Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1677/2025 19.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon X14 İK-nin 27 fevral 1990-cı il tarixli, 41/48 nömrəli “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ rayon X14 İK-nin 27 fevral 1990-cı il tarixli, 41/48 nömrəli “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsində 4-cü massivdən 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar dövlət arxivində öz əksini tapmışdır Lakin həmni qərarda onun adı “Əlişah” əvəzinə “Əlişax”, ata adı “Şahvələd” əvəzinə “Şahbala” kimi yazılmışdır. Hazırda istifadə etdiyi torpaq sahəsinə dair sənədləşdirmə aparakən qərarda adının və ata adının səhv yazılması müəyyən edilmişdir və bu səbəbdən də torpağı sənədləşdirə bilmir. Sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini özəlləşdirmək üçün lazımdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət olunmuş və həmin orqan tərəfindən məhkəməyə müraciət olunması bildirilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 izahat verərək bildirdi ki, o, ərizəçinin ərizəsi ilə tanış olmuşdur, sənəd köhnə olduğundan İcra Hakimiyyəti tərəfindən düzəliş edilməsi mümkün olmamış, bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, o, uşaqlıqdan ərizəçinin həmkəndlisi və qonşusudur. Ərizəçini Ərizəçi kimi tanıyır, bütün qonşular da onun adını Əlişah, atasının adını Şahvələd kimi bilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, 50 ildir ki, ərizəçinin qonşusudur. Ərizəçini Ərizəçi kimi tanıyır, bütün qonşular da onun adını Əlişah, atasının adını Şahvələd kimi bilir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025ci il tarixli məktubundan və Qaradağ rayon X14 İcraiyyə Komitəsinin 27 fevral 1990-cı il tarixli, 41/48 nömrəli “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” Qərarının surətindən görünür ki, Qobustan qəsəbəsi, Salyan yolu, 30a nömrəli ev, 4 nömrəli mənzildə yaşayan 6 nəfərdən ibarət ailə üzvü olan 1983-cü ildən mənzil növbəsində dayanan X6 fərdi yaşayış evi tikdirməsi üçün Qobustan qəsəbəsində 4-cü massivdən 600 kv.m həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 129 saylı MKİS tərəfindən verilmiş 55 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 30a, 4 saylı mənzildə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Qaradağ rayon MKTB 129 saylı MKİS tərəfindən verilmiş 78 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 30a, mənzil 4-də 1971-ci ilin yanvar ayından yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarının surətlərindən görünür ki, ərizəçiyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30A, 4 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan İİİ-JQ seriyalı 461993 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası X9r. İş materiallarında olan AZ seriyalı, 630541 saylı xx.xx.1973-cü il tarixli orta təhsil haqqında attestatın surətindən görünür ki, X2 rayonu, Qobustan qəsəbəsindəki 223 saylı orta məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan 105983 saylı orderin surətindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 30a saylı evin 4 nömrəli mənzili X8 verilmişdir, ailə tərkibi 4 nəfərdən (o cümlədən oğlu X3) ibarətdir. İş materiallarında olan İ-JQ seriyalı, 253199 saylı xx.xx.1981-ci il tarixli soyadın dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ömərov olaraq dəyişdirmişdir və bu barədə akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan İV-JQ seriyalı, 345781 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin, VD seriyalı 713156 saylı şəhadətnamənin, 54409550 saylı komsomol biletinin, KT seriyalı 642643 saylı diplomun surətlərindən görünür ki, Ərizəçi 1957-ci il təvəllüdlüdür. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, məhkəmə iclasında tədqiq olunan digər sənədlərdə qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ rayon X14 İK-nin 27 fevral 1990-cı il tarixli, 41/48 nömrəli “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ rayon X14 İcraiyyə Komitəsinin 27 fevral 1990-cı il tarixli, 41/48 nömrəli “fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə” qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1677/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1677/2025
19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver