Məhkəmə qərarları › İş №2(102)-1143/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1143/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1143/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin qaytarılması, borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı1-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(105)-1 557/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 iyul 2020-ci il tarixli, 011/20 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2021-cı il tarixə olan 7469,26 manat əsas, 6735,78 manat faiz və həmin günə hesablanmış 1531,37 manat dəbbə pulu olmaqla, cəmi 15736,41 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehdən 2015-ci il buraxılışlı, “Mercedes Benz S320 minik” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 16883,37 manat ziyanın və 131,83 manat təftiş haqqının, ümumilikdə 17015,20 manat maddi ziyanın iddiaçının xeyrinə tutulması, cavabdehdən avtomobilə quraşdırılmış GPS naviqator aparatına görə 155 manatın və həmin aparatın sökülməsinə görə 1000 manat cərimənin, ümumilikdə 1155 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdeh İddiaçı1-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən, 15 iyul 2020-ci il tarixli Daxili maliyyə lizinq müqaviləsi üzrə ödənilmiş 27375 manat avansın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(031)-299/2021 nömrəli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı1-nin iddiası qismən təmin edilmiş, İddiaçı1 ilə bağlanmış 15 iyul 2020-ci il tarixli, 011/20 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 iyul 2020-ci il tarixli, 011/20 saylı Daxili lizinq müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş “Ödəniş qrafikinə” əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2021-ci il tarixə olan 7469,26 manat əsas, 6735,78 manat faiz və həmin günə hesablanmış 31,37 manat dəbbə pulu olmaqla, ümumilikdə 14236,41 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması, Cavabdeh 2015-ci il buraxı lışlı, “Mercedes Benz S320” minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, WDD2221621A183821 ban nömrəli, qara rəngli avtomobilə dəymiş 10883,37 manat əsas ziyan və 131,83 manat təftiş haqqı olmaqla, ümumilikdə 11015,20 manat məbləğində maddi ziyanın İddiaçı1-nin xeyrinə tutulması, Cavabdeh avtomobilə quraşdırılmış “GPS” naviqator aparatına görə 155 manat məbləğində və həmin aparatın sökülməsinə görə 1000 manat cərimə olmaqla, ümumilikdə 1155 manat məbləğində pul vəsaitinin İddiaçı1-nin xeyrinə tutulması, Cavabdeh qarşılıqlı iddiasının əsassız olduğundan təmin olunmaması qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(105)-963/2022 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan v ə T.O.Quliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(031)299/2021 nömrəli qətnaməsi dəyişdirilmiş, İddiaçı1 ilə bağlanmış 15 iyul 2020-ci il tarixli, 001/20 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 iyul 2020-ci il tarixli 011/20 saylı Daxili lizinq müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş Ödəniş qrafikinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2021-ci il tarixə olan 7469,26 manat əsas, 6735,78 manat faiz və həmin günə hesablanmış 31,37 manat dəbbə pulu olmaqla, ümumilikdə 14236,41 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması, cavabdehdən 2015-ci il buraxılışı “Mercedes Benz S320” mi nik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı VVDD2221621A183821 ban nömrəli, qara rəngli avtomobilə dəymiş 10218,0 manat əsas və 131,83 manat təftiş haqqı olmaqla, ümumilikdə 10339,83 manat məbləğində maddi ziyanın İddiaçı1-nin xeyrinə tutulması, Cavabdeh avtomobilə quraşdırılmış “GPS” naviqator aparatına görə 155 manat məbləğində və həmin aparatın sökülməsinə görə 1000 manat cərimə olmaqla, ümumilikdə 1155 manat məbləğində pul vəsaiti olaraq İddiaçı1-nin xeyrinə tutulması, Cavabdeh İddiaçı1-yə qarşı 2737 manat avansın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddianın əsassız olduğundan təmin olunmaması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(102)-1889/2023 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və Z.B.Babayevdən ibarət tərkibdə) cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(105)-963/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(105)-1557/2023 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(031)299/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1-dən 27375 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

7. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(105)-1557/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İş kassasiya məhkəməsinin icraatında olduğu zaman ilk iddia üzrə İddiaçı1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bar ışığın əldə olunmasını göstərmiş, iddia tələbindən və kassasiya şikayətindən imtina etməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

9. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiadan imtina etdiyini göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

11. Kassasiya şikayətinə və iddiadan imtina ərizələrinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelly asiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini kassasiya şikayəti nin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan i mtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qi smən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 ilk iddiadan, Cavabdeh isə qarşılıqlı iddiadan imtina etdiklərindən, onların iddialarından imtina etmələri həqiqi niyyətlərini əks etdirdiyindən, həmin imtinalar qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il i tarixli, 2(105)-1557/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

16. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçıların iddialarından qarşılıqlı olaraq imtina etmələri əsası ilə iş üzrə icraat a xitam verilməli olduğundan, ilk iddia üzrə iddiaçının kassasiya şikayətindən imtinasına əlavə qiymət verilməsinə zərurət bilinmir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə İddiaçı1-nin iddiadan imtinası qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiadan imtinası qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(105)-1557/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı1yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin icraatına ilk iddiaçının və qarşılıqlı iddiaçının iddialarından imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar