Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1371/2024 25.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İK-in 04 yanvar 1970-ci il tarixdə 081771 saylı daimi orderinin mərhum atası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Qaradağ rayon XDS İK-nin xx.xx.1969-cu il tarixli 23 saylı qərarına əsasən 6 nəfər ailə üzvü nəzərə alınmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzil 04 yanvar 1970-ci il tarixdə 081771 saylı daimi orderlə mərhum atası X3 adına verilmişdir. Lakin həmin orderdə atasının ata adı səhv olaraq "Ağabala" əvəzinə "Əlibala" kimi yazılmışdır. Bütün sənədlərdə atasının ata adı Ağabala olsa da orderdə səhv olaraq Əlibala kimi yazılmışdır. Hazırda həmin mənzlil özəlləşdirmək istəyir, lakin atasının ata adında olan uyğunsuzluğa görə mənzili özəlləşdirməsi mümkün olmamışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona mənzili özəlləşdirmək üçün lazımdır. Həmin order sǝrǝcam hüquqmüəyyənedici sənəddir, mənzilin özəlləşdirilməsi üçün əsasdır və o bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də düzəliş onlar tərəfindən edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, evin sənədlərində mərhum atasının ata adında olan yanlışlıqlara görə evi öz adına sənədləşdirə bilmir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, ona sənədin şəxsə məxsusluğu ilə bağlı məhəməyə müraciət etmək hüququ izah edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan, Qazıməmməd ZAQS Bürosu tərəfindən verilmiş ИЕ-478999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1931-ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan SSR Bakı şəhəri Duvannıy rayon (hazırkı Qobustan) VVAQ bürosu tərəfindən verilmiş АЗ 548879 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası X1. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri, Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixdə verilmiş И-ЖГ № 454708 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04,05,1994-ci il tarixdə ürək-qan damar çatışmamazlığından vəfat etmişdir. Azərbaycan SSR Bakı şəhər X5 İK tərəfindən verilmiş 04 yanvar 1970-ci il tarixdə 081771 saylı orderinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin 5 nəfər ailə üzvü ilə birlikdə yaşaması üçün X4 verilməsi qərara alınmışdır. Ərizəçi qeyd edilən sərəncamın mərhum atasına məxsus olmasının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavininin xx.xx.2024-cü il tarixli, 5-13/1-X-4-091/24 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar toxunduğunuz məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan SSR Qaradağ rayon XDS İK-nin 04 yanvar 1970-ci il tarixdə 081771 №-li Sərəncamında qeyd edilmiş hüquq sahibinin mərhum atasının ata adı ilə (“Əlibala oğlu”) onun şəxsiyyətini təsdiq edən sənnəddə, habelə ərizənin atasının ölüm haqqında şəhadətnaməsi və nikah haqqında şəhadətnaməsində göstərilən ata adı olan “Ağabala oğlu” arasında fərq olduğu aşkar edilmiş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin X3 məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilə dair Azərbaycan SSR Qaradağ rayon XDS İK-nin 04 yanvar 1970-ci il tarixdə 081771 nömrəli orderində X3 məxsus olması halı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Qaradağ rayon XDS İK-nin 04 yanvar 1970-ci il tarixdə 081771 saylı sərəncamının təsdiq olunmuş surətinin X3 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Bakı şəhər X5 İK tərəfindən verilmiş, 04 yanvar 1970-ci il tarixli, 081771 saylı sərəncamın X3 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1371/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1371/2024
25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver