Məhkəmə qərarları › İş №2(105)-1188/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1188/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1188/2024 29.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina -apellyasiya icraatına xitam) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2517/2024 nömrəli qətnaməsindən iddiaçı-Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları : Sumqayıt şəhər Qeydiyyat şöbəsi 16 fevral 2024-cü il tarixdə verilmiş 3-16-5/8- 283/69 saylı arayışdan görünür ki, Cavabdeh və X4 17 aprel 2012-ci il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 511 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Bədəlova soyadı verilmişdir. AZE № 18471375 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 23 aprel 2013cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. AZE № 18471376 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 oğlu 15 may 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. AA3815869 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 oğlu 11 noyabr 2021-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00436 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 31 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi Sumqayıt şəhər İcra hakimiyyəti Memarlıq və şəhərsalma idarəsində sürücü vəzifəsində çalışır. Orta aylıq əmək haqqı isə 389 manat təşkil edir. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsində sürücü vəzifəsində çalışır, aylıq əmək haqqı isə 389 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hazırda nikahları pozulmamışdır. Birgə nikahdan 23 aprel 2013-cü il təvəllüdlü X5, 15 may 2015-ci il təvəllüdlü X9 oğlu və 11 noyabr 2021-ci il təvəllüdlü X12 oğlu övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmış, bu səbəbdən də hazırda ayrılaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda heç bir yerdə işləmir, uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşaqları ilə maraqlanmır, uşaqların maddi və mənəvi təlabatlarını yerinə yetirilməsində iştirak etmir. Hesab edir ki, ölkə ərazisində uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləği olmaqla, ümumilikdə 705 manat aliment tutulmalıdır. Eyni zamanda iddiaçı 11 noyabr 2021-ci il təvəllüdlü X12 oğlunun 3 yaşına çatanadək saxlanması üçün 100 manat maddi yardımın Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, 15 may 2015-ci il təvəllüdlü X9 oğlu, 11 noyabr 2021-ci il təvəllüdlü X12 oğlu adlı üç övladları olmuşdur. Nikahın ilk vaxtlarında münasibətləri normal olmuşdur. Sonralar bir-birilərini başa düşməmişlər, artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Ailə formal xarakter daşıyır. Boşanmaq fikri qətidir. Ailənin bərpası mümkün deyil. Ailənin qorunub saxlanması üçün məhkəmənin keçirəcəyi tədbirlər müsbət nəticə verməyəcəkdir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli rəsmi dövlət nikahının pozulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2517/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) ilk iddia qismən təmin edilmiş, - Cavabdeh 04 mart 2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X9 oğlunun və xx.xx.2021-ci il təvəllüdlü X12 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində alimentin, habelə 11 noyabr 2021-ci il təvəllüdlü X12 oğlunun üç yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq ilk iddia üzrə İddiaçı verilməsi - qarşılıqlı iddia tələbi təmin edilmiş, - Cavabdeh ilə İddiaçı arasında 17 aprel 2012-ci il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 nömrə ilə qeydə alınmış nikahın pozulması, - Tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2013-cü təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X9 oğlu və xx.xx.2021-ci il təvəllüdlü X12 oğlu anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Məhkəmə qeyd edib ki, Cavabdeh övladları xx.xx.2013-cü təvəllüdlü qızının, xx.xx.2015-ci il təvəllüdlü X9 oğlunun və xx.xx.2021-ci il təvəllüdlü X12 oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 190 manat olmaqla, ümumilikdə 570 manat sabit pul məbləğində alimentin tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Belə ki, ilk iddia üzrə iddiaçı hər ay sabit pul məbləğində 705 manat miqdarında alimentin tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu və cavabdehin zəruri imkanlara malik olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddianın uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması hissəsinə qiymət verərək məhkəmə hesab edib ki, ilk iddia tələbi bu hissədə də qismən təmin olunmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edib ki, tərəflər nikahın pozulmasını təkid etdiyindən, eyni zamanda ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında 17 aprel 2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 № ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə uşaqların mənafelərini nəzərə alaraq hesab edib ki, tərəflərin birgə nikahlarından anadan olmuş X5, X9 oğlu və X12 oğlu anaları İddiaçı yanında qalmalıdırlar. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 25-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1, 29.1, 29.2 56.1, 60.1, 60.2, 60.4, 75.1, 75.4, 78.1, 78.2, 85.1.1, 100.2-ci maddələri, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının müvafiq bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 234.2.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ondan tutulmalı alimentin məbləğinə münasibətdə əsassızdır. Qətnamədə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci maddələri və Ailə Məcəlləsinin 75, 76, 78-ci maddələrində nəzərdə tutulan tələblər pozulmuşdur. Onun hər ay 570 manat məbləğində aliment habelə 11 noyabr 2021-ci il təvəllüdlü X12 oğlunun üç yaşına çatanadək 50 (əlli) manat məbləğində maddi yardım ödəməyə imkanı çatmır. Onun aylıq, əmək haqqısı 389 manat təşkil edir. O, övladları üçün aliment ödəməkdən boyun qaçırmır. Sadəcə olaraq bildirir ki, qeyd olunan məbləği ödəyə bilməyəcəkdir. Hesab edir ki, məhkəmə tərəfindən sübutlar dəqiq araşdırılmamış, aliment təyin olunan zaman onun əmək haqqısının az olması nəzərə alınmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2517/2024 nömrəli qətnaməsi aliment məbləğinə münasibətdə dəyişdirilərək, aliment məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Lakin apellyator Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator qətnaməni yalnız uşaqlar üçün müəyyən edilmiş aliment məbləğinə aid hissədə mübahisələndirmiş, qətnamə nikahın pozulması və uşaqların ananın yanında qalması hissəsində mübahisələndirilməmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən cavabdeh tərəfin (apellyatorun) apellyasiya şikayətindən imtina etməsi barədə yazılı ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(060)-2517/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissəsi üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar