Məhkəmə qərarları › İş №2(002)-1378/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1378/2024

31.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1378/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 may 2006-cı ildə Saatlı rayonu, Fin şəhərciyində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun oğlu olmaqla 07 may 2006-cı ildə Saatlı rayonu, Fin şəhərciyində anadan olmuşdur, oğlu müddətsiz olaraq birinci qrup əlildir.Oğlunun diaqnozu “ Kvadroplegik spastik serebral iflic” olmaqla onun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, 07 may 2006-cı il təvəllüdlü X5 müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir və “Kvadroplegik spastik serebral iflic” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 766018 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 yanvar 2005-ci il təvəllüdlü X4 atası Ərizəçidur. İş materiallarına əlavə olunmuş AA seriyalı 381087 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Əliyev X6 rayonundan məcburi köçkündür və Qaradağ rayonun ərazısındə müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1378/2024 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 2668 saylı ekspert rəyindən görünür ki, Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, X5 DƏRİN ƏQLİ GERİLİK (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, K.Y.Fərəcova adına X1 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcli əlilliyin təyin edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - bələdliyinin pozulması, sualları başa düşməməsi, davranışının şəraitə qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X4 hər hansı psixi qüsuru vardırmı? Cavab: X5 dərin əqli gerilik aşkar olunur. 2-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X7 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.3-cü sual: xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyətlidirmi? Cavab: X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı Əliyev İbrahimin sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 İ-ci dərəcəli əllilik müəyən edilərək fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar