Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1668/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi, Maraqlı şəxs başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə komissiya”nın məsul katibi X3 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş X4 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun oğlu olmaqla xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Fərid müddətsiz birinci qrup əlildir. Fəridin diaqnozu “Kvadroplegik spastik serebral iflic, Əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” olmaqla onun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Qeyd olunanları nzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsi verdiyi şəxs oğludur. Oğlu xəstədir, sərbəst hərəkət edə bilmir. Ərizə verməkdə məqsədi həmin şəxsə pensiya təyin edilməsi üçün sənədləşmələri icra etməkdir. Ekspert rəyi ilə razı deyildir. Oğlu özünü idarə edə bilmir, yeməyini, təmizliyini onlar görür. Maraqlı şəxs başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə komissiya”nın məsul katibi X6 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AA6651546 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə doğulmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(002)-1668/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2037 saylı ekspert rəyində müəyyən edilmişdir ki, X5 “Dərin əqli X11 İflici Nəticəsində” (F73) müəyyən edilir. Bunun anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. X8 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2007-ci il təvəllüdlü X8 anasıdır. Ərizəçinin izahatı, ərizəyə əlavə edilmiş xəstəlik tarixçəsindən çıxarış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi xx.xx.2025-ci il tarixli 2037 saylı saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X7 psixi qüsuru dərin əqli X11 iflic ciddidir və onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə qeyd edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə hazırkı işdə ərizəçi sübutetmə predmetini icra etmiş və müəyyənləşdirilməli olan faktiki halların dairəsi, yəni şəxsin psixi qüsurunun mövcudluğu, şəxsin öz hərəkətlərini anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi, psixi qüsurla şəxsin öz hərəkətlərini anlaya bilməməsi arasında səbəbli əlaqənin olması faktı tam müəyyən edilmişdir. Məhkəmə iş üzrə qəbul edilmiş ekspert rəyini ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq, iş üzrə sübutların mötəbərliyinə ayrılıqda və birlikdə qiymət verərək, sübutların bir-birini təkzib etməməsini nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2007-ci ildə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 (şəxsiyyət vəsiqəsinin nömrəsi AA6651546; FİN 6GX0NJP) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1668/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1668/2025
14.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver