Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1489/2022 29.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 03 dekabr 2020-ci il tarixli MAS-3050 saylı “Daxili lizinq müqaviləsinin ləğv edilməsi; Cavabdeh 03 dekabr 2020-ci il tarixli MAS-3050 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 yanvar 2022-ci il tarixə 1043.92 manat gecikdirilmiş əsas, 487.99 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 589.39 manat dəbbə pulu,1300 manat dəymiş zərər, ümumilikdə 54.62 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış03 dekabr 2020-ci İİ tarixli MAS-3050 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minikmarkalı, **-PF-*** dövlət qeydiyyatnişanlı,VAW01HHFLE220113bannömrəli,qara rəngli avtomobil 11230 manat məbləğinə İddiaçı MMCninmülkiyyətinəalınmış və sifarişçinin müvəqqəti sahibik və istifadəsinə verilmişdir. “Daxili lizinqmüqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 17 % hesablanmaqla 38 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.21 manat, ümumilikdə isə 14600 manat məbləğində pulu İddiaçı MMC-nin hesabınaödəməyiöhdəsinəgötürmüşdür.Ödənilməli olan ümumilikdə 14600 manatın 11230 manatı əsas məbləğ təşkil edir. 12 may 2021-ci il tarixdə X4, Cavabdeh Umudəli oğlu və İddiaçı MMC arasında MAS-3050 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 03 dekabr 2020-ci il tarixli MAS-3050 saylı“Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 yanvar 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzitərəfindəntərtibolunmuşqüsuraktınaəsasən avtomobilə 1300 manat dəyərində ziyan dəymişdir. CavabdehUmudəlioğlutərəfindənlizinqşirkətinəsonuncuödəniş29 sentyabr 2021-ci il tarixdə 1270 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 03 dekabr 2020-ci il tarixli MAS-3050 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 yanvar 2022-ci il tarixə 1043.92 manat gecikdirilmiş əsas, 487.99 manat gecikdirilmişmükafat,589.39manatdəbbəpulu, ümumilikdə 2121.30 manat gecikmə borcu yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, lizinq obyekti olan əmlakın cavabdeh tərəfindən onlara geri qaytarıldığını, avtomobilə 1300 manat maddi ziyan vurulduğunu, bundan əlavə lizinq ödənişlərini da avtomobilin təhvil alındığı tarixədək olan müddət üçün ödənilmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş MAS-3050 saylı 03 dekabr 2020-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X4 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə 38 ay müddətinə lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini ötürülməsi haqqında müqavilənin məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəlikləri və hüquqları Cavabdeh ötürülmüşdür. İş materiallarından görünür ki, lizinq obyekti üzərində mülkiyyət hüququ müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq verəndə qalır (Müqavilənin 2.1.-ci bəndi). İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh lizing müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 1043.92 manat, mükafat borcu üzrə 487.99 manat, cərimə borcu üzrə 589.39 manat, cəmi 2121.30 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli 065 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, lizinq alanla İddiaçı MMC arasında imzalanmış MAS-3050 saylı daxili lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqaviilənin 9-cu bəndini rəhbər tutaraq birtərəfli qaydada ləğv ediləcəyi, lizinq obyekti və yaranmış borcu məhkəmə qaydasında tələb ediləcəyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 3 saylı Əlavənin məzmunundan aydın olur ki, lizinq alan 16700 manat məbləğində pul vəsaitini illik 17 % olmaqla, 38 ay müddətində hər ay 384.21 manat ödəməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 1№ li Əlavənin məzmunundan aydın olur ki, xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən əldə olunan əmlakın adı “KHazarSD” markalı minik maşını, dəyəri 11230 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, lizinq obyekti qimsində çıxış edən əmlak lizinq alan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan qüsur aktının məzmunundan görünür ki,”Khazar SD” minik markalı,**-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1300 manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh tərəfindən “KHazarSD” markalı minik markalı, 99PF511 dövlət qeydiyyat nömrə nişanlı maşın iddiaçıya təhvil almış və həmin avtomobil xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Göründüyü kimi tərəflər arasında daxili lizinq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lzinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748.2.9-cu maddəsinə əsasən lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği lizinq müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.6-ci maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinin əsas məbləğini 11230 manat təşkil etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində 38 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 384.21 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir, müqavilə şərtləri pozlumuşdur. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh lizinq obyektini xx.xx.2021-ci ildə təhvil almış, xx.xx.2022-ci ildə təhvil verilmişdir. Cavabdehin müqavilə üzrə xx.xx.2022-ci il tarixədək olan borcunun məbləği əsas borc üzrə 1043,92 manat, mükafat borcu üzrə 487,99 manat təşkil edir. Bu halda, məhkəmə cavabdeh tərəfindən ödənilməli olan lizinq öədnişlərini həm əsas, həm də mükafat üzrə məbləğini nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas və mükfata borcunun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən MM-nin 423.2-ci maddəsinin tələbinə riayət edildiyindən, iddia tələbi qeyd edilən hissədə də təimin edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hazırki iş üzrə lizinq müqaviləsi üzrə lizinq ödənişinin məbləğini əsas götürərək, hesab edir ki, müqavilə üzrə dəbbə pulu məbləği azaldılmalı, 150 manat məbləğində müəyyən edilməli, qeyd eidlən hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin əmlaka vurulmuş ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, məhkəmədə tədqiq edilmiş sənədlər (qüsur aktı) əsasında lizinq obyektinə vurulmuş ziyanın məbləğinin 1300 manat olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halla bağlı heç bir etiraz ərizəsi məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, qeyd edilən hal məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı əsas götürülməklə, müəyyən edilməsi məqsədəmüvafiqdir. Bu halda, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə lizinq obyektinin korlanması, zədələnməsi riski əmlak lizinq alana təhvil verildiyi andan liziq alana keçdiyindən, iddia tələbi qeyd edilən hissədə də təmin eidlməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 54.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 54,62 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq, 49,81 manat məbləğində hissəsi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə uyğun olaraq 03 dekabr 2020-ci il tarixli MAS-3050 saylı Daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə uyğun olaraq xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən yaranmış 1043.92 manat məbləğində əsas borc, 487.99 manat məbləğində lizinq mükafatı borcu, 150.00 manat məbləğində cərimə borcu,1300 manat məbləğində dəymiş maddi ziyan olmaqla, cəmi 2981.91 manat məbləğində pul vəsaiti və ödənilmiş 49,81 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə uyğun olaraq 03 dekabr 2020-ci il tarixli MAS-3050 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə uyğun olaraq xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən yaranmış 1043.92 manat məbləğində əsas borc, 487.99 manat məbləğində lizinq mükafatı borcu, 150.00 manat məbləğində cərimə borcu,1300 manat məbləğində dəymiş maddi ziyan olmaqla, cəmi 2981.91 manat məbləğində pul vəsaiti və ödənilmiş 49,81 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1489/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1489/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver