Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3387/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh5, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin ləğvi, mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 03 iyul 2025-ci il tarixli 2(103)-2670/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında məskunlaşmışdır;
3. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləri olan Cavabdeh2, X9, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 ünvan 1 ünvanında məskunlaşmışdır;
4. Laçın rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün olmaqla, hal-hazırda Sabun çu rayonunda müvəqqəti məskunlaşmış və yemək xərci müavinəti alır;
5. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləri olan Cavabdeh2, X9, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 ünvan 1 ünvanında məskunlaşmışdır;
6. Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1-ci bəndindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ərazisində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi, blok “D”, 52 C nömrəli mənzildə yerləşən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin mənzil fonduna aid ümumi sahəsi 114.22 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müvəqqəti Kirayəçinin (Cavabdeh1) sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, Kirayəçinin ailə üzvləri Cavabdeh2 (həyat yoldaşı), X9 (övladı), Cavabdeh5 (övladı), Cavabdeh4 (övladı) ibarətdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. Həmin müqavilənin 5.7.3-cü maddəsinə əsasən kirayəçi və ailə üzvlər i mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrıca təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər; 7. xx.xx.2024-cü il tarixli Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 1312 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh5 və Cavabdeh4 ünvan 4 ünvanında Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır; 8. 21.10.2024-cü il tarixli “Təmir-bərpa olunan evlər haqqında akt”-a əsasən, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdığı təsdi qlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsini və Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh5 və Cavabdeh4 ünvan 6 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsas landırmışdır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” çərçivəsində və ünvan 7 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 831 kodlu evə köçmək üçün Cavabdeh1 Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, o, müvəqqəti məskunlaşdıqları ünvan 8 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzili təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alı naraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsus i diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi həyata keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət isti qamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş, kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan ünvan 6 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə təhvil verməyini və ünvan 7 ünvanında yerləşən tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin Cavabdeh1 N.Nərimanov küçəsi ev 17 ünvanında yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkd ən imtina etmişlər. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 16 Noyabr 2022-ci il 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş, abadlaşdırılmış yaşayış sahəsinə köçməyən vətəndaş Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi arasında ünvan 6 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilinə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, mənzilin boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir.
11. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfin onlara qarşı irəli sürdüyü “əsas fakt” ünvan 9 ünvanda tikilmiş, hazırda 831 nömrəsi ilə qeydə alınmış mənzilin guya cavabdehə mənsub olmasıdır. 1989-cu ildən ayrılmış və evləndiyi gündən başqa mənzildə kirayə yaşamışdır. 1992-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkün düşərkən kirayə yaşadığı M.Əzizbəyov küçəsindən ailəsi ilə (həyat yoldaşı və qızıyla) Bakı şəhərinə köçmüşdür. Həmin zaman valideynləri ilə birlikdə onun iki qardaşı və bir bacısı yaşayırdı. Həmin ev onlara məxsusdur. Cavabdeh isə ailəsi ilə üç il idi ki, mənzil növbəsində qeydə alınmışdı. Laçın şəhərində tikiləcək növbəti binadan ona iki otaqlı mənzil verilməsi planlaşdırılmışdı. Dövlət Arxiv idarəsinə müraciət etmişdir. Laçın şəhər XDS İcraiyyə Komitəsinin mənzil növbəsinin adlı siyahısını əldə edən kimi məhkəməyə təqdim edəcəyini bildirmişdir. Bakı şəhərində köçkünlük zamanı o, Sabunçu rayonu Bakıxanov qəsəbəsində X8 yataqxanasında (R.Qənbərov 4) bir otaqda məskunlaşmışdır. Valideynləri isə Qaradağ rayonu Səngəçal qəsəbəsində məskunlaşmışlar. Qaçqınların və X7 üzrə Dövlət Komitəsi nəyə əsasən Laçın şəhərində tikilmiş 831 saylı mənzilin əsl sahiblərinə yox, heç bir aidiyyatı olmadığı halda məhz ona vermək cəhdləri başa düşülən deyil. Əslində cənab X11 tapşırığına uyğun olaraq köçkün əhali arasında könüllü qayıdış proqramı üzrə geniş sorğu keçirilmişdir. Sorğunun nəticəsi olaraq qayıtmaq arzusu olan ailə başçıları ilə xüsusi protokollar tərtib edilmiş, imzalandıqdan sonra protokol-müqavilə sinədə tutulmaq şərti ilə sübut üçün vətəndaşların fotoşəkilləri çəkilmişdir. Həmin imzalanmış müqavilələrə əsasən işğaldan azad olunmuş ərazilərdə mənzillər tikilmişdir. Cavabdeh ailə başçısı olaraq belə bir sorğuda iştirak etməmiş, heç bir sənəd imzalamamış və üzərinə heç bir hüquqi öhdəlik götürməmişdir. Hal-hazırda da Qarabağ və Şərqi Zəngəzura qayıtmaq istəyən keçmiş məcburi köçkünlərlə belə protokol-müqavilənin imzalanması əsas şərtdir. Hal-hazırda məskunlaşdıqları mənzil onlara Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, X18 Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə verilmişdir. Mövcud durum haqqında cavabdehə kömək etməsi üçün Mehriban xanıma Əliyevaya müraciət etmişdir. Bu evə altı nəfərlik ailələrinin çox böyük ehtiyacı var. Bildirmişdir ki, onun altmış iki illik həyatı dövlətçiliyə və Ulu Öndərin layiqli davamçısı olan Cənab X11 siyasətinin təbliğinə həsr edilib. İyirmi ildən çoxdur 121 saylı Laçın DSK-nın 09 saylı Məntəqə Seçki Komissiyasının sədridir, şair-dramaturq kimi dövlətçiliyimizi, möhtəşəm qələbəmizi tərənnüm edən əsərlərin müəllifidir, Ulu Öndər H. Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Dahilərin görüşü” əsəri yüksək səviyyədə Naxçıvan şəhərində nümayiş etdirilmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) 2(011)-1658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ona deyil, əslində qardaşına ayrılmalı olduğunu və ya evin yararsız vəziyyətdə lay ihələndirildiyi bildirsə də, bu halı inzibati icraat qaydasında mübahisələndirməmişdir.
14. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Buna görə də hazırkı qətnamə cavabdehin və ailə üzvlərin konstitusion hüququ olan azadlıq hüququnu məhdudlaşdırılması, yəni ki, iradəsinə zidd olaraq yaşayış sahəsi seçilməsi kimi başa düşülməməlidir. Göründüyü kimi iddia tələbi cavabdeh ilə iddiaçı arasında kirayə müqaviləsinin ləğv edilməsi və kirayəçi və onun ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı isə xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini hüquqi əsasları mövcud olduğu müəyyən edilmişdir. Odur ki, ünvan 6 ünvanında yerləşən 1 nömrəli evin 520 nömrəli mənzilinə dair xx.xx.2018-ci il tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında ləğv edildiyindən və mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşamaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 həmin mənzildən çıxarılmalı və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbayca n Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83.0.2, 91.2, 96, 91.1.6, 68.1 və 102.1-ci; “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 217.4, 218.3, 233 və 360-cı maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 9 ünvanda tikilmiş, hazırda 831 nömrəsi ilə qeydə alınmış mənzil işğaldan əvvəl mərhum atası və anası X1 və X6 birgə nikah dövründə əldə edib yaşadıqları yaşayış evi olmuşdur. Hazırda həmin şəxslərin övladları olan X2 adlı böyük qardaşı, ata və anasının vəfatından sonra dünyasını dəyişmiş X3 adlı (onun X13 və X10 adlı övladları var) bacısı, X4 adlı kiçik qardaşı var. Yuxarıda adları çəkilən şəxslər birinci dərəcəli varisdirlər və iddiaçı orqan həmin şəxslərin həmin mülkdən vərəsəliklə alacaqları bərabər paylardan imtina edib-etmədiklərini dəqiqləşdirməmiş, tək bir bildirişlə tələm-tələsik işi həll etmək niyyətindədir. Lakin 6 nəfər ailə üzvü ilə 82 kv.m-lik bir evin 4 varis arasında bölüşdükdən sonra qalacaq 20.5 kv.m-lik sahədə necə yaşayacağını nəzərə alan yoxdur. Məhkəmə sübutları araşdırarkən cavabdehin təqdim etdiyi 1992-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkün düşərkən Laçın şəhərin də kirayə yaşadığı barədə izahatına, həmin vaxtlar artıq ailəsi lə birlikdə 3 il mənzil növbəsində qeydə alınması barədə sübutlara, Laçın şəhərində tikiləcək növbəti binadan ona iki otaqlı mənzil verilməsi planlaşdırılması barədə izahatına və digər sənədlərə qiymət vermədən mübahisəsiz hal kimi həmin evin cavabdehə verildiyini qeyd etmişdir. Qətnamənin 7-ci səhifəsinin 10-cu abzasında qeyd edilmişdir ki, 2018-ci ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasına ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir. Lakin qanunveric ilikdə bu belə deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Xüsusi təyinatlı sosial kirayə müqaviləsinin birtipli formasının heç bir bəndində belə yazılmamış, səlahiyyətli məhkəmə tərəfindən şərh edilməmişdir. Ümumiyyətlə hesab edir ki, məhkəmə onun tam hüquqla mənzil əldə etməyi nəticəsinə gələrkən Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 386-cı maddəsinin tələblərini pozmuşdur. Qətnamənin 7-ci səhifəsinin 3-cü abzasında qeyd edilmişdir ki, ”Mübahisəsiz şəkildə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi dövlət tərəfindən bərpa edilərək, Cavabdeh1 ayrılmışdır.” Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departa menti inzibati orqanlar kateqoriyasına aiddir və və həmin mənzilin cavabdehə ayrılması barədə heç bir inzibati qərar yoxdur. Bildiriş isə sadəcə məlumat xarakteri daşıyır və heç bir normativ aktın tələblərinə cavab verən sənəd növü deyildir. Beləliklə də, Laçın şəhəri, N.Nərimanov rayonu, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız ona ayrılması barədə heç bir normativ aktın mövcud olmamasına baxmayaraq məhkəmə həmin evin cavabdeh üçün ayrılması, həm də mübahisəsiz olaraq ayrılması qərarına gəlmişdir. Bir daha bildirir ki, Laçın şəhəri, N.Nərimanov rayonu, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin tam bərpa edilməsi (Bu hal Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad ed ilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na müvafiq həyata keçirilsə belə) həmin fərdi evin cavabdehə verilməsi demək deyildir. Bu barədə heç bir inzibati qərarın olmaması faktı iş üçün əhəmiyyətli olan hall kimi müəyyən etməmişdir. Laçın şəhəri işğal edilərkən cavabdeh mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi mənzil növbəsində uçota alınmışdır. Bu uçota alınma həmin vaxt qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının (məhkəmənin nəzərinə onu da çatdırır ki, hazırki dövrdə də mənzil növbəliliyi qaydaları təsdiq edilmədiyi üçün bu qaydalardan hüquqi əsas kimi istifadə olunur) tələbləri əsasında aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad edərək qeyd etmişdir ki, göründüyü kimi o, mənzil qanunvericiliyinə əsasən mənzil əldə etməmişdir. Dövlət cavabdehə növbəlilik əsasında mənzil verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş və iddiaçı ilə onun arasında bağlanmış 2018-ci il 15 yanvar tarixli 520 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 5.7.3-cü maddəsinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrıca təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər hissəsi hazırki iddia tələbinə tətbiq edilə bilməz.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.T.Axundova – sədrlik edən və məruzəçi, C.C.Musayeva və F.H.Qasımov) 2(103)-2670/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məcburi köçkünlərin 2022-2026-cı illər ərzində işğaldan azad edilmiş ərazilərə mərhə ləli şəkildə köçürülməsi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nda nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin hər bir məcburi köçkünə münasibətdə ayrıca qərar qəbul edilməsi zərurəti müəyyən olunmur.
20. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, hazırki istifadəsində olan mənzil ona növbəlilik əsasında verilmədiyindən iddia təmin edilə bilməz.
21. Bununla bağlı kollegiya qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 1312 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X9, Cava bdeh5 və Cavabdeh4 ünvan 4 ünvanında Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.
22. Mənzil Məcəlləsinin 107-ci maddəsi ilə müəyyən edilir ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” 1.4-cü bəndində qeyd edilir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 24. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxili ndə köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: -əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; -bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
25. Həmin Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasın ın Qaçqınların və X7 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ) tərəfindən həyata keçirilir. 26. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur.
27. Qeyd edilən normaların təhlili belə nəticə gə lməyə əsas verir ki, məcburi köçkünlə xüsusi təyinatlı yaşayış sahəsinə dair bağlanmış müqavilə müvəqqəti bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti məcburi köçkünün daimi yaşayış sahəsi əldə edərək bu statusu itirdiyi günədək müəyyən edilmişdir.
28. Mülki Məcəllənin 689.1-ci maddəsində müqavilənin bağlandığı müddətin bitməsi kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi əsası kimi nəzərdə tutulmuşdur.
29. Apellyasiya şikayətinin digər dəlili odur ki, 6 nəfər ailə üzvü ilə 82 kv.m-lik bir evin 4 varis arasında bölüşdükdən sonra qalacaq 20.5 kv.m-lik sahədə necə yaşayacağını nəzərə alan yoxdur.
30. Kollegiya qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli bildiriş Cavabdeh1 ünvanlanmış, Laçın rayonu, Laçın şəhəri ünvanında bərpa edilən 831 kodlu evə daimi yaşayış üçün köçürü ləcəyi qeyd olunmuşdur. Hazırda məhkəmənin araşdırma predmeti Cavabdeh1 və onun ailə üzvlərinin Laçın şəhərində daimi yaşayış sahəsi əldə etməsi ilə əlaqədar onunla bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsidir.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 689.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.2, 96, 98.1, 98.2, 107, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14, 17-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillə ri
32. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə hazırkı məsələ ilə bağlı bildiirş göndərilməsinin kifayət olmasını, qərar qəbul edilməsinə zərurət olmamasını qeyd etmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramında sözügedən məsələnin iddiaçı orqana tapşırılması onun qanunun müddəalarını pozmaqla hərəkət etməsinə əsas deyildir. Heç bir dövlət proqramında qeyd edilmir ki, icrası tapşırılan orqan qanunun tələblərini pozmaqla hərə kət etsin. Məhkəmə bununla da, qanunu səhv təfsir etmiş və bizim hüququmuzu pozan qətnamə qəbul etmişdir. Belə ki, ”İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəalarıAzərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
34. Bundan əlavə, iddiaçı tərəf Laçın rayonunda inşa edilmiş evin cavabdehə rəsmi qaydada veriməsinə da ir heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. Məhkəmə isə sadəcə evin fotoşəkillərini sübut qismində qiymətləndirmişdir. Halbuki ev rəsmi qaydada təhvil verilməmiş, bu barədə cavabdeh heç bir sənəd imzalamamışdır.
35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
38. Maddə 1.2. Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxa lq müqavilələrdən ibarətdir.
39. Maddə
96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
40. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
41. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri b u Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
42. Maddə
107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu
43. Maddə
14. Qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir: -əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; -bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
44. Maddə
17. Qaçqının və məcburi köçkünün (ölkə daxil ində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
45. Maddə
3. Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtmas ı üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının bağlamış olduğu xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv etməsi üçün qanuni əsaslar müəyyən edilmişdir. Məhkəmə həmin əsasların işin müəyyən edilmiş hansı faktiki hallarından irəli gəldiyini ətraflı göstərmişdir.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsi nin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil et mir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 03 iyul 2025ci il tarixli, 2(103)-2670/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.