Məhkəmə qərarları › İş №2(002)-3342/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3342/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3342/2025 06.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 (Mehdi) Səlim oğluna, Cavabdeh2 (Sahibə) İsrafil qızına, Cavabdeh5, Cavabdeh3 Mehman qızına və Cavabdeh4 qarşı «18 noyabr 2013-cü il tarixli 3/59 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 (Mehdi) Səlim oğluna, Cavabdeh2 (Sahibə) İsrafil qızına, Cavabdeh5, Cavabdeh3 Mehman qızına və Cavabdeh4 qarşı «18 noyabr 2013-cü il tarixli 3/59 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 3 nömrəli evin 59 nömrəli 3 otaqlı mənzilinə dair 18 noyabr 2013-cü il tarixli 3/59 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh1 (Mehdi) Səlim oğlunun, Cavabdeh2 (Sahibə) İsrafil qızının, Cavabdeh5, Cavabdeh3 Mehman qızının və Cavabdeh4 3/59 nömrəli mənzildən çıxarılması və 3/59 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 18 noyabr 2013-cü il tarixli 3/59 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 (Mehdi) Səlim oğlu ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 3 nömrəli binada 59 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan, Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1 (Mehdi) Səlim oğlunun, Cavabdeh2 (Sahibə) İsrafil qızının, Cavabdeh5, Cavabdeh3 Mehman qızının və Cavabdeh4 3/59 nömrəli mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə aktlar tərtib edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 (Mehdi) Səlim oğluna və ailə üzvlərinə 3/59 nömrəli mənzildə yaşamadıqları və mənzili başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək mənzildə yaşayışlarını bərpa etməyəcəkləri təqdirdə kirayə müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 (Mehdi) Səlim oğlunun, Cavabdeh2 (Sahibə) İsrafil qızının, Cavabdeh5, Cavabdeh3 Mehman qızının və Cavabdeh4 mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan cavabdehlərə verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı kirayə müqaviləsinin şərtlərinə istinad edən iddiaçı qeyd etmişdir ki, Cavabdeh1 (Mehdi) oğlunun və ailə üzvlərinin həmin mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Öncəki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil məkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mənzildən təyinatı üzrə yalnız cavabdehlər özləri istifadə edirlər. Dövlətin cavabdehlərə verdiyi mənzildən başqa sonuncuların digər mənzilləri, evləri, yaşayış sahələri yoxdur. Cavabdehlər həmişə mənzildə olurlar. Hamı kimi cavabdehlər də gündəlik qayğıları ilə məşğul olur, işə, dərsə, dükan-bazara, qohum-qardaş gilə qonaq və s. gedib-gəlirlər. Yalnız həmin vaxtlarda cavabdehlər evdə olmaya bilərlər. Qalan vaxtlarda cavabdehlər həmişə evdə olurlar. Mənzildə cavabdehlərdən başqa heç kim yaşamır. Cavabdehlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və s. kommunal xərclərin hesabatı var. Məhkəməyə təqdim edə bilər. Cavabdehlərin mənzildən təyinatı üzrə istifadə etdiklərini qonşular da təsdiq edə bilərlər. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsinin izahatını dinləyib, mənzilə yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 3/59 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 3 saylı evin 3 otaqlı 59 saylı mənzili 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və 3 övladı) Cavabdeh1 (Mehdi) Səlim oğluna kirayə verilmişdir. İddiaçı tərəf cavabdehlərin həmin mənzildə yaşamadığını, mənzilin başqa şəxslərə kirayə verildiyini bildirərək, iş materiallarına əlavə edilmiş aktlara (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli) istinad edib, cavabdehlərə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubları göndərmiş, sonradan hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Mənzilə məhkəmə tərəfindən yerində baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Yerində baxış zamanı müəyyən edildi ki, cavabdehlər iddia ərizəsində qeyd edilən mənzildə davamlı şəkildə yaşayırlar. Mənzildə kənar şəxslər yoxdur. Mənzildə həmişə yaşayış var deyə, mənzildən özünəməxsus qoxu gəlir (mətbəxdən yemək bişirilməsi ilə əlaqədar, digər otaqlardan ətir və s.). Mənzil təmiz və səliqəlidir. Mənzildə yaşayış olmamasını təsdiq edən əlamətlər (toz, hörümçək toru və s. bu kimi), eləcə də, mənzildən kənar şəxslərin istifadəsini təsdiq edən əlamətlər (kənar şəxslərə məxsus əşyalar, paltar, digər gözə çarpmalı olan ləvazimatlar və s.) müşahidə olunmur. Cavabdehlərə məxsus fərdi əşyalar və paltarlar, ayaqqabılar mənzildə yerləşir. Mənzilə baxış keçirilərkən cavabdehlərdən bir neçə nəfəri mənzildə olmaqla, ev paltarlarındadırlar. Yerində baxışla əlaqədar 5-10 dəqiqəlik gəlməmişlər, çölə çıxanda geyindikləri paltarlarda deyillər. Mənzilin bütün otaqlarına nəzər yetirildi. Mətbəxdə olan dolaba baxış keçirilərkən müəyyən edildi ki, orada gündəlik tələbat malları var. Adətən mənzil kirayə verilərkən (rəsmi və ya qeyri-rəsmi şəkildə) kənar şəxsin (şəxslərin) mənzildən istifadə etməsi bilinir. Kirayəçilər səliqəli olmurlar, mənzil özlərininki olmur deyə, səliqə-səhmana, əşyalarla ehtiyatla davranmağa elə də fikir vermirlər. Özləri ilə fəsillərə uyğun geyimlər, ayaqqabı, çətir və s. gətirirlər. Mənzilin otaqlarında, dolabda və s. saxlanc kimi istifadə oluna biləcək yerlərdə ailə üzvlərinə məxsus olmayan kənar əşya, paltar və s. müşahidə olunmur. Əşyalardan səliqəli istifadə olunur. Sanitar qovşaq, hamam təmizdir. Ailə üzvlərinin sayından çox diş fırçası müşahidə olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər iddia ərizəsində qeyd olunan mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edirlər. İnsanın gündəlik qayğıları, əmək fəaliyyəti və s. ilə bağlı (əmək fəaliyyəti, təhsil, hər hansı mərasim, gəzinti, qonaq getmək, dükan və bazarda olmaq və s.) mənzildə olmadıqları vaxt kəsimləri nəzərə alınmasa, qalan vaxtlarda daim mənzildə yaşayırlar, mənzildən təyinatı üzrə istifadə edirlər. Cavabdehlərin mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yerləri yoxdur. 2013-cü ildən indiyə qədər dövlətin onlara icarəyə verdiyi mənzildən istifadə edirlər. Mənzil cavabdehlər tərəfindən başqa şəxslərə kirayə verilməmiş, digər şəxslər mənzilinə hər hansı ad altında buraxılmamışdır. İşin faktiki hallarından göründüyü kimi, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 (Mehdi) Səlim oğluna, Cavabdeh2 (Sahibə) İsrafil qızına, Cavabdeh5, Cavabdeh3 Mehman qızına və Cavabdeh4 qarşı «18 noyabr 2013-cü il tarixli 3/59 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 (Mehdi) Səlim oğluna, Cavabdeh2 (Sahibə) İsrafil qızına, Cavabdeh5, Cavabdeh3 Mehman qızına və Cavabdeh4 qarşı «18 noyabr 2013-cü il tarixli 3/59 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar