Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1675/2025 24.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 8.801,3 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən yaşadıqları ünvana qaz sayğacı quraşdırılmışdır. Qaz İdarəsinin əməkdaşları qaz sayğacına baxış keçirmişlər və sayğacda olan nasazlığa görə qaz sayğacını dəyişmişlər. Həmin ünvana yeni «Smart» tipli qaz sayğacı quraşdırılmış və köhnə sayğacı isə özləri ilə aparmışlar. Bu barədə xx.xx.2025-ci il tarixdə ******* saylı akt tərtib etmişlər. Eyni zamanda ona kart vermək adı ilə akta imza etmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin aktda onun 8.801,3 manat borcunun olduğu və onun həmin borcu qəbul etdiyi yazılmışdır. Əslində isə o, borcu qəbul etmir. Onlar ailədə dörd nəfərdirlər, həyat yoldaşı, o, iki övladı. Qış aylarında ayda onlar 60 manatdan artıq qaz sərf edə bilməzlər. Onlara isə verilmiş abonent saldosunda hər ay üçün 293 manatdan yazmışlar. Onlar bir ailədə bu qədər qazdan istifadə edə bilməzlər. Ona hesablanmış qazdan istifadə üçün pul həddindən artıq şişirdilmişdir. O, özü 3-cü qrup əlildir. Aydan 150 manat pensiya alır. Həmin pulu ödəməyə onun imkanı yoxdur. Sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Sayğacın plombuna onlar tərəfindən heç bir müdaxilə edilməsi mümkün deyildir və sayğacda olan nasazlıq onların təqsiri səbəbindən yaranmamışdır. Lakin heç bir əsas olmadan onlara 8.801,3 manat borc yazılmışdır. Həmin cərimənin əsassız hesablanması barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Öncəki məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öncəki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdehnə qarşı (**********00500 istehlakçı hesabı üzrə) hesablanmış 8801,3 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan qaz xəttlərinə və üzərində quraşdırılmış iddiaçının qaz sayğacına dəfələrlə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar fotoşəkilləri çəkilməklə və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar - ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 820,8 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 244,8 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 244,8 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024cü il tarixli akt üzrə 146,88 manat olmaqla, 8.801,3 manat həcmində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bununla bərabər qanunsuz qoşulma aşkar olunan dövrlərdə X1 (GPS) vasitəsi ilə çəkilmiş fotoşəkillərdən həmin halların olduğu aydın görünür. Eyni zamanda istehlakçı hesabı üzrə saldodan mübahisəsiz qaydada görünür ki, iddiaçının yeganə və sonuncu ödənişi 2019-cu ilin noyabr ayında 15 manat olmuş, bu illər ərzində heç bir ödənişi olmamışdır. Bununla bərabər iddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh İB-ya müraciət etdiyi ərizəsində dəymiş ziyana görə hesablanmış borcunu qəbul etmiş və borcunun müəyyən müddət ərzində hissə-hissə tutulmasını təmin etmək üçün qaz kartına ödənişlər edəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozularaq qaz xətti üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqaviləsi»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən), və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən «zərər» dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən «zərər vurma» öhdəliyin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərəçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirilib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda oxşar mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6743/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında (Vüqar Həsənov, Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) məhkəmə kollegiyası hesab etmişdir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisənin olması yoxlanılmalıdır. Bununla yanaşı işdəki digər dəlillər (izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (MPM, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində hesablanmış qaz borcunun silinməsi barədə iddia ərizəsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt»lardan, «Dəymiş ziyanın bərpasına dair tələbnamə»lərdən və digər sənədlərdən (sənədlər toplusundan) göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan qaz xəttlərinə və üzərində quraşdırılmış iddiaçının qaz sayğacına dəfələrlə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar fotoşəkilləri çəkilməklə və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar - ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 820,8 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 244,8 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 244,8 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023cü il tarixli akt üzrə 293,76 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024cü il tarixli akt üzrə 146,88 manat; ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə 146,88 manat olmaqla, 8.801,3 manat həcmində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Bununla bərabər qanunsuz qoşulma aşkar olunan dövrlərdə X1 (GPS) vasitəsi ilə çəkilmiş fotoşəkillərdən həmin halların olduğu aydın görünür. Məhkəmə tərəfindən işə obyektiv baxılması üçün iş üzrə mütəxəssis rəyi alınması barədə qərardad qəbul edilmiş, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuş, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1). İddiaçı məxsus ünvan 1 ünvanda abonent kodu **********00500 olan qaz sayğacına qaz sayğacından kənar istifadəyə görə ona hesablanan borcun məbləği, Cavabdeh qərardadda göstərilən məlumatları nəzərə alınmaqla həqiqi və düzgün ola bilərdimi? 2). İddiaçı məxsus ünvan 1 ünvanda abonent kodu **********00500 olan qaz sayğacına qaz sayğacından kənar istifadəyə görə cavabdehə hesablanan borcun məbləği, yaxud ümumiyyətlə itirilmiş qazın dəyəri Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmaqla nə qədər olmalıdır? İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 23 iyun 2025-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, istehlakçının təqsirli olması sübuta yetirildiyi halda yuxarıda (mütəxəssis rəyinin əsaslandırıcı hissəsində) qeyd olunan aktlar üzrə hesablanan qaz həcminin dəyəri 9.778,04 manat məbləğində müəyyən olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunsuz qoşulma hallarına yol verilmiş, bu hallara məhz iddiaçı tərəfindən yol verilmişdir. Hazırda istehlakçı hüquqlarının pozulması halı mövcud deyil, əksinə cavabdehin mənafeyinə xələl gəlmiş, iddiaçı tərəfindən sayğacdan kənar qaz israfı halına yol verilmişdir. Göründüyü kimi, iddia əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1675/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1675/2025
24.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver