Məhkəmə qərarları › İş №2(002)-1411/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1411/2024

11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1411/2024 11.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Ərizəçi Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "X4 1 Saylı Bakı Ərazi İdarəsinə və Maraqlı şəxs3 qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında qeyd edir ki, mənzilin nömrəsi orderdə düz yazılıb, lakin protokolda isə mənzilin nömrəsi 2 olduğu halda 3 kimi qeyd olunmuşdur. Həmin onun atasının adına verilmişdir, hazırda onun özü də həmin evdə yaşayır, şəxsiyyət vəsiqəsində də həmin ünvanda,yəni mənzil 2-də qeydiyyatdadır. Hazırda ərizəni verməkdə məqsədi mənzili özəlləşdirmək istəyərkən aşkar olunmuş nöqsanlar olmuşdur.Sənədləri Əzizbəyov rayonu (indiki Xəzər rayonu) versə də, həmin vaxt Qaradağın adı başqa cür olmuşdur. Həmçinin ərizə təqdim edərək, iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 izahatında bildirir ki, protokolda Həmidov Həmidin adı qeyd olunmadığından nöqsanı aradan qaldırmaqdan imtina etmişdilər. Eyni zamanda əlavə edir ki, ərizəçinin baxılmamış saxlanması ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "X4 1 Saylı Bakı Ərazi İdarəsinə və Maraqlı şəxs3 qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar