Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1391/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehin bacısıdır. Mübahisəli mənzilin icarədarı 1975-ci il tarixli order əsasında iddiaçının atası Tofiq Süleymanov olmuş, sonradan mənzil onun oğlu (iş üzrə cavabdeh) Cavabdeh adına özəlləşdirilmiş, daha sonra Cavabdeh mənzili öz oğlu Rəvan Sülyemanova bağışlamışdır. İddiaçı həmin bağışlama müqaviləsini mübahisələndirir.
İş materialları
2. Azərbaycan SSR Bakı şəhər X12 tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 139575 nömrəli orderə əsasən, Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, mənzil 21 X2 istifadəsinə verilmişdir. Ailə tərkibi: özü - X4, arvadı - X13 və qızı - İddiaçıdır.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.1997-ci il tarixli 1464№-li arayışına əsasən, Cavabdeh həqiqətən Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, 2 mərtəbəli evin 1 mərtəbəsinin 26.3 kv.m sahəsi olan 2 otaqlı 21 nömrəli mənzildə yaşayır. Mənzildə qeydiyyatda olanlar: Cavabdeh və X5r.
3. Cavabdeh 1997-ci ildə Bakı Texniki İnventarizasiya Bürosuna mənzilin özəlləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, X18 tərəfindən həmin tarixdə ərizə yazaraq yaşadığı mənzilin oğlu Cavabdeh adına dəyişdirilməsinə icazə vermişdir.
4. Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997ci il tarixli 264 №-li “Kirayə müqaviləsinin dəyişdirilməsi” barədə sərəncamına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ev 43, mənzil 21-in kirayəçisi Cavabdeh atası Tofiq Süleymanov xx.xx.1991-ci ildən qeydiyyatdan çıxdığından kirayə müqaviləsi dəyişdirilmiş və mənzilin kirayəçisi Cavabdeh hesab edilmişdir.
5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı xx.xx.1997-ci il tarixli 080953 №-li Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ev 43, mənzil 21 Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
6. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 310521 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
7. Bakı şəhəri 45 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixli X3 (**********598), X14 (**********601), X15 (**********602), X8 (**********600), X16 (**********599) tərəfindən verilmiş ərizələrə əsasən, qeydiyyatda olduqları və Cavabdeh məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı (E.Quliyev) küçəsi, ev 43-də yerləşən 21 saylı mənzilin Cavabdeh bağışlanılmasına razılıq verirlər.
8. Cavabdeh (hədiyyə verən) ilə X19 (hədiyyə alan) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Hədiyyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.7 kv/m, yaşayış sahəsi 26.3 kv/m olan 2 otaqlı mənzili oğlu X9 tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissədə hədiyyə alanın mülkiyyətinə verir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 43, mənzil 21 xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X6 tam mülkiyyətinə keçmişdir.
10. Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-11214/2024-**********14 nömrəli məktuba əsasən, ünvan 2 ünvanı X6 adına ünvan 3 xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 314 №-li xx.xx.2024-cü il tarixli məktuba əsasən, Cavabdeh, X3, X19, X15, X20, X16, X7, X10 və X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
İddia tələbi
13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsi qanunsuz olduğu üçün ləğv olunması və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia ərizəsi belə əsaslandırılmışdır ki, atası X4, anası X13 ilə 1970-ci ildə nigahları Qaradağ rayon qeydiyyat şöbəsində qeydə alınmışlar. Birgə nigahdan o xx.xx.1971-ci il, qardaşı Cavabdeh xx.xx.1975-ci ildə doğulmuşlar. X34 zavodunda fəhlə işləyib və iş yerindən order əsasında 2 otaqlı mənzil almışdır. Həmin mənzil ünvan 4 ünvanda yerləşmişdir. Həmin mənzildə atası, anası, qardaşı və o qeydiyyatda olmaqla yaşamışlar. Atası 2005-ci ildə vəfat etmişdir. Anası isə həmin mənzildə qeydiyyatda olmaqla vəfat edənə kimi həmin mənzildə yaşamış, xx.xx.2021–ci ildə vəfat etmişdir. Qeyd edilən order əsasında istifadə edilmiş daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmışdır. Qeyd elədiyi birgə yaşadığı mənzil anası X1 2012-ci ildə onun xəbəri, razılığı olmadan qardaşı Cavabdeh adına keçirilmiş və hüquqi mülkiyyətedici sənəd verilmişdir. Atası ilə anasının nigahı 1985–ci ildə pozulmuşdur. Qanun tələbinə görə boşanmış ər-arvad bir-birlərinə vərəsə ola bilməzlər. 45 Saylı Notariat ofisində qanun pozuntusuna yol verərək Anasının vasitəsilə 2 otaqlı mənzil qardaşı Cavabdeh adına keçirilmişdir. O bunu anasının vəfatından sonra vərəsəlik açmaq istədikdə bilmişdir. O sonra Notariat ofisinin müdriyyətinə hüquqlarının pozulduğu barədə bildirdikdə ona sən kimsən yaxşı etmişdir deyə bildirmişdilər. Qardaşının birinci arvadı qardaşını dəfələrlə təhdid edərək evi oğlu Rəvana bağışlanmasını tələb etmişdir. Qardaşı onun etirazlarına baxmayaraq mənzili oğlu Rəvana bağışlamışdır. O mənzilin mübahisəli və heç bir bağışlama işləmini aparmamasını bildirmişdi yazılı və şifahi halda. Etirazını bildirdiyi halda ofisin müdiyyəti onun narazılığına əhəmiyyət verməmişdir və 2 otaqlı mənzili Cavabdeh tərəfindən oğlu X11 bağışlama müqaviləsi bağlamışdır. Qardaşı Cavabdeh həmin mənzili oğlu Rəvan Cavabdeh oğluna xx.xx.2024-cü ildə Notariat qaydada bağışlaması qanunsuzdur. Qardaşı Aslan anasının sağlığında 2019-cu ildə qeyd edilən ünvandan çıxmış orada formal qeydiyyatda olsada başqa ünvanda ikinci ailəsi ilə kirədə yaşayır. Anası sağlığında Aslanın birinci ailəsini evdən qovmuşdu və evə buraxmırdı. O isə buna baxmayaraq evi zəbt etmiş və sonra evi Aslanı təhdid edərək oğlunun adına bağışlanma yolu ilə keçirtmişdir. Hesab edir ki, sözügedən bağışlanma müqaviləsi qanunsuz istinad edildiyindən etibarsız hesab edilməlidir. Bu fakt onun pozulmuş vərəsəlik hüququnun bərpa edilməsi üçün zərurətdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilir.
15. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.
16. İddiaçı mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsi, vərəsə tanınama miras əmlakın bölünməsi və Cavabdeh ilə X19 arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi üzrə Qaradağ Rayon Məhkəməsinin icraatında 2(002)-184/2025 nömrəli mülki iş olmuş, lakin sonradan Ceyran Süleuymanova həmin bağışlama müqaviləsinin ləğvinə dair hissəni geri götürmüşdür.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, evin orderi atasının adına olub, atası və anası boşanıb. 2000-ci ilə qədər evdə yaşayıb, qardaşının həyat yoldaşı evi mənimsəyib. Onun razılığı alınmayıb evin qardaşı oğlunun adına keçirilməsinə. Cavabdeh qardaşıdır, ev atasından qalıb. Əvvəllər ailədə bir evdə yaşayıblar. Lakin anası vəfat etməmişdən öncə evi qardaşına verib, onun bundan xəbəri olmayıb. O, o vaxt evdə qeydiyyatda olmayıb, belə ki, təxminən 2000-ci ildən evdən qeydiyyatdan çıxmış və başqa yerdə yaşamışdır. Qardaşının həyat yoldaşı və ailəsi evi ələ keçirib. Qardaşı evi oğluna bağışlayıb. O, notariusa bununla bağlı məlumat versə də notarius dediyinə əhəmiyyət verməmişdir. Qardaşının evi oğluna bağışlamasından sonra xəbəri olub. Maral anasıdır, sərəncamdan xəbəri olmayıb, sərəncamı mübahisələndirməyib. İddiaçı tərəf iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Cavabdeh məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən, məhkəmə işə baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1. Bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 670.3 Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarı: MM-in 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
21. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı: ..hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. b) Əsaslandırma
22. İddia əsassızdır.
23. İşin faktiki halları bundan ibarətdir ki, iddiaçı cavabdehin bacısıdır və cavabdehin öz oğluna bağışladığı müqavilənin həm etibarsız hesab edilməsini, həm ləğv edilməsini xahiş edir. Məhkəmə tərəfindən iddiaçı tərəfə tələbinin müqavilənin hansı elementlərinin qüsurlu olması nəticəsində etibarsız olması və ya bağışlamanın ləğvi və ya imtina üçün əsasların mövcud olması barədə mövqeyini dəqiq müəyyən edilməsi üçün sual ünvanlanmış, iddiaçı tərəf hər iki tələbinə baxılmasını xahiş etmişdir.
24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 43, 21 nömrəli mənzilin icarədarı 1975-ci il tarixli order əsasında iddiaçının atası Tofiq Süleymanov olmuş, həmin vaxt iddiaçı kirayədarın qızı kimi orderdə ailə üzvü olaraq göstərilmişdir. Mənzilin kirayəçisi 1997-ci il tarixli sərəncamla dəyişdirilərək Cavabdeh olmuş, ailə üzvü yalnız Maral Süleymanova olmuş, Cavabdeh mənzil üzərində hüquqlarına dair qeydiyyat vəsiqəsi verilmişdir. Maral Süleymanova 2021-ci ildə vəfat etmişdir
25. 1997-ci il tarixli arayış və sərəncama nəzər yetirdikdə aydın olur ki, İddiaçı mübahisəli mənzildə həmin vaxt qeydiyyatda olmamış və ailə üzvləri sırasında göstərilməmişdir.
25. Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 264 №-li “Kirayə müqaviləsinin dəyişdirilməsi” barədə sərəncamı və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, xx.xx.1997-ci il tarixli 080953 №-li Qeydiyyat Vəsiqəsi, yəni mənzilin Cavabdeh mülkiyyətinə verilməsinə dair aktlar İddiaçı tərəfindən mübahisələndirilməmişdir.
26. Belə olan halda, iddiaçının tərəfi olmadığı əmlakın bağışlanması barədə müqavilənin ləğvini tələb etməsi əsassızdır.
27. Belə ki, Mülki Məcəllənin 673-674-cü maddələrində bağışlama müqaviləsinin ləğvi və ondan imtinanın xüsusi şərtləri və əsasları müəyyən edilmişdir. Həmin normaların müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur və hədiyyə verən tərəfindən bağışlamadan və bağışlama vədindən imtinanın əsaslarını müəyyən edir.
28. Hazırkı halda, Cavabdeh öz mülkiyyətində olan əmlakı oğluna bağışlamışdır. Belə olan halda, müqavilə tərəfi olmayan şəxsin həmin müqavilənin ləğvini tələb etməsinin qanuni əsası yoxdur.
29. İddia tələbinin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçı tərəfə müqavilənin hansı elementlərinin qüsurlu olması nəticəsində etibarsız olması barədə sual ünvanlanmış, iddiaçı tərəf müqavilənin onun məlumatı olmadan bağlandığını və evin qardaşının adına onun məlumatı olmadan keçdiyini bildirmişdir.
30. Belə olan halda, əqdin etibarsızlığına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Çünki, bağışlama müqaviləsi üzrə müqavilənin elementlərinin hər-hansı birinin qüsurlu olması müəyyən edilməmişdir. İddiaçı belə halı əsaslandıra və sübuta yetirə bilməmişdir.
31. Belə ki, cavabdeh mülkiyyətində olan mənzilə dair öz iradəsi əsasında sərəncam verərək oğluna bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır.
32. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, , vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
33. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının aldadılması halı müəyyən edilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas olmadığından bu barədə iddia tələbi təmin edilə bilməz.
34. Məhkəmə “mübahisəli mənzilin Cavabdeh adına keçməsindən iddiaçının məlumatının olmaması” ilə bağlı iddia tələbinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı bununla bağlı mənzilin cavabdehin mülkiyyətinə verilməsinə dair ilkin hüquq müəyyənedici sənədləri mübahisələndirməli idi. Həmin hüquqi marağın təmin olunması məqsədilə bağışlama müqaviləsinin ləğvi və etibarsızlığı iddiasının irəli sürülməsi əsassızdır. Məhkəmə xərcləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu (qiymətləndirilməyən iddialar üzrə) ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbinə əsasən iddia təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir.
37. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsi qanunsuz olduğu üçün ləğv olunması və etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova