Məhkəmə qərarları › İş №2(002)-1623/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1623/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1623/2022 07.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı “ 14 yanvar 2014-cü il tarixli “14/69” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu,Müşfiqabad qəsəbəsindəki 14 saylı binada yerləşən 69 nömrəli mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 14 yanvar 2014-cü il tarixli “14/69” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 55 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin veriməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra-Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin 14 yanvar 2014-cü il tarixli “14/69” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1,X1 və Cavabdeh3 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsindəki 14 saylı yeni yaşayış qəsəbəsində yeriəşən 69 nömrəli 1 otaqlı mənzili ilə təmin edilmişdir. Məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsinin Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1,X1 və Cavabdeh3 həmin mənzildə yaşamadığı və mənzildə başqa bir şəxsə qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1,X1 və Cavabdeh3 mənzildə yaşamadığı,mənzildə müqavilədə adı keçməyən başqa şəxsin yaşmasının qanunsuz olduğu bildirilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək,etirazını onunla əsaslandrımışdır ki, həmin mənzildə yaşadıqlarını,oğlu həyat yoldaşı və ona 1 otaqlı mənzil verdiklərini, oğlunu evləndiridyindən həmin m\ənzildə oğlu gəlini və nəvəsi qalır, mənzil 1 otaq olduğundan o özü və həyat yoldaşı Masazır qəsəbəsində kirayədə qalır, həmin mənzilə ehtiyaclarının olduğunu bildirərək ,bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 14/69 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında sosial kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri Qaradağ rayonu,Müşfiqabad qəsəbəsindəki 14 saylı binada yerləşən 69 nömrəli mənzil Cavabdeh1 və ailə üzvlərinə kirayəyə verilmişdir. İş materiallarına əlavə edilmiş “Müşfiqabad” MKİ-nin rəisi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlara əsasən, Bakı şəhəri Qaradağ rayonu,Müşfiqabad qəsəbəsindəki 14 saylı binada yerləşən 69 nömrəli mənzildə məskunlaşan Cavabdeh1 mənzilinə dəfələrlə getsələr də, mənzildə yaşamadığı məlum olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəlləsinin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5-ci maddəsinə əsasən Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqaviləyə Bakı şəhəri Qaradağ rayonu,Müşfiqabad qəsəbəsindəki 14 saylı binada yerləşən 69 nömrəli 1 otaqlı yaşayış sahəsi cavabdehlərin yaşaması üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı cavabdehlərin onun istifadəsinə verilmiş müvafiq mənzildə yaşamaması halını əsas gətirərək, qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlə aralarında bağlanılmış müvafiq kirayə müqaviləsinin ləğv edilməsi və onların mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə hazırki iddia tələbinə dair ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutemə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halları, yəni cavabdehin həmin mənzildə daimi yaşamaması halını sübut etməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halların təsdiq olunmasına dair sübut qismində müvafiq Mənzil İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta istinad etmişdir. Məhkəmə iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş müvafiq aktla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin akt cavabdehlərin mübahisə predmeti olan mənzildə daimi yaşamaması halını təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin aktda cavabdehin evinə dəfələrlə gedilsə də, həmin mənzildə yaşamamsı, boş saxladığı qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq Mənzil İstismar İdarəsinin həmin mənzilə gedərkən, cavabdehlərin həmin mənzildə olmaması halı cavabdehlərin həmin mənzildə daimi yaşamaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş müvafiq akt iddia tələbinin əsası kimi istinad eidlən halları birbaşa təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən isə həmin hallara dair başqa hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin veridyi izahatından aydın olur ki, caavbdehlər həmin mənzildə yaşayırlar. Eyni zamanda, məhkəmə aarşdırması zamanı qeyd edilən ünvana göndərilmiş məhkəmə bildirişlərinin hər biri məhz cavabdehlərin özü tərəfindən təhvil alınmışdır. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisə predmeti olan mənzili müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə tərk etməsi, yaşamaması halını müəyyən etmək mümükün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, müvafiq qanunvericilikdə xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin kirayə verənin tələbi ilə ləğv edilməsinin əsasları dəqiq və birmənalı şəkildə ifadə edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hazırki iş üzrə mənzil qanunvericiliyində kirayə verənin tələbi ilə kirayə müqaviləsinin ləğv edilməsinə səbəb olan əsaslara dair heç bir hal aşkar eidlməmişdir. Bu halda,məhkəmə qeyd olunan halları əsas götürərək, mənzil qanunvericiliyinin tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsuumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı “ 14 yanvar 2014-cü il tarixli “14/69” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarma” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı “ 14 yanvar 2014-cü il tarixli “14/69” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar