Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1352/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X12 qızının katibliyi, Ərizəçi X3, Ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi X3 «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 2009-cu il tarixdən bu günə qədər fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası- X8 01 iyun 1937- ci il tarixində Şamaxı şəhərinin, Cəm-Cəmli kəndində anadan olmuş və ailə üzvləri ilə birlikdə ünvan 1-də yaşamışdır. 3 övladı- 2 oğlu, 1 qızı vardır. Elmağa Hümmətov ali təhsilli olmuş və əqli fəaliyyət tələb edən vəzifələrdə çalışmışdır. Lakin uzun illər işlədiyi iş mühitindən ayrıldıqdan sonra içkiyə qurşanmış və xroniki alkoqolizmdən əziyyət çəkmişdir. Bununla əlaqədar olaraq 31.08.2009- 19.09.2009-cu il və 21.02.2010-26.03.2010-cu il tarixindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almişdir. Həmçinin Qaradağ Rayon Məhkəməsinin 28.08.2012-ci il tarixli qərarına əsasında 28.03.2012-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə qəbul olunmuş və hal hazırda da müalicəsi davam edir. Bu məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 07.02.2021-ci il tarxili Maraqlı şəxs Qəyyumluq şöbəsinə göndərilmiş məktuba cavabda da əks edilmişdir. Belə ki, atası içki aludəçisi olduğundan sonra ailədə daim söz söhbət olmuş, anasına və övladlarına qarşı şiddət göstərmişdir. Atası - X8 anası Hümmətova firuzə Abbas qızına mütəmadi olaraq işgəncə verilməsi səbəbindən 12.10.2010-cu il tarixində polis orqanlarına müraciət edilmiş və Qaradağ RPİ-nin İŞ-si tərəfindən elmağa Hümmətova Azərbaycan Respublikası CM-nin 133-cü maddəsi ilə cinayət işi başlanmışdır. Daha sonra 25 aprel 2011-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Qardağ rayon İcra Hakimiyyəti Başçısının 105 saylı 03 sentyabr 2012-ci il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X4 üzərində oğlu X9 qəyyum təyin edilmişdir. Lakin qardaşı X5 25.09.2017-ci il tarixindən etibarən birinci qrup əlil olması və yaranan beyin infarktının işemik insult xəstəliyi səbəbindən, bakı şəhəri Maraqlı şəxs Başçısının 130 saylı 08 oktyabr 2020-ci il tarixli Sərəncamına əsasən X2 Elmağa Eyvaz oğlunun qəyyumu təyin edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən səbəblərdən, atası X4 2009-cu il tarixindən bu günə qədər fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X7 məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, izahatında atasının həm indiki dövr üçün, həm də 2009-cu ildən indiyədək olan dövr üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin zərrui olduğunu bildirərək,məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin vəkili məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 07644978 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01 iyun 1937-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs Başçısının 130 saylı 08 oktyabr 2020-ci il tarixli sərəncamından görünür ki , X2 Elmağa Eyvaz oğlunun qəyyumu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 29.05.2021-ci il tarixli 1137 saylı ekspert rəyindən görünür ki, X6 üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Bu pozuntu nəticəsində E.E.Hümmətov öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilməsinə kifayət qədər əsaslar vardır. Əldə edilmiş tibbi sənədlərin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, X6 2009-cu ildə psixotik əlamətlər qeyd olunmuşdur. Belə ki 31.08.2009-19.09.2009-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olarkən E.E.Hümmətovda özünüböyütmə fikirləri (sayıqlama ideyaları) təsvir edilmiş, emosiya və davranış pozuntuları göstərilmiş, vəziyyətinə tənqidinin olmadığı qeyd edilmişdir. X4 psixi vəziyyətində müalicə nəticəsində baş vermiş nisbi yaxşılaşma qısa müddət davam etmiş və 21.02.2010 tarixlərdə yenidən SN 1 nömrəli RPX-ya hospitalizasiya olunmuşdur. Sabunçu rayon Məhkəməsinin qərarına əsasən anlaqsız vəziyyətdə cinayət əməli törətmiş şəxs kimi cinayə məsuliyyətindən azad edilərək barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. 28.03.2012-ci il tarixdə “Xroniki alkoqolizm nəticəsində ifadə olunmuş şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Respublika Psixiatriya Xəstəxanasının X11 Stasionarında məcburi müalicəyə qəbul olunmuş, 29.09.2012-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş psixiatrı professor G.Ç. Gəray bəyi i tərəfindən “Üzvi şəxsiyyət pozuntusu” diaqnozu təyin edilmişdir. X1 şəraitdə müalicəsi hal-hazıradək davam edir. Beləliklə, tibbi sənədlərin təhlilinə əsaslanaraq E.E.Hümmətovda onu hərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum edən psixi pozuntuların 2009-cu ildən başlayaraq hal-hazıradək davam etməsi qənaətinə gəlmək olar. Buna görə də, X8 2009-cu ildə öz hərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından həmin dövrdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X3 fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən X4 qızı olmaqla, habelə onun qəyyumudur. Həmçinin, məhkəmə araşdırması zamanı X4 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 25.06.2021-ci il tarixli 1963 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır, buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 01 iyun 1937-ci ildə -cu il tarixdə Şamaxı rayonu, Cəmcəmli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hazırki mülki iş üzrə iddia tələbinin X4 2009-cu ildən bugünədək fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı ərizəçi tərəfindən X4 məhz 2009-cu il tarixdən fəaliyyət qabiliyyəti olmaması halına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırki mülki iş üzrə qeyd edilən halla bağlı yeganə sübut qismində müvafiq eskpert rəyi çıxış edir ki, həmin ekspert rəyində tibbi sənədlərin təhlilinə əsaslanaraq E.E.Hümmətovda onu hərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum edən psixi pozuntuların 2009-cu ildən başlayaraq hal-hazıradək davam etməsi qənaətinə gəlməklə, bu əsasla X4 2009-cu ildə öz hərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından həmin dövrdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsinin mümkün olması qeyd edilmişdir. Məhkəmə bununla əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, fiziki şəxsin əvvəlki dövr üçün fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi halı ilk növbədə həmin şəxsin özünün hüquq və mənafelərinin pozulmasına (onun öz iradə ifadəsini əks etdirdiyi hərəkətlərin, bağladığı əqdlərin şübhə altına alınmasına) gətirib çıxarda bilər. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, hər hansı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi yalnız müvafiq məhkəmə qətnaməsi əsasında mümkün ola bilər. Hazırki mülki iş üzrə göründüyü kimi, həmin şəxsin üzərində 2012-ci il tarixdən qəyyum təyin edilməsinə (daha sonra isə ərizəçinin özünün qəyyum təyin edilməsinə) baxmayaraq, ərizəçinin iddia tələbində qeyd etdiyi 2009-cu il tarixdən indiyədək (hansıki bu dövr uzun bir müddəti əhatə edir) məhkəməyə müraciət edilmədiyi halda, indiki halda əvvəlki həmin dövr üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinin irəli sürülməsi ilk növbədə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb edilən şəxsin hüquqlarından sui-istifadə edilməsi hallarına gətirib çıxarda bilər. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hər hər bir halda barəsində fəaliyyət qabiliyyəti olmayan şəxsin hüquq və mənafelərini əsas götürərək, hesab edir ki, ərizə şəxsin 2009-cu il tarixdən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Mülki prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 01 iyun 1937- ci il tarixində Şamaxı rayonunun, Cəmcəmli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1352/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1352/2021
09.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver