Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1273/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, e-2(012)-430/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə görə Cavabdeh1 4 mart 2015-ci il tarixli 126/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə olunmuş əlavəyə əsasən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixə borcu 53268,39 manat təşkil edir. Qeyd edilən məbləğ AK-126/15 saylı müqavilədəki əlavənin qrafikinin davamı olaraq illik 18 % hesablanmaqla hər ay 1626,18 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ "xxxx" MMC-yə məxsusdur. Cavabdeh1 lizinq ödənişi cədvəlinə əsasən öhdəliyini tam icra edənədək lizinq obyekti olan avtomobilin texniki və kosmetik işlərinə avtomobilin tam sazlığına cavabdehdir. Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsi üzrə ödənişi hər ayın 22-si tarixində ödəməlidir. Ödəniş günündən 30 təqvim günü ərzində Cavabdeh1 ödəniş etməzsə "xxxx" MMC lizinq obyekti olan avtomobili mübahisəsiz geri almaq hüququna malikdir. Cavabdeh1 lizinq obyekti olan avtomobilə mülkiyyət hüququ lizinq obyektinin dəyəri lizinq verənə tam şəkildə ödənildikdən sonra yaranır.
2. 10 oktyabr 2017-ci il tarixli AK-126 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli daxili lizinq müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyət daşımağı öhdəsinə götürmüşdür.
3. AD 111137 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2011-ci il buraxılışlı, “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin mülkiyyətindədir.
4. Cavabdeh2n lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmişdir.
5. Sərxanbəyov X5 Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 1(005)- 17/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Hökmə görə “Qrand” avtoservis tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 275 saylı arayışa əsasən “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 11940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində ziyan dəymişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46838,70 manat əsas, 14473,83 manat lizinq mükafatı (faiz), 3000 manat cərimə borcu, ümumilikdə 64312,53 (altmış dörd min üç yüz on iki manat 53 qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 nömrəli qərarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" MMC-yə vurduğu ziyan üzrə olan 11940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinə görə ödənilmiş 125,82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı vurmuş olduğu maddi ziyan üzrə 11940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinin verilməsinə görə ödənilmiş 125,82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X4 4 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə 11940 (on bir min doqquz yüz qırx manat) manat maddi ziyan dəymişdir. İstintaq zamanı Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün “Qrand Avto” servisinə müraciət edilmiş və həmin avto-servisin xx.xx.2020-ci il tarixli 275 saylı arayışına əsasən zərərin məbləği müəyyən edilmişdir. Cavabdeh2 barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2021-ci il tarixli 1(005)-17/2021 saylı hökm çıxarılmışdır. Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan sənədsiz idarə etdiyini etiraf etmiş və məhkəmə zamanı iddiaçıya vurmuş olduğu ziyanı tez bir zamanda ödəyəcəyi ilə bağlı söz vermiş, lakin buna baxmayaraq o, iddiaçıya vurmuş olduğu ziyanı bu günə kimi ödəməmişdir. Cаvаbdеhlər 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişi əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişlər. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə şifahi və yazılı mürаciət оlunmаsınа, məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, cavabdehlər vurmuş olduqları ziyanın qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/870 saylı ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qrand” avto-servis tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur akrındakı məlumatlara əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Audi A7” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9329 manat müəyyən edilir.
12. Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(012)-430/2023 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən, lizinq obyekti olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 9329 manat borc və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 25 manat olmaqla, cəmi 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin hesabına köçürülməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X4 4 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və Cavabdeh1 arasında öhdəliyin icrası ilə bağlı saziş bağlanmış, lizinq obyekti cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh1 həmin lizinq obyektini idarə etmək üçün etibarnamə olmadan, sürücülük hüququ olmayan şəxs Cavabdeh2 verdiyini və sonuncunun avto-qəza nəticəsində avtomobili yararsız vəziyyətə saldığını iddia etmişdir. Ekspert rəyi ilə sözügedən avtomobilin zədələndiyi və dəymiş ziyanın 9329 manat olduğu müəyyən edilmişdir.
15. Ekspert rəyini təkzib edən mötəbər sübut olmadığından məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.
16. Məhkəmə iddia tələbinin cavabdeh (zamin) Cavabdeh3 aid hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və kredit müqaviləsi üzrə borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunun normasından göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh (zamin) Cavabdeh3 münasibətdə hazırkı iddianın hüquqi əsası yoxdur. Belə ki, avtomobilə vurulan ziyanla bağlı zaminin lizinqverən qarşısında hər hansı öhdəliyi yoxdur.
17. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 472.1, 747.1, 748-1.8, 748-7.1, 1096.1, 1097.1, 1108.1 və 1108.2ci maddələrinə istinad edilmişdir.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən lizinq müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən işin müəyyən edilmiş faktiki halları və iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin izahatları ilə mübahisəsiz şəkildə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi səbəbindən avtomobil iddiaçı tərəfindən 2018-ci ildə geri alınmışdır. Bundan sonra, tərəflər arasında hər hansı lizinq münasibətləri mövcud olmamışdır. Bu halı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-17/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünə əsasən iddiaçının nümayəndəsi özü də etiraf etmişdir ki, lizinq ödənişləri aparılmadığından avtomobil Cavabdeh1 alınmışdır. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən saziş üzrə ödənişlər xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılmışdır. Bu halda avtomobil cavabdeh tərəfindən hər hansı bir şəxsə idarə edilməsi üçün verilə bilməzdi. Çünki hadisə baş verən zaman artıq avtomobil lizinq şirkəti tərəfindən cavabdehdən geri alınmış və avtomobil Cavabdeh1 istifadə və sahibliyində olmamışdır. Hazırda qeyd edilən hadisə isə 10 noyabr 2019-cu il tarixdə baş vermişdir. Odur ki, həmin hadisənin baş verməsinə və dəymiş ziyana görə cavabdehin hər hansı öhdəliyi yarana bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə prosesində iştirakı təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığı üçün etirazı əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Belə ki, qeydiyyatda olduğu ünvan söküldüyündən məhkəmə tərəfindən ona göndərilən bildirişləri qəbul etmək imkanına malik deyil. “SMS” bildiriş vasitəsilə xəbərdar edilməyi üçün məhkəmə prosesində iştirakı təmin olunmadan yekun qərar qəbul edilmişdir. Halbuki o, məhkəmə iclasında iştirak edə bilsə, avtomobilin hadisə baş verən zaman onun istifadə və sahibliyində olmadığını təsdiq edən sübutları, məhkəmə araşdırmaları nəticəsində qəbul edilmiş yekun qərarları məhkəməyə təqdim edə bilərdi. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan Cavabdeh1 maddi ziyan vuran şəxs olması qənaətinə gəlmişdir. Halbuki bu nəticəni təsdiq edən hal kimi iddiaçı tərəf məhkəməyə sübut qismində heç bir mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə prosesində iştirakı təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığı üçün etirazı əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1690/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 apellyasiya şikayətinin əsası kimi avtomobilin iddiaçı tərəfindən 2018-ci ildə geri alınması, bundan sonra tərəflər arasında hər hansı lizinq münasibətlərinin mövcud olmamasına istinad etmişdir. İşin yuxarıda göstərilən hallarına görə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 nömrəli qərarından müəyyən edilir ki, avtomobil öhdəliklərin ötürülməsi barədə razılaşmaya (sazişə) əsasən Cavabdeh1 verilmiş və sonuncu tərəfindən həmin avtomobilin iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməmişdir.
22. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı lizinq obyektinə vurulmuş zərəri Mülki Məcəllənin 748-7.1, 748-1.8, 21, 1097.1 və 1108.2-ci maddələrinə əsasən həmin lizinqi alan Cavabdeh1 tələb etməkdə haqlı olmuş və məhkəmə də ona aid hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
23. Apellyasiya məhkəməsi Cavabdeh1 məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan bildirişə əsasən “sms” bildiriş müvafiq qaydada sonuncuya çatdırılmışdır. Lakin Cavabdeh1 məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə heç bir tutarlı sübut təqdim etmədiyindən, bu dəlil əsassızdır.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 748-7.1 və 748-1.8, 1097.1 və 1108.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1356/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1690/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin olunması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin işin hallarının müəyyən olunmasında istifadə etdiyi sübutlar kifayət qədər ziddiyyətli olmuş, həmin sübutlar avtomobilin yol-nəqliyyat hadisəsini törədən Cavabdeh2 Cavabdeh1, yaxud digər şəxs tərəfindən verilməsini müəyyən etmək üçün kifayət deyildir.
28. Belə ki, lizinq obyekti olan “Audi A7” markalı avtomobil 10 oktyabr 2017-ci il tarixdə cavabdeh lizinq alan Cavabdeh1 təhvil verilsə də, sonradan həmin avtomobilə sahiblik və ondan istifadəyə dair lizinq verən MMC tərəfindən kənar şəxslərə etibarnamələr verilmişdir. Avtomobilin iddiaçı tərəfindən verilmiş və 1 ay (növbəti ödəniş tarixinədək) qüvvəsi olan etibarnamələr əsasında idarə edildiyi (istifadə edildiyi), cavabdehin isə qrafik üzrə ödənişləri etməməsi də nəzərə alındığı halda, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilin idarə olunasına dair Cavabdeh1 etibarnamə verilməsi müəyyən edilmir. Hadisəni törədən Cavabdeh2 məhkəmə iclaslarında iştirak etmədiyinə görə lizinq obyekti olan avtomobilin ona konkret olaraq kim tərəfindən verilməsi barədə sorğulanması mümkün olmamışdır.
29. Cavabdeh1 tərəfindən lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qənaəti üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu məsələnin hansı qaydada həll olunması ilə bağlı nə tərəflər arasındakı müqavilədə, nə də qanunvericilikdə hər hansı hal nəzərdə tutulmamışdır. Əksinə müqavilə şərtlərinə görə aylıq ödənişlər gecikdirildiyi halda MMC lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir, cavabdehin göstəridiklərinə görə MMC bu hüquqdan dəfələrlə istifadə etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
34. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
38. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
43. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
45. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
47. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
50. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...
51. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
52. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1356/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1690/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin olunması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
55. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. Cavabdeh2 lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur.
56. Cavabdeh1 avtomobilin 2017-ci ilin otkyabr ayından 2018-ci ilin aprel ayına kimi onun sahibliyində olduğunu, sonrakı ödənişləri edə bilmədiyinə görə MMC tərəfindən avtomobilin ondan alındığını, hazırda qeyd edilən 10 noyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi baş verdiyi dövrdə də avtomobilin Cavabdeh2 onun tərəfindən verilmədiyini, avtomobili qeyri-rəsmi olaraq X1, sonuncunun isə Cavabdeh2 satdığını eşitdiyini göstərmişdir.
57. Müqavilə şərtlərinə görə aylıq ödənişlər gecikdirildiyi halda MMC lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir, cavabdehin göstəridiklərinə görə MMC bu hüquqdan dəfələrlə istifadə etmişdir.
58. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsi, həmin qətnamənin dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi və nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 nömrəli qərarı ilə müəyən edilmşidir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən lizinq obyekti olan “Audi A7” minik markalı avtomobil həmin tarixdə Cavabdeh1 təhvil verilmiş, həmçinin həmin avtomobillə bağlı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Quliyev Akif Rafiq oğlu adlı şəxsə xx.xx.2019-cu il tarixədək, habelə xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X3 xx.xx.2019-cu il tarixədək etibarnamə verilmişdir.
59. Kollegiya hesab edir ki, həmin iş üzrə "xxxx" MMC tərəfindən avtomobilin geri qaytarılması barədə Cavabdeh1 qarşı tələb irəli sürməməsi də əsas verir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman və sonradan avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində olmamışdır.
60. İşdə olan Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1 və 264-cü maddələri ilə məhkum olunmasına dair Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-17/2021 saylı hökmündən görünür ki, həmin işə baxılan zaman iddiaçı MMC-nin nümayəndəsi lizinq obyekti olan “Audi A7” markalı avtomobilə dair xx.xx.2019-cu il tarixdə Quliyev Akif Rafiq oğlu adlı şəxsə xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X3 xx.xx.2019-cu il tarixədək MMC tərəfindən etibarnamə verildiyini göstərmişdir.
61. Göründüyü kimi işdə olan məhkəmə aktlarından, habelə cavabdeh tərəfin izahatlarından aydın olur ki, lizinq obyekti olan “Audi A7” markalı avtomobil 10 oktyabr 2017-ci il tarixdə cavabdeh lizinq alan Cavabdeh1 təhvil verilsə də, sonradan həmin avtomobilə sahiblik və ondan istifadəyə dair lizinq verən MMC tərəfindən kənar şəxslərə etibarnamələr verilmişdir. Avtomobilin iddiaçı tərəfindən verilmiş və 1 ay (növbəti ödəniş tarixinədək) qüvvəsi olan etibarnamələr əsasında idarə edildiyi (istifadə edildiyi), cavabdehin isə qrafik üzrə ödənişləri etməməsi də nəzərə alındığı halda, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilin idarə olunasına dair Cavabdeh1 etibarnamə verilməsi müəyyən edilmir.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, lizinq obyekti olan avtomobilin zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin Cavabdeh2 tərəfindən törədilməsi işdə olan sənədlərlə müəyyən edilsə də, həmin avtomobilin zədələnməsi nəticəsində iddiaçıya zərər vurulmasında Cavabdeh1 təqsirli hesab edilməsi üçün iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmiş və bu hal işin araşdırılmış halları ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Odur ki, iddiaçıya vurulmuş zərərin Cavabdeh1 tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
63. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
64. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
65. Beləliklə qeyd edilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, e-2(012)-430/2023 nömrəli qətnaməsi qismən - 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən, lizinq obyekti olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 9329 manat borc və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, e-2(012)-430/2023 nömrəli qətnaməsi qismən - 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən, lizinq obyekti olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 9329 manat borc və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.