Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-106/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 22 aprel 2022-ci il tarixli MAS-5113 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 yanvar 2023-cü il tarixə 1093,38 manat gecikdirilmiş əsas, 383,72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 460,23 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 8400,18 manat, ümumilikdə 10337,51 manat borc və ödənilmiş 121,41 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərmaş" MMC ilə X4 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli MAS-5113 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10350 manat məbləğinə “Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq muqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17% hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 367,69 manat, ümumilikdə isə 12195 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 22 aprel 2022-ci il tarixdə X4, Cavabdeh və “Azərmaş" MMC arasında MAS-5113 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 22 aprel 2022-ci il tarixli “Daxili lizinq" müqaviləsi uzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə sonuncu ödəniş 03 oktyabr 2022-cü il tarixdə 368 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 8400.18 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5113 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyekt nə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 yanvar 2023-cü il tarixə ümumilikdə 1937,33 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. "Daxili lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə. müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bendinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə. Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlilərinə uyğun izayat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil, hesab edir ki, ekspert rəyində avtomobilə dəymiş ziyanı az göstərilib. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2022-ci il tarixli MAS-5113 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC X1 ilə "KHAZAR LX” markalı, NVABA1HHFKF520144 ban, ağ rəngli avtomobil 10350 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X8 illik 17% hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 367,69 manat (sonuncu ay 362,67 manat), ümumilikdə isə 12195 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cədvəl üzrə ödəniş günləri iş gününə düşmədikdə, ödənişlər əvvəlki gün aparılır. Aylıq ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,3% cərimə hesablanaraq tutulacaqdır. - xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktında görünür ki, İddiaçı MMC ilə X8 İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. - İddiaçı MMC, X8 və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5113 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5113 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktında görünür ki, X8 ilə Cavabdeh X7 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. - xx.xx.2023-cü il tarixli Aktda görünür ki, İddiaçı MMC-yə məxsus olan “KHAZAR LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verilmiş, avtomobildə heç bir pul və digər qiymətli əşyalar yoxdur. Arxa sağ stop sınıq, dam əzik, qapaq sağ-sol qapılar əzik, süşə sınıq, sağ yan güzgü sınıq, qabaq sağ-sol qanadlar əzik, qabaq bufer yoxdur, maşın aşıb. - İddiaçı MMC-nin (Azərmaş Servis) qüsur aktından görünür ki, “KHAZAR LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxış zamanı avtomobilin ehtiyat hissələrinin yenisi ilə əvəz olunması üçün 8400,18 manatlıq ziyan aşkar olunmuşdur. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 936 saylı xəbərdarlıq məktubunun surətindən aydın olur ki, iddiaçı lizinq obyektinə dəymiş 8400 manat məbləğində ziyanı 15 gün ərzində ödəməsini cavabdehdən tələb etmiş, əks təqdirdə lizinq müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun ödənilməsi məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 1163 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5113 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2023cü il tarixə 1093,38 manat əsas, 383,72 manat mükafat, 460,23 manat cərimə borcu olmaqla, cəmi 1937,33 manat borcu vardır. - Bakı şəhəri Nərimanov RPİ-nin tətqiqatçısının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndəriməsi qərara alınmışdır. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8229 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindəntərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar LX” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6872 manat müəyyən edilmişdir; - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 121,41 manat dövlət rüsumu ödənişmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “Azərmaş" MMC ilə X4 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli MAS-5113 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 10350 manat məbləğinə “Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. ‘Daxili lizinq muqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 367.69 manat, ümumilikdə isə 12195 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 22 aprel 2022-ci il tarixdə X4, Cavabdeh və “Azərmaş" MMC arasında MAS-5113 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 22 aprel 2022-ci il tarixli “Daxili lizinq" müqaviləsi uzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh lizinq verən qarşısında götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilə üzrə sonuncu ödəniş 03 oktyabr 2022-cü il tarixdə 368 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 yanvar 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 8400,18 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MA8-5113 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyekt nə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 yanvar 2023-cü il tarixə ümumilikdə 1937,33 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Məhkəmə iddia tələbinin “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” hissəsində aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənişməsini və öhdəliyin icrasını tələb edə bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 22 aprel 2022-ci il tarixli MAS-5113 saylı lizinq müqaviləsinə və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli MAS-5113 saylı Öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə iclasında tədqiq edilmiş İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 1163 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5113 saylı “Daxili lizinq müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə 1093,38 manat əsas, 383,72 manat mükafat, 460,23 manat cərimə borcu olmaqla, cəmi 1937,33 manat borcu vardır. Məhkəmə, cavabdehə hesablanmış 460,23 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 70 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, cavabdehdən 1093,38 manat əsas, 383,72 manat mükafat, 70 cərimə pulu, ümumilikdə 1547,1 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “lizinq obyektində vurulmuş zərərin ödənilməsi” hissəsinə münasibətdə açağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırkı işdə Cavabdehnın iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdehin istifadəsinə verilmiş və İddiaçı MMC-yə məxsus olan “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə zərər vurulmuşdur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdehnın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində Azərmaş” MMC-yə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı MMC-yə ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş qüsur aktından görünür ki, avtomobilin təmiri üçün işçilərinin əmək haqqı daxil olmaqla 8400,18 manat pulun ödənilməsi tələb olunur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən cavabdehin istifadəsində olmuş “Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2023-cü il tarixli 9/8229 saylı rəyi ilə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6872 manat müəyyən edilmişdir. İddiaçı avtomobilə dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 8400,18 manat kimi göstərmiş, ekspertiza rəyi ilə isə həmin məbləğ 6872 manat məbləğində (köhnəlmə faizi tətbiq edilməklə) müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 6872 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə 6872 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 121,41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə münasibətdə (10337,51) 121,01 manat dövlət rüsumunun ödənilməsi tələb olunur. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/8229 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 98,6 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 40,72 manatı Cavabdeh və 9,28 manatı İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin qismən edilməli, Cavabdeh 1093,38 manat əsas, 383,72 manat mükafat, 70 cərimə pulu, cəmi 1547,1 manat borc, lizinq obyekti olan “KHAZAR LX" markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6872 manat, ümumilikdə 8419,1 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 98,6 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 22,81 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq eksperizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 40,72 manatı Cavabdeh və 9,28 manatı İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissəsində təmin edilməməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1093,38 manat əsas, 383,72 manat mükafat, 70 cərimə pulu, cəmi 1547,1 manat borc, lizinq obyekti olan “KHAZAR LX" markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6872 manat, ümumilikdə 8419,1 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 98,6 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 22,81 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 40,72 manatı Cavabdeh və 9,28 manatı İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-106/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-106/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver