Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1383/2021 13.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarının 2.4.111-ci bəndində qeyd edilmiş «Ərizəçi oğlu» ilə orderdə qeyd edilmiş «Ərizəçi»nun eyni şəxs olması; Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair orderin xx.xx.1953-cü il tarixdə doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ərizəçinin nümayəndəsi və vəkilinin ərizəsinə əsasən Maraqlı şəxs1 maraqlı şəxs kimi ərizədə olan siyahıdan çıxarılaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tanınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə doğulmuşdur və ona məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, bütün digər hüquqmüəyyənedici sənədlərdə adı Ərizəçi kimi göstərilmişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X2 bağlar sahəsindəki 50 saylı kooperativ tərəfindən 13 iyul 1990-cı il tarixdə verilmiş orderə əsasən ona Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmışdır. Həmin orderin əsli onlarda mövcuddur. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışı ilə müəyyən edilmişdir ki, ona Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair order verilməsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarının 2.4.111-ci bəndində onun adı «Ərizəçi» əvəzinə «Ərizəçi oğlu» kimi göstərilmişdir. Hal-hazırda qeyd olunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışı alınması zərurəti yarandığından, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X2 bağlar sahəsindəki 50 saylı kooperativ artıq mövcud olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1953cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənədlərdə hər hansı uyğunsuzluq yoxdur. Ərizəçi adına verilmiş və iş materiallarına əlavə olunmuş Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsinə dair verilmiş orderdən görünür ki, həmin orderdə hər hansı səhvə yol verilməmiş, bağ sahəsinin məhz Ərizəçi ayrıldığı qeyd edilmişdir. Lakin, iş materiallarına əlavə olunmuş Bakı şəhər XDS İK-nın 13 iyun 1990-cı il tarixli 4/143 saylı, bağ sahələrinin ayrılmasına dair qərarının 2.4.111-ci bəndində ərizəçidən asılı olmayan səbəblərdən, onun adında və atasının adında texniki/mexaniki səhvə yol verilərək, adı «Ağa» atasının adı «İsmayıl» kimi yazılmışdır/qeyd edilmişdir. Ərizəçidən asılı olmayan səbəblərdən səhvə yol verilərək, adı və atasının adı qeyridüzgün yazıldığından, o, əmlak üzərində hüquqlarını həyata keçirə, daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra və s. zəruri rəsmiləşdirmə işlərini həyata keçirə bilmir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair order həqiqətən də xx.xx.1953-cü ildə Bakı şəhərində doğulmuş Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair orderin xx.xx.1953-cü ildə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilə bilməz. Belə ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur (Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2ci bəndi). Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair orderin xx.xx.1953-cü ildə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1383/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1383/2021
13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver