Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1285/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan onların hərələrinin payın pulun cavabdehdən tutularaq ona ödənilməsi və ya mənzilin açıq hərrac vasitəsilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan onların hərələrinin payın pulun cavabdehdən tutularaq ona ödənilməsi və ya mənzilin açıq hərrac vasitəsilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinin mərhum anası Xanım Xanməmməd qızının payına düşən hissəsinin vərəsələr arasında müəyyən edilməsi; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinin onların paylarına uyğun surətdə naturada ayrılması mümkün olmadığından həmin əmlakdan mənim payına düşən hissənin bu günkü bazar qiyməti ilə pulun cavabdehdən tutularaq ona ödənilməsi; əvvəlki tələb mümkün olmadıqda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilin açıq hərrac vasitəsi ilə satılaraq satışdan əldə edilmiş vəsaitin paylara mütənasib olaraq onların və cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələblərindən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinin mərhum anası Xanım Xanməmməd qızının payına düşən hissəsinin vərəsələr arasında müəyyən edilməsinə, digər tələbi isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 15 saylı evin 9 saylı mənzilinin onların paylarına uyğun surətdə naturada ayrılması mümkün olmadığından həmin əmlakdan onun payına düşən hissənin bu günkü bazar qiyməti ilə pulun cavabdehdən tutularaq ona ödənilməsinə aiddir. Göründüyü kimi, hazırki mülki iş üzrə bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə iddia ərizəsi ilə bağlı tələblərə riayət olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan onların hərələrinin payın pulun cavabdehdən tutularaq ona ödənilməsi və ya mənzilin açıq hərrac vasitəsilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1285/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1285/2021
01.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver