Məhkəmə qərarları › İş №2(002)-3349/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3349/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3349/2025 29.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 16 oktyabr 2019-cu il tarixli 17/10 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-park 2” yaşayış kompleksinin 17 saylı binanın 10 nömrəli mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 16 oktyabr 2019-cu il tarixli 17/10 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ila "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilmesi QAYDASİ"-təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdinlməsi fondunun yaşayış sahələrının verilməsi qaydasını müəyyən edir.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcbur köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçun alınaraq xususi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 uzrə Dövlət Komitəsinin (bundan sonra Komito) qərarı ilə həyata keçirilir Komitə Nazirlər Kabinetinin 65 saylı Qəranı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinın müvəqqəti verilməsını həyata keçirir Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkunlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə venir ve yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 uzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 16 oktyabr 2019-cu il tarixli 17/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində qızının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-park 2” yaşayış kompleksinin 17 saylı binanın 10 nömrəli mənzil ilə təmin edilmişdir. Sonradan Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh 10 nömrəli mənzildə yaşamadığı və mənzili kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. (bu barədə aktlar əlavə olunur). Sahə rəisi tərəfindən köçkün Cavabdeh 10 nömrəli mənzildə yaşamadığlarını və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirililərək mənzildə yaşayışlarını bərpa etməyəcəkləri təqdirdə kirayə müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır."Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ"-nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. İddiaçının nümayəndəsi məhkəməyəyə ərizə göndərərk, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında mənzilin kommunal xərcləri ilə bağlı bildirşlərini və ödəniş qəbzlərini təqdim edərək, bildirir ki, həmin evdə yaşayış olmasa son bir ayda təkcə su pulu üçün 40 manat bildiriş gəlməzdi. Olur arada oğlugilə gedib gəlir, hərdən qalırda, çünki oğlu məhkumdur, nəvələrinin qayğısına qalmaq üçün onlara tez tez baş çəkir.Evdə həmçinin qaz xətti də var.Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2019-cu il tarixli 17/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-park 2” yaşayış kompleksinin 17 saylı binanın 10 nömrəli 1 otaqlı mənzili cavabdehə kirayəyə verilmişdir. İş materiallarına əlavə edilmiş müxtəlif tarixli xəbərdarlıqlardan görünür ki , Cavabdeh Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park-2 yaşayış kompleksi bina-17, mənzil-10 ünvanında müvəqqəti qeydiyyatda olduğunuz ünvanda yaşamırsınız. Dəfələrlə mənzilə baxış keçirilsədə qapını açan olmayıb.Nəzərinizə çatdırırıq ki, qısa müddətdə sözügedən mənzildə yaşayışınızı təmin etməsəniz Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən müqavilənin ləğv olunması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. İş materiallarına əlavə edilmiş Lökbatan MKİS-in müxtəlif tarixli aktlarından görünür ki, aktlar tərtib edilir ona görə ki, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansında olan Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park-2, bina-17, mənzil-10 kirayə müqaviləsi ilə ailə üzvlərinin yaşayış şəraitinin Cavabdeh yaxşılaşdırılması üçün verilmiş mənzilə növbəti dəfə baxış zamanı mənzildə yaşayış olmadığı müəyyən edilmiş və qapıya xəbərdarlıq yapışdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park-2, bina-17, mənzil-10 ünvanı üzrə abonent saldosundan görünür ki, 2018-2025-ci illər aralığında işıq sərfiyyatına görə 366 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2025-ci il tarixə müvafiq ünvan üzrə işıq sərfiyyatına görə 2 manat, su sərfiyyatın görə isə 41 manat hesablanmasına dair bildirişlər yazılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəlləsinin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Eyni zamanda tərəflər arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7-ci və 5.7.1 maddələrinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ilə cavabdeh X5 arasında 16 oktyabr 2019-cu il tarixli 17/10 nömrəli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqaviləyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-park 2” yaşayış kompleksinin 17 saylı binanın 10 nömrəli 1 otaqlı yaşayış sahəsi cavabdehin yaşaması üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı cavabdehin onun istifadəsinə verilmiş müvafiq mənzildə yaşamaması halını əsas gətirərək, qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlə aralarında bağlanılmış müvafiq kirayə müqaviləsinin ləğv edilməsi və onların mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə hazırki iddia tələbinə dair ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutemə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halları, yəni cavabdehin həmin mənzildə daimi yaşamaması və başqa şəxslərə kirayə verilməsi halını sübut etməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halların təsdiq olunmasına dair sübut qismində müvafiq Mənzil İstismar İdarəsi tərəfindən tərtib edilmiş aktlara istinad etmişdir. Məhkəmə iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş müvafiq aktlarla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin akt cavabdehin mübahisə predmeti olan mənzildə daimi yaşamaması və mənzilin boş olması halını təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin aktda cavabdehin evinə dəfələrlə gedilsə də, həmin mənzildə yaşamaması, boş saxladığı qeyd olunmuşdur. Bu hal isə özlüyündə həmin aktın formal olaraq tərtib edilməsi, ümumi sözlərlə ifadə edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Digər tərəfdən isə məhkəmə hesab edir ki, müvafiq Mənzil İstismar İdarəsinin həmin mənzilə gedərkən, cavabdehin həmin mənzildə olmaması, cavabdehlərin həmin mənzildə daimi yaşamaması kimi qiymətləndirilməsinə əsas vermir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş müvafiq akt iddia tələbinin əsası kimi istinad edlən halları birbaşa təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən isə həmin hallara dair başqa hər hansı mötəbər sübut (cavabdehlərlə başqa şəxslər arasında bağlanılmış kirayə müqaviləsi və sair) məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh X1 məhkəməyə təqdim etdiyi son tarixlərə dair kommunal ödənişlər üzrə bildirişlər halını göstərmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin verdiyi izahatından aydın olur ki, cavabdehlər həmin mənzildə yaşayır. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehin mübahisə predmeti olan mənzili müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə tərk etməsi, yaşamaması halını müəyyən etmək mümükün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, müvafiq qanunvericilikdə xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin kirayə verənin tələbi ilə ləğv edilməsinin əsasları dəqiq və birmənalı şəkildə ifadə edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hazırki iş üzrə mənzil qanunvericiliyində kirayə verənin tələbi ilə kirayə müqaviləsinin ləğv edilməsinə səbəb olan əsaslara dair heç bir hal aşkar eidlməmişdir. Bu halda,məhkəmə qeyd olunan halları əsas götürərək, mənzil qanunvericiliyinin tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 16 oktyabr 2019-cu il tarixli 17/10 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 16 oktyabr 2019-cu il tarixli 17/10 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbi təmin olunmasın. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar