Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1399/2024 12.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun oğulunun üzərində qəyyum təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, ərizəçinin nümayəndəsi və vəkili X4 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, Ərizəçi oğlu X6 üzərində qəyyum təyin olunması və ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxsndən ərizəçinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(002)-1399/2024 saylı qərardadı ilə mülki iş üzrə icraata «Ərizəçi oğlu X10 üzərində qəyyum təyin edilməsi» tələbinə dair hissəsində xitam verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2005-ci iİ təvəllüdlü oğlu X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və özünün övladı üzərində qəyyum təyin edilməsini xahiş edir. Belə ki, X7 anadangəlmə olaraq duyğu orqanlarında pozğunluqar, epilepsiya, qavramada ləngimələr, davranış pozğunluqları ilə bağlı xroniki psixi xəstəlik olan X12 (USİ) diaqnozu qoyulmuşdur. Serebral iflic uşaqlıq çağının ən sıx görülən və həyat boyu davam edən hərəkəti və bədən posturunu zədələyən inkişaf pozğunluğudur. Serebral iflic inkişafda olan döldə, ya da körpənin həyatının ilk aylarında beyindəki lezyon və ya zədələnmə nəticəsində inkişaf edən proqressivləşməyən (artmayan, pisləşməyən) xəstəlikdir. Xəstəlik səbəbindən, Elkən nə öz hərəkətlərinin mənasını dərk edə bilir, nə də onu idarə edə bilir. xx.xx.2023-cü il tarixli 2 nömrəli X2 Həkim Psixiatr Komissiyası tərəfindən verilən rəyə əsasən, X3, yəni ağır kəmağıllılığın (əqli geriliyin) (müvafiq qanunla «kəmağıllılıq» sözü «əqli gerilik» sözü ilə lə əvəz edilmişdir) mövcudluğu təsdiqlənmişdir. Rəyə görə, xəstəlik qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə müşahidə edilir və kənar şəxslərin himayəsinə ehtiyac olduğunu vurğulayır. Həmçinin, Elkənin sağlamlıq imkanlarının məhdudluğuna dair Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2012-ci il tarixdə arayış vermişdir. Hazırda ərizənin verilmə səbəbi, Aslanov Elkənin 18 yaşına çatmış olması və qəyyuma ehtiyacı olmasıdır. Elkənin anası Ərizəçi bu vəzifəni özü şəxsən yerinə yetirmək istəyir. Öncəki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verdi, məhkəmədən işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin xahişini nəzərə alaraq, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkamə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 anasıdır. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin xx.xx.2024-cü il tarixli 1575 saylı rəyindən görünür ki, X7 X12nin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X10 onda müəyyən edilən X12nin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakını yol verilmir. Ekspert rəy verərkən anamnestik məlumatları, təqdim edilmiş tibbi sənədləri (Bakı şəhər X5, Bakı şəhər 2 saylı X2, Azərbaycan Respublikası Əmək və ƏSMN TSEK-in təqdim etdiyi sənədləri) və hal-hazırkı psixiatrik müayinənin nəticələrini əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən də göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən tutula bilməz. Bu səbəbdən, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1399/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1399/2024
12.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver