Məhkəmə qərarları › İş №2(066)-655/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-655/2024

01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-655/2024 01.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın yanında saxlanması və aliment tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə 21 oktyabr 2021-ci il tarixdə 1926 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 22 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR və İŞİN HALLARİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirdi ki, o, Cavabdeh ilə 2020-ci ildə faktiki olaraq, 21 oktyabr 2021-ci tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan onların 22 iyul 2021-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Onlar evləndikdən sonra əvvəllər mehriban yaşasalarda sonra münasibətləri pozlduğuna görə görə ayrılmışlar. Ayrı yaşadıqları müddət ərzində barışmağa cəhd etməmişlər əksinə münasibətlərini kəskinləşdirən hərəkətlərə yol vermişlər. Bundan sonra onun Cavabdeh ilə barışıb yenidən ər-arvad kimi yaşamaqları, ailənin saxlanılması qeyri-mümkün olduğundan aralarındakı nikah formal xarakter daşıyır. Məhkəmə tərəfindən onlara verilmiş 3 ay vaxt ərzində barışmağa cəhd etməmişlər. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1990-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamədən” məlum olur ki, X3 ilə Cavabdeh nikahları 21 oktyabr 2021-ci il tarixdə 1926 nömrəli akt ilə Gəncə ASAN X1 şöbəsində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə” surətlərindən məlum olur ki, X4 22 iyul 2021-ci il tarixdə anadan olmuşdur. Onların atası kimi Cavabdeh, anasl kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəfin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasındakı ailə münasibətləri bərpa olunmaz dərəcədə pozulduğundan ailənin saxlanılması qeyri-mümkündür. Məhkəmə tərəfindən onlara verilmiş 3 ay vaxt ərzində barışmağa cəhd etməmişlər. Ona görə də, iddia tələbi nikahın pozulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-22.2.3-cü maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu və əmlak bölgüsünü müəyyən etməsidir. Məhkəmə uşaqların yaşını, valideynlərinin faktiki olaraq ayrılmasından sonra uşaqların analarının yanında qalmalarını, həmin azyaşlı uşaqların ana qayğısına daha çox ehtiyacları olduğunu nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaqlar analarının (iddiaçının) yanında qalmalıdır. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Boşanma tələbi təmin edilərkən məhkəmə, 22 iyul 2021-ci il təvəllüdlü X2 mənafeyini, qardaşların bir ailədə, daimi biri-biriləri ilə ünsüyyətdə olmasının onların psixoloji cəhətdən sağlam böyüməsinin vacibliyini, nəzərə alaraq onların anasının - İddiaçı yanında saxlanılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması üçün əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı tərəfindən imzalanmış iddia ərizəsi məhkəməyə 23 aprel 2024-cü il tarixdə daxil olduğundan alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Məhkəmə hesab edir ki, 22 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi daha ədalətlidir. Belə ki, iddiaçı uşağın saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etsə də, cavabdehin aylıq gəliri və qazancə barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra belə nəticəyə gəlir ki, ailənin saxlanması mümkün olmadığından iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 22 iyul 2021-ci il təvəllüdlü X4 anası-İddiaçı yanında saxlanılmalı və onların saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında qeyd olunan tövsiyyələrini də nəzərə alır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir: «Nikah məhkəmə qaydasında pozularkən ... məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.» İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehdən hər ay 200 (iki yüz) manat miqdarında tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 2400 (iki min dörd yüz) manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 46 (qırx altı) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2021-ci il tarixdə Gəncə ASAN X1 şöbəsində 1926 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra 22 iyul 2021-ci il təvəllüdlü X2 anası - İddiaçı yanında saxlansınlar. Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq 22 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilsin. Alimentin bu qaydada tutulması 23 aprel 2024-cü il tarixdən hesablansın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilsin. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 46 (qırx altı) manat məbləğində olan dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Tərəflərə boşanma haqqında şəhadətnamə verilərkən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutulsun. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. İddia tələbi 35 (otuz beş) manat aliment hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar