Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1672/2024 11.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 20-də yerləşən 10 nömrəli ikiotaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Müvafiq yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşayırlar. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X9 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 20-də yerləşən 10 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Sonradan mənzildə kənar şəxslərin qeyri-qanuni yaşadığı məlum olduğundan məhkəməyə müraciət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X9 ilə bağlanılmış 12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilmiş və onun mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası zamanı Müşfiqabad qəsəbəsi, bina 20-də yerləşən 10 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni məskunlaşıb yaşadığı məlum olduğundan, bu günə kimi məhkəmə qətnaməsi icra edilməmişdir. Sahə rəisi tərəfindən 10 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. Bildirir ki, Cavabdeh özü məcburi köçkün kimi dövlət tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 1-də yerləşən 23 nömrəli mənzillə təmin edilmişdir. Bu barədə 1/23 nömrəli mənzilin xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surəti işə əlavə edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının balansında olan mənzili qanunsuz zəbt etmişdir, çoxsaylı xəbərdarlıq bildirişlərinə baxmayaraq qanunsuz sahibliyini davam etdirir. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 aprel 2013-cü il tarixli 1/23 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı binada yerləşən 23 nömrəli 3 otaqlı mənzil məcburi köçkün X3 və ailə üzvlərinə (o cümlədən Cavabdeh və digərlərinə) müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri bu Müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər X6 və X1 yetkinlik yaşına çatmamış ailə üzvləri X10 və X11 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 20 saylı binanın 10 nömrəli 2 otaqlı mənzilindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon MKİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən uzun müddətli icarəyə götürülmüşdür. Qəsəbə ərazisində olan bütün yaşayış və qeyri-yaşayış obyektləri Dövlətqaçqınkomun balansında olmaqla dövlət mülkiyyəti sayılır. 20 saylı binanın 10 saylı mənzili Ağdam rayonundan məcburi köçkün X7 və onun ailəsinə müvəqqəti yaşaması üçün verilmişdir. Lakin həmin şəxs 2020-ci ildə qeyri-qanuni yolla həmin mənzili Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkün şəhərciyində bina 1 mənzil 23-də atası ilə birlikdə müvəqqəti məskunlaşan Ağdam rayonundan məcburi köçkün Cavabdeh satmışdır. Cavabdeh ailəli olduğu üçün 2020-ci ildən ailəsi ilə həmin mənzildə qeydiyyatsız yaşayır. Yuxarıda qeyd edilənlər dəfələrlə Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən X6 və həmin mənzildə qeyriqanuni yaşayan Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmaqla nəzərlərinə çatdırılsa da, onlar bu qanun pozuntusunun aradan qaldırılmasını təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Qaradağ rayon MKİS tərəfindən Cavabdeh ünvanlanan bildirişlərin surətlərindən görünür ki, Cavabdeh Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 20də yerləşən 10 nömrəli mənzilin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, xüsusi təyinatlı yaşayış sahəsi olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 20-də yerləşən 10 nömrəli ikiotaqlı mənzil iddiaçı təşkilat tərəfindən məcburi köçkün X7 və onun ailəsinə müvəqqəti yaşamaq üçün verilmiş, sonradan müqavilə şərtləri pozulduğundan məhkəmə qaydasında həmin mənzilin boşaldılması qət edilmişdir. Qeyd olunan xüsusi təyinatlı yaşayış sahəsinin Cavabdeh isə heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh məcburi köçkün X2 ailə üzvü kimi digər yaşayış sahəsi ilə (Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkün şəhərciyində, bina 1 mənzil 23) təmin edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, cavabdehin mübahisəli mənzilə sahibliyi qanunsuz olduğundan iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ona məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 20-də yerləşən 10 nömrəli ikiotaqlı mənzildən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1672/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1672/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver