənzil üç otaqdan ibarətdir, mənzildə o, iki oğlu, iki qızı, gəlini və iki nəvəsi yaşayır. Mənzil üç otaqdan, cəmi 37 kv.metrdən ibarət olmaqla yaşayış üçün darısqaldır. Cavabdeh2 onlarla birlidə yaşaması narahatlıq yaradır. Artıq elə bir hədd çatmışdır ki, onların bir ünvanda yaşamağı qeyri mümkündür. Hazırkı ona məxsus evin yerləşdiyi ərazidə mənzillərin orta ayhq kirayə qiymətinin hazırkı tarixə yerləşdiyi ərazidən, kommunal imkanlarından, təmirliliyindən və məişət avadanlıqları ilə təchizatından asılı olaraq hər ay 100- 150 manat təşkil edir. Həmin ünvanda üç otaqlı mənzilin orta satış qiyməti 40.000 manatdır. Cavabdeh2ə 6000 manat kompensasiya verməklə cavabdehin mənzillə bağlı istifadə hüququna xitam verilməsini təklif edir.o, iddia qaldırıldıqdan sonra isə X3 onun mülkiyyətində olan mənzilə zorla daxil olduğunu, ona xəsarət yetirdiyini, bu barədə polisə mürcaiət etdiyini, cavabdehin məqəsdinin onun orada yaşamaq görüntüsünün yaradılması olduğunu, onların bir yerdə yaşamağının mümkün olmadığını,ona görə də iddia tələbinin həcmini artırdığını qeyd etmişdir. Qeyd edilənləri nəzərə alaraq tələbə dair qətnamə çıxarlmasını xahiş etmişdir. Cavabdehlər məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, onlar İddiaçı onlara qarşı yönələn iddia ərizəsində göstərilən müddalarla razı deyil və bildirirlər ki, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 3 a nömrəli evin 47 saylı mənzili onların babası İbrahimov Əjdərə məxsus olmuş və həmin 3 otaqlı mənzildə onların babası və nənəsi ailəsi ilə birlikdə yaşamışdır. Yəni onların atası X10 və onun qardaşı sonradan iddiaçının həyat yoldaşı olmuş onların əmisi İbrahimovla birlikdə yaşamışlar. 1985-ci ilə onların əmisi İddiaçı ilə ailə qurmuş v o həmin evə gəlin gəlmişdir. 1987-ci ildə isə onların atası Bəyimlə ailə həyatı quraraq onu da həmin mənzilə gəlin gətirmişdir. Hər iki qardaş dünyasını dəyişənə qədər ailələri ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Onların əmisi Şamama ilə ailə qurduqdan sonra ondan 4 uşaqları olmuş, iki qız, iki oğlan, onların atasıın isə iki övladı olmuşdur. Bir qız, bir oğlan. İddiaçının həyat yoldaşı həm də onların əmisi Mürsəl 1998-ci ildə vəfat edir. Onların əmisi vəfat etdikdən sonra onların atası Zahid İbrahimov qardaşının uşaqlarını nəzərə alaraq onların yaşadıqları mənzili qardaşının həyat yoldaşı İddiaçı adına rəsmiləşdirməyə razılıq vermiş, əvəzində isə İddiaçı Lökbatan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsini onların ailəsinə verməyi şifahi olaraq öhdəsinə götürmüşdür. Onların atası 2006-cı ildə dünyasını dəyişmiş və bundan sonra İddiaçı ona məxsus olan torpağı onlara verməkdən imtina etmişdir. Onlar həmin mənzildə anadan olmuşlar və bu gündə həmin mənzildə yaşayırlar. Anaları Bəyim Mirəşrəf qızı 2020-ci ilin noyabr ayında rəhmətə getdi və bundan sonra onların kimsəsizliyindən istifadə edən İddiaçı onları həmin mənzildən istifadə hüquqlarına xitam verdirmək barədə məhkəməyə müraciət edib. Onların yaşamağa yerimiz yoxdur. X8 2018-ci ildə ailə qurmuş, başqa yerdə müvəqqəti kirayədə yaşamışdır. Lakin hal-hazırda onun həyat yoldaşı ilə münasibəti gərginləşib və onlar ayrılmaq qərarına gəlmişlər və faktiki olaraq onunla birlikdə yaşamır. İddia ərizəsində göstərilir ki, mübahisəli mənzil 3 otaq və həmin mənzilin guya bu gün ki qiyməti 40000 manatdır. Hamiya məlumdur ki, Lökbatan qəsəbəsinin mərkəzində yerləşən həmin mənzilin qiyməti 65-70 mindir. İddiaçı qızları ailəli olsa da o onları gətirib öz yanında saxlayır. Onların isə yaşamağa yeri yoxdur. İddiaçı təklif etdiyi 6000 manata onlara heç bir yerdə özlrinə bir otaqlı ev ala bilməzlər. Lökbatan qəsəbəsinin hər hansı bir yerində bir otaqlı mənzil və yaxud həyət evi alarsa onlar həmin mənzildən çıxmağa razıdırlar. Lökbatan qəsəbəsində bir otaqlı həyət evlərini 16-18 min manata almaq mümkündür. İkinci variant odur ki, həmin məbləği onlara versin onlar özünü evlə təmin etsinlər. İddia ərizəsində iddiaçı AR MM-nin 228.2-ci maddəsinə istinad edir. Bəli həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymətilə müvafiq konpensasiya verilməsi yolu ilə xitam verilə bilər. onların ailəsi 47 saylı 3 otaqlı mənzilin bir otağında əvvəldən bu günə kimi yaşayırlar. Sual olunur bir otaqlı mənzilin bu gününki bazar qiymətinin iddia ərizəsində göstərdiyi 6 min manata olması mümkündürmü?əslində iddiaçının özünün ərizəsində qeyd etdiyi kimi onların istədiyi köhnə mənzillə müqayisədə normal şəraitin yaradılması, yəni bir otağın bugünki qiymətlə kompensasiyası ödənilsin. Qeyd edilənləri nəzərə alaraq iddiaçıının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, həmin evin ona məxsus olduğunu, cavabdehlərin doğulduğu tarixdən həmin mənzildə pasport qeydiyyatında olduğunu, cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının olduğunu qəbul etdiyini, lakin cavabdehlərdən Cavabdeh1 ailə həyatı quraraq həmin mənzili tərk etdiyini, onun həmin mənzilə ehtiyacının olmadığını, həyat yoldaşının evinin olub-olmamasını bilmədiyini, onun görüntü üçün boşandığını, digər cavabdehə isə kompensasiya verməklə, mənzilə dair istifadə hüquqlarına xitam verilməsini tələb etdiyini, bu evi satmaq niyyətinin olmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddiaçının izahatının məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, oxşar şəraitli mənzilin kirayə haqqı 250- 300 manat olsa da, 6000 manat cavabdehin 2 il kirayədə yaşamaq imkanını təmin edəcək, digər cavabdehə isə ümumiyyətlə kompensasiya verilməsi əsası yoxdur, bu halların nəzərə alınaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, həmin evdə onun yaşamaq və istifdaə etmək hüququ vardır, 29 il həmin evdə yaşamışdır, sonra ailə həyatı quraraq gəlin köçmüşdür, lakin həyat yoldaşının evi olmamış, gəlin köçdüyü vaxtdan kirayə evdə yaşamışlar, hazırda isə ailə münasibətlərinin gərgin olduğunu, buna səbəb isə həyat yoldaşının mənzilinin olmaması, uşaqları ilə nəvaxta kimi kirayələrdə yaşayacağının onu narahat etməsi səbəb olmuş, hazırda məhkəmədə nikahın pouzlmasına dair mülki işin olduğunu, onun yaşamaq üçün başqa yaşayış yerinin olmadığını, onlara elə məbləğdə kompensasiya verilsin ki, heç olmazsa bir otaqlı eyni şəraitli mənzillə təmin edilə bilsinlər, qeyd edilən halalrın nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin evdə onun yaşamaq hüququ vardır, verilən kompensasiya ilə razı deyil, həmin mənzilin hazırda bazar dəyərinin 65-70 min manat olduğunu, həmin şəraitli mənzilə dair kirayə haqqının isə 250-300 manat olduğunu, 6000 manatla o özünün yaşayış şəraitini necə təmin edə biləcəyini, heç olmazsa 13000-16000 manat pul verilsin ki, özünə heç olmasa bir otaqlı mənzil ala bilsin, başqa yaşayış yeri yoxdur, həmin evə ehtiyacı vardır, kompensasiya məbləği ilə razı deyildir, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında yazılı etiraz ərizəsinin və cavabdehlərin izahatının məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 29.03.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, Qaradağ rayon ,Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən bina evlərində beş mərtəbəli evin birinci mərtəbəsində yerləşən orta təmirli 3 otaqlı mənzilin aylıq kirayə haqqı təxminən 100-150 manat təşkil edir. Həmçinin Qaradağ rayon ,Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəs beş mərtəbəli evin birinci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin orta bazar qiyməti təxminən 40 000 (qırx min ) manat təşkil edir. İş materiallarına əlavə olunmuş 14.12.2020-ci il tarixli 1401 № arayışdan da görünür ki, X8 və Cavabdeh2 həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nıəbiyev küçəsi 3 a saylı evin 47 saylı mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 158988 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 3 a saylı evin 47 saylı mənzil İddiaçı qızının adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir və bu barədə 1280 saylı reyestr kitabında 17.07.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə dair istifadə hüququna xitam verilməsi, kompensasiya verilməklə mənzilə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mübahisə predmeti olan mənzillə bağlı hüquq münasibətləri 1988-ci il və 1989-cu il tarixdən yarandığından, hazır ki iş üzrə mövcud mübahisəli hüquq münasibətləri 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci il 08 iyul tarixli Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 123-cü maddəinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən ... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusioya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 1988-ci il tarixdən, digər Cavabdeh2 isə 1989-cu il tarixdən həmin mənzildə pasport qedydiyyatındadır. Hazırda cavabdehlər həmin mənzildə yaşayır. Cavabdeh1 1988-ci il tarixdən gəlin köçdüyü vaxtadək (2018-ci il tarixədək) həmin mənzildə yaşamış, Cavabdeh2 1989-cu il tarixdən hazıradək həmin mənzildə yaşayır. Cavabdeh1 ailə münasibətlərinin gərgin olduğundan hazırda həmin mənzildə yaşayır. Cavabdehlərin həmin mənzilə dair istifadə hüququ vardır (hər iki tərəf bu halı təsdiq edir). Qeyd olunan hallar işin mübahisəsiz halarıdır. İddiaçı Cavabdeh1 həmin evə dair istifadə hüququ yaransa da, ailə həyatı quraraq həmin evi daimi tərk etdiyindən, onun evə dair istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə, Cavabdeh2 isə 6000 manat kompensasiya verilməklə mənzilə dair istifdaə hüququna xitam verilməsinə dair iddia tələbini irəli sürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1 həmin evi daimi tərk etdiyini, başqa yaşayış yerinin olduğunu əsas gətirsə də, hazırda həmin cavabdehin başqa yaşayış sahəsinə malik olması, həmin evə ehtiyacının olmamamsı halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı həmin cavabdehin başqa yaşayış sahəsinə malik olması halı, həmin evi daimi tərk etməsi halı, həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən cavabdehin yaşayış sahəsinə istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi yalnız həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırki halda isə həmin hal müəyyən edilmədiyindən həmin cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkün deyildir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin Cavabdeh1 mənzildən çıxarılması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb mənzilə dair istifadə hüququna xitam verilməsinə dair əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid olan hissəsi ilə bağlı hesab edir ki, bu hissədə iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Belə ki, məhkəmə hesab edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləği ağlabatan və ədalətli olmamışdır. Belə ki, məhkəmə hesab edir ki, qeyd edilən cavabdeh doğulduğu gündən hazıradək həmin mənzildə yaşamış, başqa yaşayış sahəsinə malik deyildir. Göründüyü kimi, cavabdeh həmin mənzildə doğulmuş hazıradək olan uzun bir dövr ərzində həmin evdə yaşamış, böyüyüb boya-başa çatmişdır. Qeyd edilən hallar işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçı tərəfindən təklif edilə kompensasiya məbləği ilə razı olmayaraq, etirazını həmin məbləğdə pul vəsaiti ilə özünə yaşayış sahəsi ilə uzun müddət, davamlı təmin edə bilməməsi halı əsaslandırmışdır. Bu halda, məhkəmə hesab edir ki, ümumiyyətlə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Məhkəmə hesab edir ki, indiki halda iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği məhz müddət baxımından uzun müddət, davamlı olaraq oxşar şəraitli mənzillə təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Belə ki, tərəflərin izahatı əsasında qeyd edilmiş aylıq kirayə haqqı məbləği əsas götürüldükdə, qeyd edilən kompensasiya məbləğinin cavabdehin oxşar şəraitli mənzillə davamlı təmin edilməsi 2-3 il müddəti əhatə edir ki, məhkəmə hesab edir ki, həmin evdə 30 ildən artıq yaşamış, böyüyüb-boya başa çatmış şəxsin evi daimi tərk etməsi üçün bu müddət yetərli hesab edilə bilməz. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi Cavabdeh2 kompensasiya verilməklə mənzilə dair istifadə hüququna xitam verilməsi hissəsində əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin Cavabdeh2 mənzildən çıxarılması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb mənzilə dair istifadə hüququna xitam verilməsinə dair əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimGülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1265/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1265/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver