Məhkəmə qərarları › İş №2(002)-135/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-135/2022

06.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-135/2022 06.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qızı Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02.02.1985-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 mənim oğlum olmaqla 02.02.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Oğlu Namiq xəstə olmaqla diaqnozu Epilepsiya xəstəliyi (qıcolma tutulmaları, Beyindaxili Hipertanaziya xəstəlikləri olmaqla o, 1-ci qrup əlildir, daim müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi oğlum xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlunun fəaliyyət qabiliyyəti olmamasını müəyyən etdirmək ərizəçiyə ona qəyyum olunması üçün lazımdır. Ərizəçi qızı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Х-ЖГ seriyalı 471122 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.02.1985-ci il təvəllüdlü X1 anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Ambulator Kitabçasından ,;XAR;.DAN görünür ki, 02.02.1985-ci il təvəllüdlü X3 2 yaş 6 aylığından müddətsiz birinci qrup əlildir və Epilepsiya xəstəliyi (qıcolma tutulmaları, Beyindaxili Hipertanaziya xəstəlikləri) diaqnozu qoyulmuşdur Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli 2(002)-2981/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 20.11.2021-ci il tarixli 2731 saylı ekspert rəyindən görünür ki, X2 Mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlmək olur ki, X2 “EPİLEPSİYA XƏSTƏLİYİ NƏTİCƏSİNDƏ MEYDANA GƏLƏN AĞİL ZƏİFLİYİ” (F.07) qeyd olunur.Bunu müki iş materialları sübut edir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 32 nömrəli şəhər polikilinikasının təqdim etdiyi ambulator xəstənin tibbi kitabçadan çıxarışından məlum olur ki, X3 14.09.2001 -ci il tarixdən “Epilepsiya xəstəliyi (qıcolma dəfə)” diaqnozu ilə adı göstərilən polklinikada qeydiyyatdadır, xəstəliyi ilə bağlı İ qrup əlildir.Bunları nəzərə alaraq belə qərara gəlir ki, mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1ci sual: X1 hər hansı psixi qüsuru vardırmı? Cavab: X2 epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəiflliyi müəyyən edilir. 2-ci sual: X1 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: X3 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: Xroniki ruhi xəstəliyi ilə əlaqədar X3 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu 02.02.1985ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.02.1985-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar