Məhkəmə qərarları › İş №2(002)-3347/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3347/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3347/2025 14.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı 27 iyul 2015-ci il tarixli “14/4” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Cavabdeh istifadəsinə venlmiş Bakı şəhərı. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binada 4 nömrəli 1 otaqlı mənzilə dair 27 iyul 2015-ci il tarixli 14/4" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinın kirayə müqaviləsi ləğv edilməsi və Cavabdeh 14/4" nömrəli mənzildən çıxarılsın və "14/4 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 uzre Dovlat Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh Baxşayış qızına qary 20 2015-ci il tarixli "14/4" nömrəli "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilmes mənzildən çıxarılması" tələbi ilə bağlı bildiririk ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilmasi QAYDASİ"təsdiq edilmişdir. Bu Qayda məcburi köçkunlərin muvəqqəti yerləşdiılması fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qisminda mecoun köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilara həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xusus təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Hamın yasayış sahələrinin venimas Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitesinin foundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olurmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış meco köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir Əlavə olaraq bildiririk ki Komita məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdır ki, bəzi məcbun köçkunlar onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzillərı kıraya verir və yaxud umumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 27 iyul 2015-ci il tarixli 14/4 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Əsgərova X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Musfiqabad qəsəbəsi 14 saylı binada 4 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir.Sonradan Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh, 14/4 nömrəli mənzilca yaşamadığı və mənzili kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. (bu barədə xx.xx.2025 xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il aktlar əlavə ounur).Sahə rəisi tərəfindən Cavabdeh 14/4 nömrəli mənzildə yaşamadığı və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bidilərək ona mənzildə yaşayışın bərpa etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğvi barə məhkəməyə müraiət edəcəyini barə xəbərdarlıq edilsə sə nəticə verməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mənzili cavabdehə dövlət yaşayış üçün verib. Kənar şəxslərin evdə yaşamaması müqavilədə də qeyd olunur. Amma hazırda evdə başqa şəxslər kirayəçi qalırlar. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və idida tələbinin təmin edilməısini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 27 iyul 2015-ci il tarixli “14/4” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binada 4 nömrəli 1 otaqlı mənzil ona kirayəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Müşfiqabad qəsəbəsi MKİS-in müxtəlif tarixli aktlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında Qaradağ rayon Müşfiqabad qəsəbəsi Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi tərəfindən uzun müddətli icarəyə götürülmüşdür. Qəsəbə ərazisində olan bütün yaşayış və qeyri yaşayış obyektləri Dövlətqaçqınkomun balansında olmaqla dövlət mülkiyyəti sayılır. Dövlət Mülkiyyətində olan mənzillərin hər hansı şəxslər tərəfindən alqı satqısı, bağışlanması, kirayə verilməsi, zəbt edilməsi qəti qadağan olunmuşdur. 14 saylı binanın 4 saylı mənzilini Laçın rayonundan məcburi köçkün Cavabdeh qeyri qanuni yolla kirayə vermişdir. Yuxarıda qeyd edilənlər dəfələrlə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıq edilərək nəzərinə çatdırılsa da bu qanun pozuntusunu aradan qaldırılmasını təmin etməmişdilər. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, sahə rəisi tərəfindən Cavabdeh 14/4 nömrəli mənzildə yaşamadığı və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bidilərək ona mənzildə yaşayışın bərpa etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğvi barə məhkəməyə müraiət edəcəyini barə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli iş üzrə keçirilmiş yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binada 4 nömrəli mənzilə yerli baxış zamanı qapı nə qədaər döyülsə də qapını açan olmadı. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında 07 iyul 2015ci il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqvailəyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binada 4 nömrəli 1 otaqlı mənzil cavabdehin yaşaması üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı cavabdehin onun istifadəsinə verilmiş müvafiq mənzildə yaşamaması, qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlə aralarında bağlanılmış müvafiq kirayə müqaviləsinin ləğv edilməsi və onların mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəlləsinin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Eyni zamanda tərəflər arasında bağlanmış 07 iyul 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7-ci və 5.7.1 maddələrinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Yeli baxış protokolu, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin ünvanən göndərilmiş məhkəmə bildirişlərinin(bu ünvanda yaşamır qeydli xəbərnamə ilə) geri qayıtması, həmçinin, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin cavabdehlərin onların istifadəsinə verilmiş mənzildə yaşamadıqlarına dair tərtib edilmiş aktları təsdiq edir ki, cavabdeh mübahisəli mənzildə yaşamır. Bununla da, cavabdeh tərəfindən həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtləri pozulmuşdur. Bu hal isə öz növbəsində həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və cavabdehin həmin mənzildən çıxarılması üçün əsasdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, mənzil qanunveriicliyinin normalarını rəhbər tutaraq, cavabdeh tərəfindən ona verilmiş yaşayış sahəsindən müqaviləninin şərtlərini pozaraq, onun təyinatına uyğun istifadə etməməsi (həmin mənzildə daimi faktiki olaraq yaşamaması) halının aşkar edildiyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, Müvafiq Müqavilənin tələblərinə əsasən kirayəçi ona verilmiş yaşayış sahəsində faktiki yaşamırsa və ya onu başqasına verirsə, bu hal həmin evin boşaldılması və həmin evin daha çox ehtiyacı olan başqa məcburi köçkün ailəsinin müvəqqəti istifadəsinə verilməsi üçün əsas olduğu qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 27 iyul 2015-ci il tarixli “14/4” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməli və və cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binanın 4 nömrəli 1 otaqlı mənzilindən çıxarılmalı və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binanın 4 nömrəli 1 otaqlı mənzil iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 27 iyul 2015-ci il tarixli “14/4” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binanın 4 nömrəli 1 otaqlı mənzilindən çıxarılsın. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 14 saylı binanın 4 nömrəli 1 otaqlı mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar