Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1635/2023 21.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuş X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X1 xx.xx.1963-ci ildə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmaqla onun bacısıdır. X1 ruhi xəstə olmaqla İ qrup əlildir, mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozuntuları vardır. Onun müalicəsi ilə məşğul olur. Hazırda X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qəyyumluq ilə bağlı lazımdır. Ona görə də o, bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ seriyalı 439483 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuşdur. Cəfərova Esmiranın atası X7, anası X10r. İş materiallarında olan AZB seriyalı 061174 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Ərizəçi atası X7, anası X10r. İş materiallarında olan AZE seriyalı, 14462176 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı No 341431 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 207 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 4/8 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” küçəsindəki 4 saylı evdə yerləşən 8 nömrəli mənzil məcburi köçkün X11 və ailə üzvlərinə (o cümlədən qızı X6) müvəqqəti yaşamaq üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 235 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X8 1994-cü il tarixdən “şizofreniya, paranoid forma” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və İ qrup əlildir. İş materiallarında VTE-9 seriyalı, 034536 saylı arayışdan görünür ki, X8 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1828 saylı rəyindən görünür ki, X5 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Xroniki ruhi xəstəliyi ilə əlaqədar X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 müəyyən edilən şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti onun mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.1963-cü ildə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuş X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1635/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1635/2023
21.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver