Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-138/2022 19.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 57-ci km-də kəmərdən 30 metr aralı məsafədə yerləşən,1-ci sırada,kəmərə paralel,kəmərin mühafizə zonasında Qaradağ rayonu Qobustan qəsəbəsi yeni yurdlar ünvanında cavabdeh X9 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi» iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın «Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 57-ci km-də kəmərdən 30 metr aralı məsafədə yerləşən,1-ci sırada,kəmərə paralel,kəmərin mühafizə zonasında Qaradağ rayonu Qobustan qəsəbəsi yeni yurdlar ünvanında cavabdeh X9 tərəfindən hüquq müəyyənedici sənəd olmadan tikinti işlərinin (fərdi yaşayış evi və hasar) aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi saydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri;b)bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c)boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) ‘Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «Neft Kəmərləri İdarəsi»nin nümayəndəsi məhkəmə iclasında məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında hazırki iş üzrə müvafiq ekspert rəyi ilə razı olduğunu, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, öz izahatında hazırki iş üzrə müvafiq ekspert rəyi ilə tanış olduqlarını, həmin ərazidə onlarla belə yaşayış sahələrinin olduğunu, cavabdehə münasibətdə qeyd edilən iddia tələbinin verilməsinin qərəzli olduğunu, cavabdeh bu barədə heç kimin məlumat vermədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 30.08.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı X8 NBKXS-nin rəisi R. Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev hazırki aktı tərtib edirik ondan ötəri ki, 30.08.2021-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, X8 istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 57-ci km-də kəmərdən 30 metr aralı məsafədə yerləşən,1-ci sırada,kəmərə paralel,kəmərin mühafizə zonasında,mişar daşlarının üst-üstə yığılması ilə (ukladka) hasarlanmış hazırda yaşayışı olan evin həyətində yeni tikinti işlərinin aparılması aşkar eidlmişdir. Vətəndaş Cavabdeh magistral neft kəmərinin mühafizə zonasında istismarçı təşkilatla razılaşdırılmamış tikinti quraşdırma işlərinin aparılmaısnın qanunazidd olduğu izah olundu, mühafizə zonasında tikdiyi yeni hissənin sökülməsi tələb edilmiş, ev sahibi Cavabdeh şəxsiyyət vəsiqəsinin təqdim etmədiyindən, oğlu X4 yazılı xəbərdarlıq verilmişdir, yeni tikilmiş hissəni vətəndaş özü sökərək, qalan hissəni sökməyəcəyini bildirmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 30.08.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, SOCAR-ın «Neft Kəmərləri İdarəsi tərəfindən Cavabdeh tikinti işlərinin aparılmasının dayandırılması bildirilmiş, əks halda qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyət daşıması nəzərinə çatdırılmışdır, X9 həmin xəbərdarlıq vərəqəsini təhvil almışdır. İş materiallarına Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 57-ci km-də kəmərdən 30 metr aralı məsafədə yerləşən,1-ci sırada,kəmərə paralel,kəmərin mühafizə zonasında Qaradağ rayonu Qobustan qəsəbəsi yeni yurdlar ünvanında olan qanunsuz tikilinin sxemi və fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan Qobustan Bələdiyyəsinin 26.10.2021-ci il tarixli 615 № li arayışının məzmunundan görünür ki, Cavabdeh Qaradağ rayonu, Qobustan qəsəbəsi Massiv 1 a-da özünə məxsus fərdi yaşayış evində qeydiyyatsız yaşayır, Aşağıdakı ailə üzvləri vardır:X3-həyat yoldaşı, X9-oğlu, X7-qızı, X5-oğlu İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli 10/5902 nömrəli ekspert rəyindən görünür ki, 26.11.2021-ci il tarixdə ekspertin iştirakı ilə tədqiqat obyetinə baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində, yeni yurdlar ünvanında yerləşən fərdi yaşayış evinin hasarı Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft-kəmərinin 57-ci km-də kəmərdən 30 metr məsafədə yerləşir. Baxış zamanı Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft-kəmərinin mühafizə zonasının olmasına dair hər hansı nişanlanma işarələri aşkar edilmədi.Cavabdeh həmin ərazinin Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft- kəmərinin mühafizə zonasının hüdudlarına aid olması halını bilib-bilməməsi və ya görüb- görməməsinin mümkünlüyü mühəndis-texniki ekspertizanın predmetinə aid deyildir.03.01.2003-cü ildə Ədliyyə Nazirliyinədə 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na görə: bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır;bənd 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır:hər hansı tikinti və quraşdırma işləri;bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması.Beləliklə, mülki iş materialında olan akta və baxış zamanı müəyyən olunmuş faktiki hallara əsasən aşağıdakı nəticələrə gəlmək olar:Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində, Yeni yurdlar ünvanında yerləşən fərdi yaşayış evinin hasarı Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft-kəmərinin 57-ci km-də kəmərin mühafizə zonasında yerləşir;baxış zamanı Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft-kəmərinin mühafizə zonasının olmasına dair hər hansı nişanlanma işarələri aşkar edilmədi;Cavabdeh həmin ərazinin Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft- kəmərinin mühafizə zonasının hüdudlarına aid olması haiını bilib-bilməməsi və ya görüb- görməməsinin mümkünlüyü mühəndis-texniki ekspertizasının predmetinə aid deyildir.Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1-ci bənd). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2 -ci bənd ). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla ) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3-cü bənd). Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” (03.01.2003-cü il tarixli): 1.29. Magistral neft kəmərlərinin obyektlərində texnoloji proseslərlə əlaqədar olaraq ətraf mühitə ziyan verdiyi üçün yaşayış və ictimai binalardan sanitar-mühafizə zonası ilə ayrılmalıdır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır:a) hər hansı tikinti və quraşdırma işləri;b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması;c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması;d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri;e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri.Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi yeni yurdlar ünvanında yerləşən fərdi yaşayış evi və hasar tikili faktiki Cavabdeh istifadəsindədir. İddiaçı SOCAR “Neft Kəmərləri İdarəsinin” istismarında olan Şirvan-Böyükşor D.-500 mm-lik magistral neft kəmərinin mühafizə zonası ayrılmışdır. İddiaçı cavabdehin faktiki istifadəsinə olan fərdi yaşayış evinin və hasar tikilinin qeyd edilən neft kəmərinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək, qeyd edilən idida tələbini irəli sürmüşdür. Həmçinin,məhkəmə iclasında tədqiq edilmiş müvafiq ekspert rəyi və digər sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan qeyd edilən fərdi yaşayış evi həmin neft kəmərinin mühafizə zonasında yerləşmir, cavabdeh tərəfindən tikilmiş hasar tikili isə həmin mühafizə zonasında yerləşir. Həmçinin, məhkəmə araşdırması zamanı, cavabdeh tərəfindən həmin hasar tikilinin inşa edilməsinə dair həmin neft kəmərlərini istismar edən iddiaçı təşkilat, müvafiq yerli icra hakimiyyəti orqanları və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırılması, bu barədə yazılı razılığı, icazənin alınmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” tələbinə əsasən magistral neft kəmərlərinin mühafizə zonasında hər hansı tikinti işlərinin aparılması üçün qeyd edilən razılaşdırılmının aparılması və yazılı icazənin alınması imperativ norma kimi qeyd edilmişdir. İndiki halda isə cavabdeh tərəfindən həmin tələblərə əməl edilməmiş, qanunvericiliyin tələbləri, habelə qedy edilən qaydaların tələbləri pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi məhz mühafizə zonasında yerləşən hasar tikilinin sökülməsi hissəsində əsaslı olmaqla təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 57-ci km-də kəmərin mühafizə zonasında yerləşən Cavabdeh tərəfindən inşa edilmiş Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yeni yurdlar ünvanında yerləşən fərdi yaşayış evinin hasarı cavabdehin hesabına sökülərək, ərazidən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, aparılmış ekspertiza tədqiatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neft Kəmərləri İdarəsi”nin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 57-ci km-də kəmərin mühafizə zonasında yerləşən Cavabdeh tərəfindən inşa edilmiş Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yeni yurdlar ünvanında yerləşən fərdi yaşayış evinin hasarı Cavabdeh hesabına sökülərək, ərazidən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-138/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-138/2022
19.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver