Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1224/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, nikah haqqında arayışdan müəyyən edilir ki, Cavabdeh ilə X1 xx.xx.2010-cu il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Namazova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adlı yetkinlik yaşına çatmayan üç uşaq vardır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış nikahın pozulmasına, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adlı uşaqlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 300 manat alimentin alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adlı üç övladları var. Əvvəllər normal ailə münasibətləri mövcud olsa da, son zamanlar cavabdeh onlarla maraqlanmır. Qazancından ailəyə vermir. Cavabdehlə bir ailədə yaşamaq və normal ailə münasibətləri yaratmaq mümkün deyil. Ona görə də boşanmaq qərarına gəlmişdir. Uşaqlar isə onun yanında yaşayırlar. Cavabdehlə uşaqların onun himayəsində qalmasına və boşanmağa dair razılığa gəlmişlər. Hazırda cavabdehdən uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 100 manat aliment alınmasını istəyir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, ona qarşı irəli sürülən tələbə etiraz etməmiş, boşanmaya və uşaqlara iddiaçının iddia etdiyi məbləğdə alıment ödəməyə razı olduğunu bildirmiş, məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi, müəyyən edilən faktiki hallar və tətbiq edilən hüquq; Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından doğulan, yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin boşanmasından sonra analarının yanında qalmaları müəyyən edilməli və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,25 misli həddində (100 manat) sabit pul məbləğində aliment Cavabdeh alınıb, İddiaçı verilməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər xx.xx.2010-cu il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar. Onların birgə nikahından yetkinlik yaşına çatmayan üç uşaqları vardır. Hazırda onların arasında olan ailə münasibətləri faktiki pozulmuşdur. Azərbaycan Respublikasında ailə münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Hazırki işdə ailənin qorunub saxlanması mümkünsüz olduğundan məhkəmə belə qərara gəlir ki, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin boşanmasından sonra valideynlərdən hansının yanında qalması məsələsi ilə əlaqədar məhkəmə onu qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda analarının yanında yaşayırlar və cavabdeh ata uşaqların analarının yanında qalmasına etiraz etməmişdir. İş materiallarından uşaqların analarının yanında qalmalarına maneə olan hallar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra uşaqlar analarının yanında qalmalıdırlar. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək hesab edir ki, irəli sürülən iddianın aliment tələbi hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmalarını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 100 manat məbləği 400 manat məbləğinin 0,25 mislini təşkil edir. Beləlikə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini, iddiaçının hər uşağa görə 100 manat aliment tələb etməsini və aliment ödəməyə borclu olan valideynin buna razılığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün tutulmalı olan aylıq alimentin məbləğinin hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,25 misli həddində sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq sayılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc və 50 manat dövlət rüsumu ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin və ödədiyi dövlət rüsumunun əvəzini tələb etməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, verilməsinə görə Dövlət rüsumunun məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (300 manat x 12 ay)=3600 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+26)=56 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Nikahın pozulması tələbi hissədə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində bağlanmış və 279 sayla qeydə alınmış rəsmi nikah pozulsun. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adlarında yetkinlik yaşına çatmayan üç uşağın valideynlərinin boşanmasından sonra anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 adlarında yetkinlik yaşına çatmayan üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 09 yanvar 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,25 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə alimentlə bağlı olan hissədə dərhal icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddianın aliment tələbi hissəsi üzrə ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1224/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1224/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver