Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1638/2020 28.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, X3 Cavabdeh qarşı «kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Cavabdeh qarşı «kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı qızı X6 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi və həmin evə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X12 Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 3*3 125231 qeydiyyat nömrəli, 834 saylı kitabın 125231-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə asisən tam mülkiyyətində olan ünvan 2 mənzil 20 ünvanında yerləşən mənzilini x xxxxxx 2014-cü il tarixdə 105000 (yüz beş min) manata Nəsirov Rövşən Ayyət oğluna sataraq xx.xx.2015-ci il tarixədək qeydiyyatdan çıxacağını öhdəsinə götürmüşdür. Həmin pulla xx xxxxxx 2014-cü il tarixdə də satıcı X10 adlı şəxsdən ünvan 3 mənzil 26 ünvanında yerləşən mənzili satın almışdır. Hər iki alqı-satqı müqaviləsi 3 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda rəsmiləşdirilmişdir. X12 qeyri-rəsmi olaraq birgə yaşadığı Cavabdeh cazının niyyətinin onunla birgə yaşamaq deyil, halal pulu ilə alınmış əmlakına yiyələnmək olduğunu başa rCşdüvündən aralarındakı münasibətləri pisləşmişdir. Həmin mənzili xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasında bacısı İddiaçı bağışlamışdır. Həmin vaxtdan bu günə kimi mənzilin mülkiyyətçisi odur. Göründüyü kimi əvvəlki mənzilin eləcə də hazırda mübahisələndirilən mənzilin alınmasında rəsmi nikahı belə olmayan cavabdehin heç bir iştirakı olmamışdır. xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu. Sahil qəsəbəsi. Dostluq küçəsi. 3 aylı evin 26 saylı mənzili mülkiyyət hüququna əsasən İddiaçı məxsusdur. Cavabdeh İddiaçı və digərlərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin ddia ərizəsi təmin edilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə yazaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandərmışdır ki, mübahisə predmeti olan mənzil ona məxsusdur, bununla bğalı məhkəmə prosesləri də davam edir, 2014-cü il tarixdə həmin evi satın aldıqlarını, həmin vaxtdan da indiyədək orada azyaşlı uşağı ilə birlikdə yaşadığını, hazırda da həmin evdə oğlu ilə birlikdə yaşayır,onun həmin mənzilə olan istifadə hüququ müvafiq məhkəmə qətnaməsi əsasında tanınmışdır, o ev onundur, hazırda da həmin evdən çıxmaq fikri yoxdur, başqa evinin olmadığını, hətta bağışlama müqaviləsi də etibarsız hesab edilmişdir, o ev onun özünə məxsusdur, iddia tələbi ilə tamamilə narazıdır, bu halların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qiyabi qətnamənin surətindən görünür ki, iddiaçı X8 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostuq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3318/2018 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilməsi, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzilinə istifadə hüququ və qeydiyyatı bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qətnamənin surətindən görünür ki iddiaçı X8 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiasın əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 26 saylı mənzil xx.xx.2015-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 26 saylı mənzil xx.xx.2017-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mülkiyyətçi ilə digər şəxslər arasında mənzil münasibətlərinin tərkib hissəsi olan yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri). “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahsiə predemti olan yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, qeyd olunan hüquqxx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ müvafiq məhkəmə qətnaməsi əsasında tanınmışdır. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin həmin mənzildə yaşadağını, onun həmin mənzildən istifadə edə bilməməsini əsas gətirərək, cavabdehin həmin mənzilə dair istifadə hüququna müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam veilməsi və onun həmin mənzildən çıxarılması tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mlüki iş ürzə iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd olunan kompensasiya məbləği ilə qəti razı deyil, habelə həmin mənzildə iddiaçıdan əvvəlki dövrdən yaşadığını, hazırda da yaşamaqla, həmin mənzildən istifadə hüququna xitam verilməsinə və onun azyaşlı övladı ilə bilrikdə çıxarılmasına razı deyildir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə bir sıra meyarlar-cavabdehin həmin mənzilə dair istifadə hüququnun müvafiq məhkəmə qətnaməsi əsasından tanınması, cavabdehin həmin mənzildə 2014-cü il tarixdən fasiləsiz olaraq azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşaması, hazırda da həmin mənzildə yaşaması, həmin tarixdən inidyədək həmin mənzilə dair istifadə hüququnun mövcudluğu, cavabdehin başqa yaşayəş sahəsinin malik olmaması, təklif olunan kompensasiya məbləğinin cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərlilik baxımından nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin ağlabatan və ədalətli hesab edilməsi məqsədəmüvafiq deyildir.Ona görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təklif edilən kompensasiya cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilməsi üçün yetərli hesab edilə bilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Həmçinin, məhkəmə iddia tələbinin mənzildən çıxarılma hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə qeyd olunan tələb əsas iddia tələbi olan mənzilə dair istifadə hüququna xitam verilməsi tələbindən törəmə olduğundan və əsas iddia tələbi təmin edilmədiyindən, həmin hissədə də iddia tələbi təmin edilməməldiir. Bununla da iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, X1 Cavabdeh qarşı «kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh qarşı «kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1638/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1638/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver