Məhkəmə qərarları › İş №2(002)-127/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-127/2024

20.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-127/2024 20.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 iyul 1982-ci ildə Qubadlı rayonunda doğulmuş X5 və 04 fevral 1984-cü ildə Qubadlı rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 və X6 onun bacısı -Naridə ikinci qrup ,qardaşı İlqar isə birinci qrup əlildirlər. Bacısı Naridənin diaqnozu “Şizofreniya paranoid forma" Qardaşı İlqarın isə Oliqafreniyanın kəskin ifadə olunmuş imbesillik dərəcəsi olmaqla, onların kənar şəxslərin qulluğuna ehtiyacları vardır. Bacı-qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X1 müddətsiz ikinci dərəcəli əlillik müəyyən edilmişdir və Şizofreniya paranoid forma diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir və Oliqafreniyanın kəskin ifadə olunmuş imbesillik dərəcəsi diaqnozu qoyulmuşdur İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-3366/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3620 saylı ekspert rəyindən görünür ki, Yoxlanılan şəxs xx.xx.1982-ci il təvəllüdlü X1 Şizofreniya paranoid forma qüsur əlamətləri ilə(F20.0) xroniki psixi xəstəliyi diaqnozu qeyd olunur. Bunu anamnestik məlumatlar- uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, Şəhər Klinik Xəstəxanasının psixosomatika şöbəsində, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, Sumqayıt Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, eşitmə hallüsinasiyaları haqqında məlumat verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, bəzən rabitəsiz cümlələr söyləməsi, sayıqlama fikirlərinin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir.Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır.1-ci sual: xx.xx.1982-ci il təvəllüdlü X2 hər hansı psixi qüsuru vardır? Cavab: xx.xx.1982-ci il təvəllüdlü X1 Şizofreniya paranoid forma qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi diaqnozu qeyd olunur. 2-ci sual: xx.xx.1982-ci il təvəllüdlü X5 öz psixi vəziyyətlərinə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdimmi? Cavab: xx.xx.1982-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3-cü sual: xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətlidirmi? Cavab: xx.xx.1982-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə fəalivyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-3366/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3621 saylı ekspert rəyindən görünür ki, Yoxlanılan şəxs xx.xx.1984-cü il təvəllüdlü X3 X9 Gerilik(F72) qeyd olunur. Bunu anamnestik məlumatlarpsixi inkişfdan geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi , ambulator qaydada müalicə olunması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlərkobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır.1-ci sual: xx.xx.1984-cü il təvəllüdlü X4 hər hansı psixi qüsuru vardır? Cavab: xx.xx.1984-cü il təvəllüdlü X3 X9 Gerilik aşkar olunur. 2-ci sual: xx.xx.1984-cü il təvəllüdlü X6 öz psixi vəziyyətlərinə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdimmi? Cavab: 2xx.xx.1984-cü il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3-cü sual: xx.xx.1984-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyətlidirmi? Cavab: xx.xx.1984-cü il təvəllüdlü X6 psixi vəziyyətinə görə fəalivyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin bacı və qardaşı olan xx.xx.1982-ci il təvəllüdlü X5 və xx.xx.1984-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. xx.xx.1984-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar