Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5205/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Səfiyevanın sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların onun yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların onun yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 13 avqust 2010-cu tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması; nikah pozulduqdan sonra azyaşlı 21 sentyabr 2010-cu ildə doğulmuş X4 və 15 sentyabr 2014-cü ildə doğulmuş X3 onun yanında saxlanması və onların yetkinlik yaşma çatanadək təminatı üçün cavabdehdən hər ay, hər uşaq üçün sabit pul məbləğində 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 (üç yüz səksən altı) manat miqdarında alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 13 avqust 2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 21 sentyabr 2010-cu ildə doğulmuş X4 və 15 sentyabr 2014-cü ildə doğulmuş X6 adlı iki uşaqları var. İlk vaxtlar münasibətləri normal olsa da sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Belə ki, cavabdeh ailəyə qarşı olduqca laqeyd yanaşır. Nə maddi nə də mənəvi heç bir dayaq olmur. Ümmiyyətlə bir ailə başçısı kimi heç bir öhdəliyini icra etmir. İllərdir ki iddiaçı özü maddi əziyyət çəkir. Hər dəfəsində məni müxtəlif vədlərlə inandıraraq qərarımdan vaz keçməyə məcbur edib. Hətta bir dəfə rəsmi şəkildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin yenə də yalan vədləri üzərinə müraciətini dayandırmışdır. Artıq cavabdehin etdiyi hərəkətlər iddiaçıya olduqca pis təsir edir və bu səbəbdən, aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulduğundan birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Aralarında olan nikah yalnız formal xarakter daşıyır. Bir ildən çoxdur ki ayrı yaşayırlar. Ona görə də nikahın pozulması barədə qərarı qətidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, nikahın pozulmasına razı olduğunu, uşaqların analarının yanında qalmasına etiraz etmədiyini, uşaqların saxlanılması üçün aliment tutularkən maddia vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ № 589578 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2010-cu il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 517 № ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 21 sentyabr 2010-cu il təvəllüdlü X4 və 15 sentyabr 2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından aydın oldu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından iki övladları olmuşdur. Onlar ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar, ailənin bərpası mümkün deyildir, cavabdeh tərəf iddianı qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan onların arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını, işin müəyyən edilən hallarını, uşaqların azyaşlı olmaqla daha çox ana nəvazişinə və qayğısına ehtiyacının olmasını, hazırda anasının himayəsində yaşamalarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 21 sentyabr 2010-cu il təvəllüdlü X1 və 15 sentyabr 2014-cü il təvəllüdlü X3 anasının himayəsinə verilməsi uşaqların normal həyatının təmin edilməsi baxımından məqsədəuyğundur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinəəsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafıüçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 5172-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 517 №-si ilə qeyd edilmiş nikah pozulmalı, 21 sentyabr 2010-cu il təvəllüdlü X4 və 15 sentyabr 2014-cü il təvəllüdlü X5 boşanmadan sonra anaları İddiaçı yanında qalmalı, Cavabdeh İddiaçı xeyrinə 21 sentyabr 2010-cu il təvəllüdlü X2 və 15 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli xx.xx.2022-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 5179.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 517 №-si ilə qeyd edilmiş nikah pozulsun. 21 sentyabr 2010-cu il təvəllüdlü X4 və 15 sentyabr 2014-cü il təvəllüdlü X5 boşanmadan sonra anaları İddiaçı yanında qalsınlar. Cavabdeh İddiaçı xeyrinə 21 sentyabr 2010-cu il təvəllüdlü X2 və 15 sentyabr 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva