Məhkəmə qərarları › İş №2(002)-140/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-140/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-140/2022 30.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil ştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında olan 11.11.2006-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, VVAQ şöbəsində 949 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, 19.09.2007-ci il təvəllüdlü X3 və 18.05.2009-cu il təvəllüdlü Cavabdeh İba oğlunun boşanmadan sonra onun yanında saxlanılması, həmin uşaüqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə sabit pul məbləğində ayda 175 manat məbləğində olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə arasında olan 11.11.2006-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, VVAQ şöbəsində 949 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, 19.09.2007-ci il təvəllüdlü X3 və 18.05.2009-cu il təvəllüdlü Cavabdeh İba oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə görə sabit pul məbləğində ayda 193 manat məbləğində olmaqla, ümumilikdə 386 manat alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 11.11.2006-cı il tarixdə Bakı şəhərində Qaradağ rayonu VVAQ şöbəsində Cavabdeh ilə nikaha daxil olmuş və rəsmi nikah 949 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan 19.09.2007-ci ildə X7 və 18.05.2009-cu il tarixdə Cavabdeh İba oğlu adlı uşaqları dünyaya gəlmişdir. Bir müddət ailə münasibətləri normal olsa da sonradan münasibətləri kəskinləşmiş və dəfələrlə boşanma həddinə çatmışdır. Lakin valideynlərinin təkidi ilə ailələri dağlmamış və halhazırda formal olsa da nikahları davam edir. Bir müddət sakit ailə həyatları olsa da sonradan cavabdehin ailəyə qarşı biganə münaibəti, ailə problemləri ilə məşğul olmaması, ailənin maddi ehtiyaclarını ödəməməsi onun ailədəki münasibətlərini soyutmuşdur. Onlar 3 aydan artıq müddətdir ki, ayrı yaşayırlar. X1 və Cavabdeh İba oğlu onunla birlikdə yaşayır və həmin tarixdən cavabdeh onunla və övladları ilə maraqlanmamış, övladlarının saxlanılmasına heç bir maddi köməklik göstərməmişdir. Bundan başqa, qızı X3 və oğlu Cavabdeh İba oğlunun 12 yaşı var və orta məktəbdə təhsil aldığı üçün xərcləri artmışdır və o təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir və hal-hazırda övladı ilə birlikdə kirayədə yaşayır. Onun Cavabdeh ilə bağladığı nkah formal olduğundan və ər-arvad münasibətləri olmadığından. habelə birgə yaşamaları qeyri-mümkün olduğundan qərara gəlmişdir ki, nikahlarına məhkəmə qaydasında xitam verilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 noyabr 2006-cı il tarixli, AZ-İ 281237 seriyalı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 11 noyabr 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 949 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İbayeva soyadı verilmişdir. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat tərəfindən verilmiş 12 yanvar 2011-cü il tarixli, AZ-İİİ 581494 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 18 may 2009-cu il təvəllüdlü Cavabdeh İba oğlunun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat tərəfindən verilmiş 29 sentyabr 2007-ci il tarixli, AZ-İ 988804 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 19 sentyabr 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyasının 10.03.2022-ci il tarixli, 4/44 saylı rəyindən görünür ki, uşaqların mənafeyi, psixoloji durumu, bir-birinə olan bağlılığı, azyaşlıların ifadə etdiyi istəyi və digər zəruri hallar nəzərə alınaraq, tərəflərin birgə nikahdan olan uşaqları - 19 sentyabr 2007-ci il təvəllüdlü X3 və 18 may 2009-cu il təvəllüdlü Cavabdeh İba oğlunun anaları X2 yanında saxlanılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə ər-arvadın barışması uçub 3 ay müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmədə tərəflərə barışıq üçün 3 ay vaxt verilsə də onlar ötən müddət ərzində barışmamış, münasibətlərini bərpa etməmişlər. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə həmin Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin birgə nikahından olan uşaqlarının anasına daha çox bağı olmasını, eləcə də, həmin uşaqların anasının yanında saxlanılmasını istisna edən halların olmamasını, hanelə Qəyyumluq və himayədarlıq Komissiyasının rəyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları - 19 sentyabr 2007-ci il təvəllüdlü X6 və 18 may 2009-cu il təvəllüdlü Cavabdeh İba oğlu boşanmadan sonra anaları İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.5-ci maddəsinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilməli, Qaradağ Rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ilə Cavabdeh arasında 11 noyabr 2006-cı il tarixdə akt qeydi ilə icra edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahdan olan uşaqları - 19 sentyabr 2007-ci il təvəllüdlü X6 və 18 may 2009-cu il təvəllüdlü Cavabdeh İba oğlu anaları X4 anaları İddiaçı yanında saxlanılmalı, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.09.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə 150 manat, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq aliment ödəməyə imkanının olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsində göstərilən əmlak bölgüsü ilə bağlı tərəflər arasında mübahisə olması müəyyən edilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Caniyeva İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilsin. Qaradağ Rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ilə Cavabdeh arasında 11 noyabr 2006-cı il tarixdə akt qeydi ilə icra edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahdan olan uşaqları - 19 sentyabr 2007-ci il təvəllüdlü X6 və 18 may 2009-cu il təvəllüdlü Cavabdeh İba oğlu anaları İddiaçı yanında saxlanılsın. Həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.09.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə 150 manat, cəmi iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar