Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1408/2024 10.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadələrinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzilə dair 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və ”22/52” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil istismar Eepartamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə əskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər.Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 07 iyul 2015-ci il tarixli “22/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir.Sonradan Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi iiə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxs olan X5 qeyriqanuni kirayə verdiyi müəyyən edilmişdir və hal-hazırda Sərxan Ağakişiyev mənzildə qeyriqanuni yaşayışını davam etdirir (bu barədə aktlar əlavə ounur).Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 52 nömrəli mənzildə yaşamadığlarını və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirililərək mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsədə nəticəsi olmamışdır.“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2.Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3.Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, saqıslamaq. başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləsdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 və ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir.Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir.Komitənin Mənzil-istismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsindəki 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzilin cavabdehə verilməsi ilə bağlı 07 iyul 2015-ci il tarixli il 22/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 07 iyul 2015-ciil tarixli il 22/52 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən, Kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2.-kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək,özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 2.4.3.yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 2.4.4.yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1.Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə .etirilmədikdə; 5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini cağıtdıqda və ya korladıqda; 5.4.4.kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla corunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5.yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.5.7.Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.5.7.1.Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri ((Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3.Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Cavabdeh1 və ailə üzvlərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 22 saylı binada yerləşən 52 nömrəli 2 otaqlı mənzilində yaşamadığı müəyyən edildiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mənzili cavabdehlərə dövlət yaşayış üçün verib. Kənar şəxslərin evdə yaşamaması müqavilədə də qeyd olunur. Amma hazırda Sərxan adlı şəxs ailəsi ilə birgə o evdə yaşayır. Cavabdehin nümayəndəsi özü də bu faktı izahatında qeyd etmişdi. Sərxanın həyat yoldaşı da o ərazidə müəllimə işləyir, onlar daimi orada yaşayır. Cavabdeh Mehri başqa ərazidə işləyir, cavabdehlərin övladları başqa ərazilərdə təhsil alır, artıq cavabdehlər o evdə yaşamır. Pərvizgil başqa evdə yaşayır, Sərxangil o evdə yaşayır.Elə evləri təhvil aldıqdan sonra onları həmin ərazi və ya ora yaxın yerlərdə yaşayan və ehtiyacı olan digər şəxslərə verilir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında ifadəsində qeyd etmişdir ki, ev 2 otaqlıdır, kirayə müqaviləsi ilə Pərviz və digərlərinə yaşayış üçün verilmişdir, amma ümumilikdə dövlətə məxsusdur. Lakin evə baxış keçriləndə məlum oldu ki, X7 orada qeyr-qanuni yaşayır. İddia ərizəsinə əlavə edilmiş aktlar müxtəlif vaxtlarda yoxlama əsasında Sərxanın orada qonaq kimi yaşamadığı müəyyən edildiyi üçün hazırlanmışdır. Ağakişiyev Sərxana məcburi köçkün kimi ev verilməmişdir. Sərxan və arvadının o evdə yaşaması kirayə müqaviləsinin şərtlərini pozur. Cavabdeh1 nümayəndəsi (qardaşı) X11 məhkəmə iclasında arayışlar təqdim edərək qeyd etdi ki, keçən ilin dekabr ayında iddiaçı tərəfin əməkdaşı onlara dedi ki, ya evi onlara təhvil versin, ya onlara 2000 manat pul versinlər. Onlar isə heç biri ilə razılaşmadılar. O evin sahibləri başqa yerlərdə çalışır, uşaqlar isə başqa yerdə oxuyur deyə onların o evdə daimi yaşaması mümkün deyildir. Cavabdeh1 nümayəndəsi X11 həmçinin bildirdi ki, qardaşı Pərviz hal-hazırda İmişlidə yaşayır, təsərrüfatla məşğul olduğu üçün çox vaxt orada olur. Mehri Pərvizin həyat yoldaşıdır və Nəsimi rayonunda müəllimə işlədiyi üçün məsafə uzaqdır deyə Müşfiqabadda daimi qalmır. Sərxan onların Ağdamda qonşusu olub, evləri yoxdur deyə qardaşı həmin evi ona verib, çünki Sərxanın həyat yoldaşı Müşfiqabadda müəllimə işləyir. Qardaşının oğlu Tuncay Naxçıvanda oxuyur deyə orada yaşayır, qardaşının qızı Ayan isə 8-ci sinifdə oxuyur, amma o da Müşfiqabadda oxumur. Ayan anası Mehri ilə bir yaşayır, ancaq ana-bala 5-ci gün Müşfiqabada gəlir, həmin evdə cümə, şənbə və bazar günləri öz evlərində qalırlar. Onlar istəyir ki, qardaşıgili o evdən çıxarmasınlar, Ağdama gedəndə onlara 1 otaqlı da olsa, ev verilsin. Ayan Binə qəsəbəsində oxuyur. Sərxan o evdə ailəsi ilə birgə yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzil ona və ailə üzvlərinə (Cavabdeh2-həyat yoldaşı, Cavabdeh3-oğlu və X9-qızı) kirayəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Müşfiqabad qəsəbəsi MKİS-in müxtəlif tarixli aktlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında Qaradağ rayon Müşfiqabad qəsəbəsi Qaçqınlar və X10 üzrə Dövlət Komitəsi tərəfindən uzun müddətli icarəyə götürülmüşdür. Qəsəbə ərazisində olan bütün yaşayış və qeyri yaşayış obyektləri Dövlətqaçqınkomun balansında olmaqla dövlət mülkiyyəti sayılır. Dövlət Mülkiyyətində olan mənzillərin hər hansı şəxslər tərəfindən alqı satqısı, bağışlanması, kirayə verilməsi, zəbt edilməsi qəti qadağan olunmuşdur. 22 saylı binanın 52 saylı mənzilini Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 və onun ailəsinə müvəqqəti yaşaması üçün verilmişdir. Lakin Cavabdeh1 qeyri qanuni yolla 22 saylı binanın 52 saylı mənzilini X1 vermişdir.Yuxarıda qeyd edilənlər dəfələrlə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh1 və həmin mənzildə kirayədə qalan X7 şifahi və yazılı xəbərdarlıq edərək nəzərinə çatdırılsada bu qanun pozuntusunu aradan qaldırılmasını təmin etməmişdilər. İş materiallarına əlavə edilmiş Elm və Təhsil Nazirliyinin Qaradağ Regional Təhsil İdarəsinin Ağdam rayon 33 nömrəli tam orta məktəbinin 28 iyun 2024-cü il tarixli arayışından görünür ki, X3 rayon 33 nömrəli tam orta məktəbində müəllim vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş Elm və Təhsil Nazirliyinin Qaradağ Regional Təhsil İdarəsinin Ağdam rayon sektoru üzrə 35 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 35 nömrəli tam orta məktəbində (ünvan:Xəzər rayonu, Binə qəsəbəsi) 11-ci sinfində oxuyur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri üzrə Təhsil İdarəsinin 246 nömrəli məktəb-liseyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 Bakı şəhəri 246 nömrəli məktəb-liseyiində müəllim vəzifəsində işləyir. X2 məhkəmə iclasında ifadə verərək, təsdiq etdi ki, o, ailəsi ilə birlikdə Pərvizgilə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli mənzilində yaşayır. O, mənzil ilə təmin olunmamışdır. Bu haqda Nazirlikdən ona ev ayrılmasını xahiş etdikdə, ona cavab olaraq ondan daha pis vəziyyətdə yaşayanların olduğu bildirilərək, gözləməsini təklif etmişdilər. Onun yoldaşı həmin ərazidə-qəsəbədə olan məktəbdə müəllim vəzifəsində işləyir. Uşaqları isə oradakı məktəbdə təhsil alırlar.Rövşəngil ilə lap əvvəldən münasibətləri olmuşdur. Uşaqlıq dostlarıdır. Pərvizgilin ailəsi hər həftəsonu gəlib, həmin evdə qalırlar. Həmin vaxt onlar isə qohumlarıgildə qalmağa məcburiyyətində olurlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 arasında 07 iyul 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqvailəyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzil cavabdehlərin yaşaması üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı cavabdehlərin onun istifadəsinə verilmiş müvafiq mənzildə yaşamaması, qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlə aralarında bağlanılmış müvafiq kirayə müqaviləsinin ləğv edilməsi və onların mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəlləsinin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Eyni zamanda tərəflər arasında bağlanmış 07 iyul 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7-ci və 5.7.1 maddələrinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə həmçinin qeyd edr ki, iddia tələbində cavabdehlərin ailə üzvləri də qeyd edilmiş, lakin onun dəqiq adı qeyd edilməmişdir. Həmin hal iddiaçının nümayəndəsi fikrini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan Ayanı nəzərdə tutublar deyə qeyd etməyiblər. Həmçinin müəyyən edildi ki, cavabdeh Tuncay da yetkinlik yaşına çatmayıb, lakin həmin evdə yaşamır, oxumaq üçün Naxcıvana getmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununa əsasən, yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə iclaslarında tərəflərin izahatları, şahid ifadəsi, həmçinin iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin cavabdehlərin onların istifadəsinə verilmiş mənzildə yaşamadıqlarına dair tərtib edilmiş aktları təsdiq edir ki, cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Bununla da, cavabdehlər tərəfindən həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtləri pozulmuşdur. Bu hal isə öz növbəsində həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və cavabdehin həmin mənzildən çıxarılması üçün əsasdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, mənzil qanunveriicliyinin normalarını rəhbər tutaraq, cavabdehlər tərəfindən ona verilmiş yaşayış sahəsindən müqaviləninin şərtlərini pozaraq, onun təyinatına uyğun istifadə etməməsi (həmin mənzildə daimi faktiki olaraq yaşamaması) halının aşkar edildiyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, Müvafiq Müqavilənin tələblərinə əsasən kirayəçi ona verilmiş yaşayış sahəsində faktiki yaşamırsa və ya onu başqasına verirsə, bu hal həmin evin boşaldılması və həmin evin daha çox ehtiyacı olan başqa məcburi köçkün ailəsinin müvəqqəti istifadəsinə verilməsi üçün əsas olduğu qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməli və və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və X9 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binanın 52 nömrəli 2 otaqlı mənzilindən çıxarılmalı və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binanın 52 nömrəli 2 otaqlı mənzil iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh1 ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və X9 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binanın 52 nömrəli 2 otaqlı mənzilindən çıxarılsın. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binanın 52 nömrəli 2 otaqlı mənzil cavabdehlər tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-1408/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1408/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver