Məhkəmə qərarları › İş №2(002)-1583/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1583/2024

02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1583/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Başçısının 16 dekabr 1998-ci il tarixli 1421 saylı sərəncamın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri Maraqlı şəxs Başçısının 16 dekabr 1998-ci il tarixli 1421 saylı sərəncamına əsasən ona fərdi evin tikilməsi üçün Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. 1998-ci ildən həmin torpaq sahəsində ev tikərək yaşamış və bütün kommunal xərclər ödənilmişdir. Həmin sərəncam dövlət arxivində öz əksini tapmışdır. Lakin həmin sərəncamda onun soyadı “Xosiyev” əvəzinə “Xasiyev” adı “İnqlab” əvəzinə “İnqilab” kimi yazılmışdır. Hazırda istifadə etdiyi torpaq sahəsinə dair sənədləşdirmə apararkən sərəncamda soyadının və adının səhv yazılması müəyyən edilmiş və bu səbəbdən də torpağı sənədləşdirə bilmir. Sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini özəlləşdirmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, evin sənədlərində soyad və adında olan yanlışlıqlara görə evi sənədləşdirə bilmir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, ona sənədin şəxsə məxsusluğu ilə bağlı məhəməyə müraciət etmək hüququ izah edilmişdir. Belə ki, Maraqlı şəxs Başçısının 16 dekabr 1998-ci il tarixli 1421 saylı sərəncamında onun soyadı Xosiyev əvəzinə Xasıyev, adı isə İnqlab əvəzinə İnqilab yazılmışdır. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxsin nümayəndəsi X1 işin məhkəmə baxışına hazırlanması ilə bağlı iclasda iştirak edərək ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Maraqlı şəxsə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan SSR Puşkin rayonu Kirovka kənd ZDS tərəfindən verilmiş АЗ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə 1421 saylı sərəncamı ilə Bakı şəhər İcrakomun xx.xx.1989-cu il tarixli 13/173 saylı qərarına müvafiq olaraq Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 18 saylı yataqanada yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimal-qərbindəki yəni yaşayış massivindən 600.0 kv.m torpaq sahəsi ayrılıb verilməsi qərara alınmışdır. Ərizəçi qeyd edilən sərəncamın özünə məxsus olmasının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavininin xx.xx.2024-cü il tarixli, 5-13/1-Ə-43-091/2024 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar toxunduğunuz məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə 1421 №-li Sərəncamında qeyd edilmiş hüquq sahibinin soyadı və adı ilə (“Xasiyev İnqilab”) onun şəxsiyyətini təsdiq edən sənnəddə, habelə doğum haqqında şəhadətnamədə göstərilən soyadı olan “Xosiyev” və adı olan “İnqlab” arasında fərq olduğu aşkar edilmiş, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, sənədin Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Sahil qəsəbəsi, Bakı prospekti 18 saylı yataqanada yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimal-qərbindəki yəni yaşayış massivindən 600.0 kv.m torpaq sahəsi ayrılıb verilməsinə dair Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə 1421 nömrəli sərəncamda Ərizəçi məxsus olması halı öz təsdiqini tapmışdır, eləcə də, ərizəçinin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədə soyadı Xosiyev, adı İnqilab göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə 1421 nömrəli sərəncamının surətinin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 1421 nömrəli sərəncamın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar