Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1848/2025 13.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurulayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli, 280/24 saylı müqaviləyə əsasən 25.861 (iyirmi beş min səkkiz yüz altmış bir) manat və cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat olmaqla, cəmi 26.101 (iyirmi altı min yüz bir) manat məbləğində pulun və ödənilmiş 169 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin iddia ərizəsindən göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 280/24 saylı “daxili maliyyə lizinq müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən 45000 manat qiymətləndirilmiş, buraxılış ili 2007-ci il olan, tünd boz rəngli, “X3 818 L yük” markalı nəqliyyat vasitəsi ‘X1” tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini 36 ay müddətinə, hər ay 1500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş, "X3 818 L yük” nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktları barədə tərəflər akta imza etmişlər. X3 818 L yük” nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə tam yanaraq məhv olmuşdur.Avtomobil üçün “Atasığorta” tərəfindən cəmi 28724 manat kasko sığorta ödənişi ödənilmişdir. xx.xx.2025-ci il tarixə qədər cavabdeh tərəfindən aylıq ödəniş ödənilməmişdir. Cavabdeh öhdəliklərə əməl etməmiş və daxili maliyyə lizinq müqaviləsi və müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixdə 280/24 saylı müqaviləyə əsasən 13 ay müddətinə hesablanmaqla 19500 (on doqquz min beş yüz) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 360 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 10800 (on min səkkiz yüz) manat (1500 manat x 2 /100= 33 x 330=10800 manat ) borcu yaranmışdır. Cavabdeh tərəfindən aylıq müqavilə üzrə ödənişlər ödənildikdən sonra xx.xx.2025-ci il tarixə əsas borc qalığı 24045 manat təşkil edir. Qeyd edilən borc məbləğlərindən kasko sığorta tərəfindən ödənilmiş 28724 manat pul çıxıldıqda qalan borc məbləği 25.861 manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilə üzrə ödənişləri yerinə yetirməmiş, avtomobil istifadəsində olan zaman yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalar törədərək iddiaçıya maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında qərarlarda xətaların avtomobilin cavabdehin istifadəsində olan zaman törədilməsi müəyyən edilir. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə İXP ******* (32 manat), İXP ******* 30105285 (48 manat), AP ******* (160 manat) olmaqla cəmi 240 (iki yüz qırx) manat cərimə olunmuş və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, yazılı və şifahi xəbərdarlıq edilmiş, telefon danışıqları aparılmış, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş- heç bir ödəniş edilməmişdir. Ona görə də Cavabdeh xx.xx.2024-cü il tarixli, 280/24 saylı müqaviləyə əsasən 25.861 (iyirmi beş min səkkiz yüz altmış bir) manat və cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat olmaqla, cəmi 26.101 ( iyirmi altı min yüz bir) manat məbləğində pulun və ödənilmiş 169 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan Beyləqan rayon İHB-nın Mil qəsəbə iƏD üzrə nümayəndəsinin 5-37-15/2-72/2025 24 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sizin 18 noyabr 2025-ci il tarixli, 2(020)- 1848/2025 nömrəli məktubunuza cavab olaraq bildirir ki, Qasımov X2 rayonu Mil qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, Mil qəsəbəsi ərazisndə yaşamır Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də cavabdehin axırıncı yaşayış yeri barədə yaşadığı ərazi nümayəndəliyindən məlumat daxil olduğundan məhkəmə hazırkı vəziyyətdə işə baxılmasını əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixdə 280/24 saylı “daxili maliyyə lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 45.000 manat qiymətləndirilmiş, buraxılış ili 2007-ci il olan, tünd boz rəngli, “X3 818 L yük” markalı nəqliyyat vasitəsi ‘X1” tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. İşə əlavə edilmiş müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavədən görünür ki, (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini 36 ay müddətinə, hər ay 1500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. “Daxili maliyyə lizinq müqaviləsi”nin 13.1 -ci maddəsinə əsasən müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə lizinq alan lizinq verənə hər gecikdirilmiş ödəniş günü üçün 2 faiz miqdarında penya ödəyir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 12.10-cu maddəsinə əsasən lizinq alan öz öhdəliklərini yerinə yetirmədiyindən müqaviləyə xitam verilərsə lizinq alan lizinq obyekti istifadəsində olduğu müddət ərzində ödəniş cədvəlinə əsasən ödəmədiyi lizinq ödənişlərini, DYP, BNA və digər inzibati cərimələri və lizinq obyektinə lizinq alan tərəfindən dəymiş maddi xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş təhvil-təslim aktlndan görünür ki, İddiaçı MMC "X3 818 L yük” nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktları barədə tərəflər akta imza etmişlər. “X3 818 L yük” nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə tam yanaraq məhv olmuşdur. İşdəki sənədlərdən görünür ki, avtomobil üçün “AtaSığorta” tərəfindən cəmi 28724 manat kasko sığorta ödənişi ödənilmişdir. xx.xx.2025-ci il tarixə qədər cavabdeh tərəfindən aylıq ödəniş ödənilməmişdir. Cavabdeh öhdəliklərə əməl etməmiş və daxili maliyyə lizinq müqaviləsi və müqaviləyə əlavə edilmiş əlavə № 1 (lizinq qrafikləri ödənişləri) ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 280/24 saylı müqavilədən görünür ki, cavabdeh İddiaçı MMC-yə 13 ay müddətinə hesablanmaqla 19500 (on doqquz min beş yüz) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 360 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 10.800 (on min səkkiz yüz) manat (1.500 manat x 2/100= 33 x 330=10800 manat) borcu yaranmışdır. Aylıq müqavilə üzrə ödənişlər ödənildikdən sonra xx.xx.2025-ci il tarixə əsas borc qalığı 24.045 manat təşkil edir. Borc məbləğlərindən kasko sığorta tərəfindən ödənilmiş 28.724 manat pul çıxıldıqda qalan borc məbləği 25861 manat təşkil edir. İşdə olan inzibati xətalar haqqında protokollardan görünür ki, Cavabdeh İXP ******* (32 manat), İXP ******* 30105285 (48 manat), AP ******* (160 manat) olmaqla cəmi 240 (iki yüz qırx) manat cərimə olunmuş və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cümaddəsinə əsasən (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-cimaddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət eləməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 81-cimaddəsinəəsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazalarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 280/24 saylı müqaviləyə əsasən 25.861 (iyirmi beş min səkkiz yüz altmış bir) manat və cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat olmaqla, cəmi 26.101 (iyirmi altı min yüz bir) manat və ödənilmiş dövlət rüsumuna görə 169 manat alınaraq ‘X1” MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-239- 241-244, 253-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 280/24 saylı müqaviləyə əsasən 25.861 (iyirmi beş min səkkiz yüz altmış bir) manat və cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat olmaqla, cəmi 26.101 ( iyirmi altı min yüz bir) manat və ödənilmiş dövlət rüsumuna görə 169 manat alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1848/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1848/2025
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver